Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vidadi Zeynalovun dəbdəbəli restoranından – Fotolar  

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalovun azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlaması haqda ötən gün məlumat yayıldı

Şamaxıda “Məlhəm” restoranını işlədən keçmiş məmur hətta bu haqda açıqlama verərək toyuq-cücə də saxladığını qeyd edib.

“Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram. Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Yenisabah.az xəbər verir ki, sözügedən Məlhəm restoranı heç də acından ölməmək üçün V. Zeynalovun işlətdiyi bir istirahət mərkəzi deyil. Restoran Şamaxı bölgəsində ən prestijli, elit və bahalı obyektlərdən biri kimi tanınır. Pirqulu yolu üzərindəki Məlhəm kəndində yerləşən “Məlhəm” həmin istiqamətdə yeganə böyük restorandır. Restoranın həm böyük zalları, həm də çoxlu sayda kabinetləri mövcuddur.  Həm qış, həm də yay fəslində qonaqları qarşılamaq üçün infrastruktura malikdir. Həyətində də onlarla “besedka” fəaliyyət göstərir. Uşaq əyləncə mərkəzi var. Bölgənin ən mahir aşpazları bu restoranda çalışır. 

Bundan başqa V. Zeynalov “Məlhəm”in həyətində böyük süni göl yaradıb və balıq yetişdirir.

Restoranın qonaqlarına gəldikdə, yuxarıda bu obyektin prestijli olduğunu qeyd etmişdik. Ona görə də, ölkənin ən tanınmış şəxsləri, dövlət rəsmiləri, millət vəkilləri, şou adamları, biznesmenlər bu restoranın daimi müştərilərindəndir. 

pia.az

“Məlhəm”in fotolarını təqdim edirik: 

Fotolar




Etiket: Vidadi Zeynalov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar