Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyənin neft sənayesini çökdürən hücum: ABŞ İranı günahlandırdı

Sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının iki neftayırma zavoduna partlaıcı daşıyan dronlarla həyata keçirilmiş hücumların ardınca dünya neft bazarında böhran yarana bilər

Həmin hücum ərəfəsində neft bazarında təklif tələbi üstələməyə başlamışdı və analitiklər sentyabrın 16-da birjalar yenidən açılanda neftin qiymətinin yenidən 60 dollardan aşağı düşəcəyini proqnozlaşdırmışdılar.

Lakin Yəmənin bir hissəsinə nəzarət edən və İrandan dəstəklənən, husilərdən ibarət  “Ənsar Allah” qruplaşmasının həyata keçirdiyi dron hücumu bütün proqnozları alt-üst edib.

Xəbər verildiyi kimi hücuma məruz qalan zavodlardan biri “Saudi Aramco” şirkətinə məxsusdur və dünyanın ən iri neftayırma zavodlarından hesab edilir. Zavodda güclü partlayışlar və yanğın baş verib. Hələlik zavoda dəyən ziyanın miqyası məlum deyil, amma istisna olunmur ki, zavodun bərpası aylarla vaxt apara bilər. Nəticədə “Saudi Aramco” hasil etdiyi nefti yığmağa yer tapmayacaq. Artıq indidən zavodun sıradan çıxması nəticəsində Səudiyyənin gündəlik neft hasilatı 5.7 milyon barrel azaldılıb. Bu, ölkənin ümumi neft hasilatının yarısından çoxdur.

"Bloomberg" və "Reuters" agentliklərinə danışan üç mənbə isə Səudiyyə Ərəbistanının neft hasilatını, habelə ixracını ümumiyyətlə dayandırdığını bildiriblər.

Belə vəziyyətdə neftin qiymətinin sıçrayışla artması qaçılmaz görünür. Bunu nəzərə alaraq ABŞ-ın nergetika naziri Rik Perri Beynəlxalq Enerji Agentliyi ilə situasiyanı nizamlamaq üçün danışıqlar başlatmağı tapşırıb. Habelə nazir elan edib ki, ABŞ bazarda vəziyyəti sabitləşdirmək üçün strateji neft ehtiyatlarını işə salacaq. ABŞ-ın strateji ehtiyatlarının həcmi hazırda 630 milyon barreldir.

Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo isə bəyan edib ki, neftayırma zavodlarına hücum İranın işidir. Pompeo hücuma görə məsuliyyəti üzərinə götürən “Ənsar Allah” qruplaşmasının bəyanatını şübhə altına alıb. “Deeskalasiya çağırışlarının səsləndiyi bir vaxtda İran elə indicə dünya energetika təchizatına misli görünməmiş hücum həyata keçirdi”,-Pompeo Tvitterd-də bildirib.

Dövlət katibinin sözlərinə görə, İran Səudiyyə Ərəbistanına 100-ə yaxın hücuma görə cavabdehdir. Özü də elə bir vaxtda ki, İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Cavad Zərif özlərinin diplomatiya ilə məşğul olduqları görüntüsü yaradırlar.

Maykl Pompeo neftayırma zavodlarına hücumun Yəməndən təşkil edildiyinə dair heç bir sübut olmadığını bildirib. Onun fikrincə, hücuma görə məhz İran məsuliyyət daşıyır.

“Biz bütün ölkələri publik şəkildə və birmənalı olaraq İranın hücumunu pisləməyə çağırırıq. ABŞ tərəfdaşları və müttəfiqləri ilə birlikdə dünya bazarına kifayət qədər neftin çıxarılması üçün işləyəcək və İranın bu hücuma görə cavab verəcəyinə əmin olacaq”,-Pompeo bildirib.

Nüfuzlu ABŞ senatoru Lindsi Qrem isə ölkə rəhbərliyini İranın neft obyektlərinə hücum barədə düşünməyə çağırıb.

“Əgər Tehran uranın zənginləşdirilməsi fəaliyyətini davam etdirəcəksə ABŞ-ın İranın neft obyektlərinə hücum planını müzakirə etməsinin vaxtı çatıb”,-senator bildirib.

Xəbərlərə görə Yəməndən qaldırılan dronlar Səudiyyə Ərəbistanın “Abkayk” və “Xurays” neft yataqlarını da vurub. Zərbəyə məruz qalan neftayırma zavodları da həmin yataqların yaxınlığında yerləşir.

"AbkayK" neftayırma zavodu gündə 7 milyon barrel neft emal edirdi, eyni adlı neft yatağı isə Səudiyyənin neft hasilatının 90 faizə qədərini təmin edir.

Sosial şəbəkələrdə hücumda istifadə olunan dronların bəzi fraqmentlərinin görüntüləri yayılıb və belə görünür ki, onlardan hamısı hədəfə çatmayıb. Hansısa obyektin yaxınlığında düşüb. Fraqmentlərə əsasən dronların İran ordusunun silahlanmasında yer alan “Qüds” zərbə pilotsuz təyyarələri olduğu təxmin edilir.(virtualaz.org)

pia.az


Etiket: Partlayış

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar