Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

35 il səhvən həbsdə yatan qadın üç milyon dollar təzminat alacaq 

İki insanın ölümündə təqsirli bilinərək 35 il məhkumluq həyatı yaşayan amerikalı qadın bəraət alıb. Hazırda Keti Vudz təzminat almaq niyyətindədir

Keti 1980-ci illərdə həbsə düşüb. O dövrdə qadın iki nəfərin qətlində təqsirli bilinirdi. Uzun illər sonra məlum olub ki, Vudzun sözügedən qətllərlə heç bir əlaqəsi yoxdur. Keçmiş məhkumun vəkili bildirib ki, 68 yaşlı müvəkkilinə 3 milyon dollar təzminat ödənilməlidir.

 Sözügedən cinayət 1976-cı ildə San-Fransisko körfəzində törədilib. Qatil 17 yaşlı Pol Bakster və 19 yaşlı Mişel Mitçeli öldürüb. Qətlə yetirilənlər tələbə idi. İstintaqla məşğul olan detektivlər günahı o dövrdə psixiatrik klinikada müalicə olunan Vudzun boynuna yıxdılar.

Amma 2014-cü ildə cinayət baş verən yerlərdən birində tapılan siqaret kötüyünün DNT analizindən sonra Ketinin günahsız olduğu üzə çıxdı. Sözügedən siqaret kötüyünün analizi bu cinayətin Rodni Xelabauer tərəfindən törədildiyini üzə çıxardı. Rodni hazırda ömürlük həbs olunub və 6 gənc qızı qətlə yetirdiyi üçün cəzalandırılıb.

 2015-ci ildə Keti Vudz bəraət alaraq həbsdən azad edilib. Amma onun işi üzrə məhkəmə hələ də davam edir. Məhkəmənin sonuncu iclasında hakimlər yekdilliklə ona təzminat ödənilməsi barədə qərarı dəstəkləyiblər.(Oxu.az)

pia.az


Etiket: Təzminat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar