Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə ifrat sağçıların milyarder George Sorosdan zəhləsi gedir?

George Soros yəhudi milyarder xeyriyyəçidir, xeyriyyəyə $32 milyard pul xərcləyib. Bəs Amerika və Macarıstandan tutmuş Avstraliyayadək aşırı sağçılar ondan niyə qorxur və hesab edirlər ki, o, qlobal konspirasiyanın mərkəzində durur, BBC-dən Mike Rudin sual edir

Ötən ilin oktyabrında, bazar ertəsi günü milyarder xeyriyyəçi George Sorosun New York-un şimalında yerləşən evinin poçt qutusuna iriölçülü bir zərf salınır.

Zərf şübhəli görünür, üstündəki göstərilmiş geri qaytarılma ünvanında səhv gözə dəyir: "FLORIDS".

Polisə zəng vurulur və bir azdan sonra hadisə yerinə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları da özlərini çatdırırlar.

Zərfin içindən üstünə Sorosun qırmızı rənglə "X" işarəsi çəkilmiş fotosu, kiçikölçülü plastik boru və saat, elektrik batareya, məftillər və qara toz çıxır.

Onan çox oxşar zərf keçmiş prezident Barack Obama, keçmiş dövlət katibi Hillary Clinton və Demokrat partiyasının digər tanınmış üzvlərinin evlərinə də göndərilmişdi.

Zərflərdən heç biri partlayış törətmədi.

Həmin zərflərin izi FBI əməkdaşlarını üstünə Trump-ı dəstəkləyən və Demokrat partiyasının əleyhinə olan plakatlar yapışdırılmış və Florida ştatındakı bir supermarketin qarşısında dayanacaqda duran ağ rəngli mikroavtobusa gətirib çıxardı.

Sağçı media dərhal bu hadisəyə "saxta qəsd" adı verərək əməliyyatın əsas hədəfinin prezident Donald Trump və ABŞ-da noyabrın əvvəlində, yəni o zaman təxminən iki həftədən sonra keçiriləcək ara seçkilərə hazırlaşan Respiblikaçılar partiyasının olduğunu car çəkdi.

Fox Business verilişinin aparıcısı Lou Dobbs öz Twitter kanalında o zaman belə bir paylaşım etmişdi: "Saxta Xəbərlər - Saxta Bombalar. Bu saxtakarlıq kimin dəyirmanına su tökür?"

Mühafizəkar ruhlu radioverilişlərin aparıcısı Rush Limbaugh isə əlavə edib: "Respublikaçılar belə işlərlə məşğul olmurlar".


Fotonun müəllifiMORGAN FİNKELSTEİNImage caption"Saxta xəbərlər, saxta bombalar" plakatlarıyla yürüşə çıxan etirazçılar.

Tez bir zamanda internet saxta bomba qəsdi planının arxasında Sorosun özünün durduğu ittahmlarıyla doldu.

Prezident Trump "mənfur hadisələri" pislədi, Ağ Evdə keçirilən tədbirə gələnlərdən birinin "Soros! Tutdurun onu!" qışqırması isə prezidentin deyəsən kefinə kef qatdə.

Sonradan Cesar Sayoc adlı 56 yaşlı Florida sakini həbs olundu.

Konspirasiya nəzəriyyələri onun Respublikaçı olmamasında təkid edir. Lakin həbs edilənin keçmiş iş yoldaşı Luigi Marra qeyd edir ki, Sayoc öz mikroavtobusunda müştərilərə pitsa çatdırırdı, mikroavtobusun üzərinə Trump-ı dəstəkləyən plakatlar, posterlər və şüarlar yapışdırılmışdı. Müştərilərin evində Demokrat partiyasının rəmzlərini görəndə isə, Sayoc onlarla mübahisəyə girişirdi.

"O, hər şeydə konspirasiya ideyalarını görürüdü. Hər qəsd planının arxasında George Sorosun dayandığını deyirdi, hesab edirdi ki, Soros Demokrat partiyasını satın alıb, ABŞ-da baş verən bütün bəlalı hadisələri törədən Sorosdur".

Sosial mediadan isə Sayoc barədə əlavə məlumat öyrənmək mümkün olub. George Sorosun evində bombalı zərf aşkar edilən gündə Sayoc belə bir cümləni öz səhifəsində dərc etdirmişdi: "Dünya George Soros dəhşətini anlamağa başlayır".

Sonradan məhkəmə Sayoc-u qətl törətmək niyyəti də daxil, 65 epizod üzrə müqəssir sayaraq ona 20 il iş kəsir.

Necə olub ki, George Sorosu çoxları qlobal konspirasiya planlarının mərkəzində duran iblis sayır?

Britaniyada Soros 1992-ci ildə "İngiltərə Bankını dağıdan adam" kimi ad çıxarıb.

Digər valyuta alverçiləriylə yanaşı o, funt sterlinqləri alıb sonradan sataraq Britaniya funtunu valyuta bazarında dəyərdən salıb və nəticədə, Britaniyanın Avropa Valyuta Dəyərləndirilməsi sistemindən çıxmasına səbəb olub. Həmin əməliyyat nəticəsində Soros $1 milyard qazanmışdı.

Holokostdan sağ çıxan, kommunist rejimindən qaçan macarıstanlı mühacir, güman edildiyinə görə, maliyyə spekulyasiyaları yoluyla $44 milyard pul qazanıb.

George Soros öz sərvəti hesabına təhsil, sağlamlıq, insan haqları və demokratiya sahəsində minlərlə layihəni maliyyələşdirib.

Soros Google və Facebook-u tənqid edibGeorge Soros Macarıstan hökumətinin ona "qara yaxdığnı" iddia edir

Fotonun müəllifiGETTY IMAGESImage captionGeorge Soros 1993-cü ildə Moskvada olarkən.

1979-cu ildə təsis etdiyi Açıq Cəmiyyət Fondu indi dünyanın 120-dən çox ölkəsində fəaliyyət göstərir.

Lakin liberal-demokrat məqsədlər sahəsində xeyriyyəçilik onu sağçıların gözündə düşmən edib.

George Soros barədə ilk konspirasiya nəzəriyyələri 1990-cu illərin əvvələrində peyda olmağa başlayıb, lakin onların ayaq açıb yeriməsi 2003-cü ildən sonraya təsadüf edir. O zaman George Soros ABŞ-ın İraqa qarşı müharibəsini pisləyərək ABŞ-da Demokratlar partiyasına milyonlarla dollar pul ianə etməyə başlamışdı.

O vaxtdan bəri amerikalı sağçılar - şərhçilər və siyasətçilər - getdikcə artan azğınlıqla onu təqib etməyə başlayıblar və bu zaman faktlara əsaslanmaq əziyyətini özünə verən az olub.

Amma Soros-a qarşı hücumları yeni səviyyəyə qaldıran Donald Trump-in seçkidə qazandığı qələbə oldu.


Fotonun müəllifiGETTY IMAGESImage captionCharlottesville ağdərili irqçilərin məşəlli yürüşü

Trump-ın prezidentliyinin səkkizinci ayında, 2017-ci ilin avqustunda neonasistlər Virginia ştatının Charlottesville şəhərində məşəl yürüşü təşkil etdilər.

Aksiya zamanı həmin yürüşün əleyhdarları ilə toqquşmalar faciə ilə nəticələndi - ağ irqçi, avtomobilini camaatın üstünə sürərək 32 yaşlı Heather Heyer-i öldürdü.

ABŞ sağçıları bir müddətdən sonra iddia etməyə başladılar ki, zorakılığı təşkil edən və maliyyələşdirən Soros olub və guya o, prezident Trump-ı nüfuzdan salmağı qarşısına məqsəd qoyub.

Sağşıların iddiasına görə, bu planın mərkəzi fiquru avtomobilin kütləyə çırpılmasını lentə almış Brennan Gilmore olubmuş. Sağçı radioaparıcı Alex Jones iddia edib ki, Gilmore ildə Soros-dan $320 000 pul alır və "dib dövlətin" prezidenti devirmək planının iştirakçısı olub.

Lakin səslənən iddiaların sübutu yox dərəcəsində idi.

Sorosun və ya Açıq Cəmiyyətin Charlottesville etirazçılarını maliyyələşdirməsi və ya idarə etməsi barədə fakt yoxdur. Sorosdan heç zaman pul almayan Gilmore Alex Jones-u və bir neçə digər adamı onu şərlədiklərinə görə məhkəməyə verib.


Fotonun müəllifiGETTY IMAGESImage captionCharlottesville şəhərində irqçi yürüş iştirakçıları ilə onların əleyhdarları arasında toqquşmalar baş verib.

O vaxtdan bəri Sorosa qarşı hücumlar davam etməkdə və daha da güclənməkdədir.

Ötən ilin payızında ABŞ-da Konqresə ara seçkilərə bir ay qalmış Hondurasda minlərlə miqrant ölkəni tərk edərək ABŞ keçməyə cəhd edib.

Miqrant karvanının əmələ gəlməsinə görə dərhal Soros ittiham edildi.

Fox News, verilişlərində təkrar-təkrar Sorosu sərhədləri açmaq və immiqrasiyanı məhdudsuz etmək istəyində ittiham edirdi.

Misal üçün, prezident Trump özünün Twitter səhifəsində Hondurasda camaata "ABŞ sərhədinə basqı" etmək üçün pul verildiyini iddia edən videonu paylaşıb. Həmin videoda maliyyənin Sorosdan gəldiyi barədə ehtimal da irəli sürülmüşdü.

Ağ Evin qarşısında Sorosun miqrant karvanına pul buraxması ehtimalı barədə suala cavab verərkən Trump deyib: "Bu, mənim üçün təəccüblü olmazdı. Bir çox insan deyir ki, bu, belədir".

Miqrant karvanı ilə Hondurasdan ABŞ-a gələn Cindy Jerezano-nun sözlərinə görə, San Diego şəhərinə qədər 5000 km uzunluqda yolu keçmək qərarını özü verib və bunun üçün ona heç kim pul təklif etməyib.


Fotonun müəllifiGETTY IMAGESImage captionQvatemaladan Meksikaya doğru hərəkət edən miqrant karvanı

ABŞ-a gəldikdən sonra Cindy-ə San Diego Katolik Xeyriyyə təşkilatı kömək göstərib.

Həmin təşkilatın qaçqın və miqrantlara yardım xidmətinin direktoru Nadine Toppozada qeyd edib ki, təşkilatın vəkilləri sığınacaq axtaran şəxsləri ətraflı sürətdə sorğu-sual edib, lakin nə Sorosun adını çəkən olub, nə də ki, Soros-un iştirakına dair hər hansı bir dəlil göstərilib.

Maraqlıdır ki, prezident Trump-ın paylaşdığı videonun tez bir zamanda qüsurlu olduğu ortaya çıxıb.

Bir neçə saat ərzində jurnalistlər müəyyən edib ki, video iddia edildiyi kimi Hondurasda yox, qonşu Qvatemalada çəkilib, ehtimal edilən yardım işçilərindən birinin isə silahlı olduğu da jurnalistlərin nəzərindən qaçmayıb.

Miqrant karvanı ilə bağlı ilk konspirasiya nəzəriyyəsi ortaya çıxandan 11 gün və Sorosun evinə içinə partlayıcı maddə doldurulmuş poçt zərfi göndəriləndən 5 gün sonra ağdərili bir kişi əlinə tüfəng və üç tapança alaraq Pittsburgh şəhərindəki sinaqoqa hücum çəkərək 11 yəhudini öldürüb.

Bu, ABŞ tarixindəki ən ağır insan itkisiylə nəticələnmiş antisemit ruhlu zorakılıq hadisəsi idi və həmin hadisəni törədən, George Sorosa nifrət edən adam olub.


Fotonun müəllifiGETTY IMAGESImage captionPittsburgh şəhərindəki sinaqoqa hücum edilən zaman ölmüş 11 nəfərin xatirəsi yad edilir.

Robert Bowers adlı həmin silahlı şəxsin sosial mediada yazdığı postlardan göründüyü kimi, o, "ağ soyqırım" adlanan qaranlıq antisemit konspirasiya nəzəriyyəsinə və bu nəzəriyyənin mərkəzi fiqurunun Soros olduğuna inanan olub.

Bu nəzəriyyə ağ insanların immiqrantlarla əvəz olunacağını və son nəticədə "ağların" yox olacağını iddia edir. Görünür, Charlottesville-də məşəlli yürüşçülərin "Yəhudilər bizi əvəz etməyəcək!" şüarı da həmin nəzəriyyədən qaynaqlanıb.

Contagion Şəbəkəsi Araşdırma İnstitutunun direktoru Joel Finkelstein, Bowers-in postlarından birində Soros-un "ağların soyqırımını maliyyələşdirən və mətbuata nəzarət edən yəhudi" adlandırıldığına, Soros-un silahlara nəzarəti sətləşdirməyə və sərhədləri açmağa çağırdığının deyildiyinə diqqəti çəkib.

George Sorosun qaralanması ABŞ hüdudlarından çox-çox uzaqlarda da baş verməkdədir - Azərbaycanda, Ermənistanda, Avstraliyada, Hondurasda, Filippində, Rusiyada və digər ölkələrdə.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Sorosu Türkiyəni və digər ölkələri "bölmək" və "parçalamaq" məqsədi daşıyan yəhudi konspirasiya planının mərkəzi fiquru olmaqda ittiham edib.

İtaliyada Baş nazirin keçmiş müavini Matteo Salvini Sorosu "kölələri sevdiyinə görə" ölkəni miqrantlarla doldurmaq istəyində günahlandırıb.

İngiltərənin Brexit Partiyasının lideri Nigel Farage bəyan edib ki, Soros "insanları fəal tərzdə... Avropaya axışmağa təşviq edir" və "bir çox cəhətdən bütün Qərb dünyası üçün ən böyük təhlükə kəsb edir".

Ancaq bir ölkə və bir hökumət Sorosa qarşı edilən hücumlarda digərlərindən daha irəli gedib. Bu, onun doğulduğu ölkə - Macarıstandır.

Soros bu ölkədə pulsuz məktəb yeməkləri, insan haqlarıyla bağlı layihələrə və hətta yeni universitet yaradılmasına yüz milyonlarla dollar pul xərcləyib.

Baş nazir Viktor Orban və onun populist millətçi hökuməti Sorosu Macarıstanı miqrantlarla doldurmaq və bu yolla ölkəni məhv etmək kimi gizli bir plan hazırlamaqda ittiham edib.


Fotonun müəllifiGETTY IMAGESImage captionBu lövhədəki plakatda deyilib ki, macarıstanlılar Soros-a "sonda gülmək" imkanı verməyəcəklər.

Açıq Cəmiyyət fondunun vitse-prezidenti Leonard Benardo bu iddiaların açıq yalan olduğunu bildirib: "Nə Soros, nə də Açıq Cəmiyyət fondu sərhədləri açmaq çağırışı etməyib".

Lakin bu, Macarıstan hökumətini mediada Soros əleyhinə kampaniyaya yüz milyonlarla avro xərcləmək fikrindən döndərməyib.

Soros-un təsis etdiyi Mərkəzi Avropa Universitetinin prezidenti və rektoru Michael Ignatieff bu məsələ barədə belə deyib: "Orban hökuməti cənab Soros-u bir nömrəli xalq düşməninə çevirmək qərarına gəlib".

Bəs bu necə mümkün olub?

Bu sualın cavabı New York-dadır.

2013-cü ildə Macarıstan lideri yenidən seçkilərdə qələbə qazanmaq üçün amerikalı siyasi ekspert Arthur Finkelstein-ə müraciət edib. Finkelstein-in o zaman New York-un Irvington rayonunda balaca bir ofisi var idi.

2017-ci ildə edən Artur Finkelstein vaxtilə Donald Trump, George Bush (ata), Ronald Reagan və Riçard Nixon üçün işləyib.

O, "liberal" sözünü siyasi leksikonda söyüşə çevirməklə məşhurlaşıb.


Fotonun müəllifiC-SPANImage captionArthur Finkelstein

Finkelstein "Finkel Think" adı verilmiş yeni siyasi düşüncə tərzinin müəllifi sayılır, Das Magazin İsveçrə nəşrinin müxbiri Hannes Grassegger deyir.

"Artur Finkelstein həmişə deyərdi: "Talibana qarşı çıxma, Üsamə Bin Ladenə qarşı çıx". Yəni, diqqəti hədəfin seçilməsinə verərdi - elə bir hədəf ki, onunla insanları həqiqətən, qorxutmaq mümkün olsun, bu gedişi edən namizədə isə öz siyasi proqramından danışmağa ehtiyac qalmasın".

Finkelstein başa düşdü ki, Orbanın seçilməsinin ən yaxşı yolu yeni bir düşmən hədəfin tapılmasından keçir. O, Sorosu seçməyi təklif etdi və bu seçim mükəmməl oldu.

"İfrat sağçılar ona yəhudi olduğuna görə nifrət edirdilər, solçular isə kapitalist olduğuna görə ona qəzəbli idilər".

Bu cür vəziyyətin maraqlı cəhəti isə ondadır ki, Artur Finkelstein-in özü də yəhudi idi.

"Bir yəhudi centlmen o biri yəhudini əcinnəyə çevirir", - Grassegger deyir.

Macarıstan hökuməti Sorosu "icad etmək" üçün kiməsə müraciət olunmasını inkar edir.

"George Soros bir siyasi fiqur kimi özü özünü 20 il bundan əvvəl icad edib. George Soros-un institutlar şəbəkəsinin böyük siyasi gücü var və bu gücün mənbəyi xalqdan gəlməyib", - hökümətin açıqlamasında deyilib.

Lakin belə göünür ki, Finkelşteyn-in tövsiyələrini Orban hərfinədək yerinə yetirib və hətta daha da irəli gedib.

2018-ci ilin seçkilərinə bir həftə qalmış etdiyi çıxışında Orban Soros-a hücum etdi və antisemit stereotiplərini yenidən canlandırdı.

"Bizdən fərqli bir düşmənlə mübarizə aparırıq. Açıq və dürüst deyil - gizlidir, hiyləgərdir, mənəviyyatsıdır. Milli deyil, beynəlxalqdır. Əməklə arası yoxdur, pullarla spekulyasiya edir. Öz vətəni yoxdur, bütün dünyanı özününkü sayır ", - Orban deyib.

Viktor Orban seçkidə böyük üstünlüklə qalib gəldi. Seçkidən sonra Soros tərəfindən maliyyələşdirilən təşkilatlara qarşı təzyiq gücləndi. May ayında Açıq Cəmiyyət Macarıstandakı ofisini bağladı.

Michael Ignatieff Budapeştdə Mərkəzi Avropa Universitetinin fəaliyyətini davam etdirməsi uğrunda mübarizə aparıb. O deyir ki, 1944-cü ildə cəmi iki ay ərzində yarım milyondan çox macarıstanlı yəhudinin nasistlər tərəfindən məhv edildiyi bir ölkədə təhlükəli adlandırdığı bu təbliğata qarşı mübarizə aparmaq əzmindədir.

İgnatieff deyir ki, indiki Soros əleyhinə kampaniya "1930-cu illərin antisemit nifrəti xırdalığına qədər təkrar edir... Bu, 21-ci əsrin siyasətidir - düşmənin yoxdursa, onu uydur, onu mümkün qədər güclü göstər və budur - bu yolla seçiciləri səfərbər edib seçkiləri udursunuz".

İngiltərə məhkəmələrində Holokost inkarçisının ifşa olunmasıyla bağlı məşhur məhkəmə prosesini udan professor Deborah Lipstadt da yaranmış vəziyyətdən çox narahatdır.

"Pivə barlarında, qaranlıq künclərdə, siyasətçilərdən, ölkə rəhbərlərindən , İtaliya Baş nazirinin müavinindən, Macarıstanın Baş nazirindən bu cür ritorikanı eşitmək məni qorxudur. Bu cür ifadələrin işlənməsi şokedicidir".

pia.az


Etiket: Soros

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar