Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobildə 10-12 manatlıq dava-dərman olmasa nə baş verəcək?

Nazirlər Kabineti nəqliyyat vasitələrində saxlanılan dərman qutularının tərkibini müəyyənləşib

Baş nazir Novruz Məmmədov sentyabrın 9-da "Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı"nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Siyahıdakı dərmanların istifadə göstərişlərini və qiymətlərini öyrəndik.  Bəlli olub ki, avtomobillərdə tibbi yardım çantasını doldurmaq sürücülərə uzağı 10-12 manata başa gələrdi.

Belə ki, siyahıya daxil edilən  Analgin 0.5 həbi ağrıkəsici, eyni zamanda hərarətsalıcı təsirə malikdir, qiyməti 48-50 qəpikdir.  Natrium sulfasil məhlulu isə gözün infeksion-iltihabı xəstəliklərində istifadə edilir, dövlət tərəfindən tənzimlənmiş qiyməti 56 qəpikdir. 

Aspirin ağkəsici, hərarətsalıcıdır. Eyni zamanda, dərmanın ürək-damar xəstəliklərindən sonra istifadəsi tövsiyə edilir. Aspirin həblərinin qiyməti 17-20 qəpikdir. Nitroqliserin həbləri ürək ağrılarında, yəni ürəktutmalarında istifadə edilir, qiyməti 90 qəpikdən başlayır. 

İlk yardım çantasında vacib dərmanların siyahısında olan, 50 qəpiklik naşatır spirti özündən getmə, huşunitməsi hallarında istifadə edilir, ilkin tibbi yardım və səyahət çantalarında vacib dərmanlardan biridir.  Aktivləşdirilmiş kömür isə zəhərlənmə zamanı ən populyar ilk tibbi yardım vasitəsidir, qiyməti 50 qəpikdir. 

Siyahıdakı digər tibbi ləvazımatlar qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün istifadə olunur. Məsələn, steril bint 40, qeyri-steril bint 40, spirtdə 5 faizli yod 40, pambıq 60 qəpik, qayçı isə 1 manat 50 qəpikdir. 

Apteklərdən onu da bildiriblər ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıdan sonra ilkin tibbi yardım çantalarının sifarişləri artmayıb. Hazır çantaları qiyməti əsasən sarğı materiallarının ölçüsü və dərmanların sayına görə müəyyənləşir, qiymət 12-25 manat arası dəyişir.  

Virtualaz.org Bakıda  bir neçə sürücü ilə söhbətləşib, məlum olub ki, çoxluq yeni siyahıdan xəbərdar deyil. Buna baxmayaraq maşınlarında tibbi yardım çantaları saxlayanlar hər halda tapılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin dərman siyahısını təsdiqləməsindən sonra DYP sürücülərə xatırlatdı ki, avtomobillərində tibbi yardım çantası saxlamayanlar üçün cərimə nəzərdə tutulur. Hərçənd bu cərimənin məbləği elə də böyük deyil-cəmi 10 manat.

Başqa sözlə, 10-12 manat xərc çəkib Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıdakı dərmanları almayanlar  10 manat cərimələnə bilər. Hərçənd elə situasiya yarana bilər ki, həmin cüzi məbləğ xərc insan həyatının xilası üçün həlledici əhəmiyyət kəsb edər. Lakin bu da ayrı mövzudur ki, Azərbaycanda ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə çoxları məlumatlı deyil.

pia.az


Etiket: Dərman

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar