Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"

Yenə başlayıblar bizi aşağılamağa?... 

"Yenə başlayıblar bizi aşağılamağa? Ya süpürgəçi, ya cibgir, ya da ölkəsinə getməmək üçün göz yaşları tökən qızcığaz".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər Türkiyədə seriallara çəkilən aktrisalarımızın ünvanına deyib. O, “Kanal 7”də yayımlanan “Yemin” serialında rol alan aktrisa Yağmur Şahbazovanı tənqid edib.

Ekran işində Narin adlı azərbaycanlı obrazını canlandıran aktrisanın "Azərbaycana qayıtmaq istəmirəm" sözlərini dediyi videosuna reaksiya verən Elgiz bunları yazıb:

"Bir zamanlar birlikdə çalışdığım xəbər aparıcısını bu yaxınlarda ev qulluqçusu rolunda gördüm. Məncə, bizimkilərin belə obrazlara çəkilməkdənsə, çəkilməməkləri yaxşıdır. Araşdırmaq lazımdır ki, niyə türk rejissorları bizim aktrisaları normal obrazlarda görmürlər. Türk xalqının gözündə azərbaycanlıların ümumiləşdirilmiş obrazı çox acınacaqlıdır.

Bu yaxınlarda Huysuz Vircin kimi tanınan aktyor İbrahim Tatlısəsə verilişlərdən birində zarafat edirmiş kimi, dedi: "Sən özünə bu geyimin, halın ilə türk demə, de ki, azəriyəm". Bu qədər də yox... Araşdırmaq lazımdır ki, bir azərbaycanlının bu formada gündəmə gətirlimsəi səbəbləri nədən qaynaqlanır. Əslində 2 il İstanbulda yaşadığım üçün müəyyən qədər bilgilərə sahibəm. Yenə də digər səbəbləri öyrənsəm pis olmazdı".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar