Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taliban da ABŞ-ın “mal”ına çevrilir? - Terror aktları daha da böyüyür...

Beynəlxalq kəşfiyyat mühitində belə bir söz var: “Əgər ABŞ prezidenti və ya MKİ direktoru bir terror təşkilatını hədəf seçidisə və ya düşmən elan etdisə, bilin ki, o təşkilat artıq Amerikanın malıdır”...

Ergün DİLER
“Takvim” qəzeti, Türkiyə, 13 sentyabr 2019-cu il

İlin sonuna doğru yaxınlaşdıqca gərginlik də artır. Ağ Ev onsuz da qarışıq durumdadır. Londondakı Bekinqem sarayı da heç sükut içində deyil. Kremlin də onun kimi. Çin uzaqdan prosesi izləyir və narahatdır. Orta Şərqdə və Avrasiyada gözləntilər davam edir. Avropa isə qorxu içindədir.

Bu prosesin yeni halqası da son günlərdə mediada gördüyümüz kimi, ABŞ-la Talibanın razılıq əldə etməməsi ilə əlaqədardır. Hətta ABŞ prezidenti Tramp 11 sentyabrda çıxış edərkən: “Talibana ən şiddətli şəkildə hücum edəcəyik”, deyib. Beynəlxalq kəşfiyyat mühitində belə bir söz var: “Əgər ABŞ prezidenti və ya MKİ direktoru bir terror təşkilatını hədəf seçidisə və ya düşmən elan etdisə, bilin ki, o təşkilat artıq Amerikanın malıdır”.

Talibanla ABŞ-ın 9 dəfə görüşmüş olması da yalandır. Göstəriş xarakterli görüşlərdən çox əvvəl ABŞ Talibana ödəniş edib və Aminullahı Taliban həbsxanasından alıb. Verilən pul 200 milyon dollar idi. Həmin Aminullah aylardır Çin sərhəddində aksiyalar keçirmək üçün apardığı hazırlıqları bitirib.

Pentaqonun başladacağı Taliban əməliyyatı ABŞ-ın narkotik ticarətindəki geriləməni də sürətləndirəcək. 2001-ci il 11 sentyabr hücumlarından sonra ABŞ Əfqanıstan xətti ilə yayılan narkotik bazarının ən önəmli oyunçusu olmuşdu. 1,5 trilyonluq bazarın önəmli bir qismini ABŞ ələ keçirmişdi. İndisə bunu daha da artırmaq istəyirlər.

Bəzi mütəxəssislər düşünür ki, ABŞ bu gün 800 milyard çirkli pula hökm edir.

Əfqanıstandan çıxan narkotik bazarından Rusiya və İngiltərə də böyük pay götürür. Ortada böyük rəqəm var. ABŞ bundan Çinə qarşı istifadə etmək istəyəcək.

Aminullah Vahan koridorundakı təlimlərinə “Blackwater” ilə davam edəcək. “Blackwater”, yeni adı ilə Akademiyanın rəhbəri Erik Prins 2013-cü ildə İpək Yolu layihəsinə daxil oldu. Əlbəttə ki, o günlərdə ABŞ-la Çinin böyük ortaqlığı vardı.

Çin dövlət başçısı Si Tsippinin Avropa və Afrikadakı elektrik şəbəkələri, maşın yolları və digər strateji strukturları Erik Prinsin inşa etdirəcəyini qəbul edib.

Prins əvvəlcə Honkonqda, sonra da Pekində Si Tsippininin komandası ilə görüşüb. Hər şey planlanmış şəkildə davam edərkən 2014-dən toqquşmalar başladı.

Çin də tezliklə Pentaqonun gizli silahı olan Erik Prinslə imzaladığı müqavilələri ləğv edib. Türkiyədə isə 17-25 dekabr tarixlərində əməliyyatlar keçirilirdi. Heç kim də nə baş verdiyini anlamırdı. Ard-arda əməliyyatlar keçirilir və 15 iyula gedən yol açılırdı. Hətta müqavilə imzalanan günlərdə Prins 970 milyard dollarlıq sərvəti olan “CITIC”-in dəstəyi ilə Honkonqun ən güclü adamına çevrildi.

İndi isə işlər pozulduğu üçün Erik Prins Aminullah və komandasının təlimlərini üstünə götürdü. İndi yeni duruma görə, Pentaqon Talibana hücum edəcək.

Taliban daxilində bölünəcək olan qrup Çinlə qarşı-qarşıya gələcək və sərhəddə hərəkətlənmə başlayacaq. Sonra da İŞİD Aminullahla birlikdə Çində xaos yaradacaq. Bu plan gizli deyil. ABŞ-la Çin də İŞİD və Akademiya üzərindən toqquşacaq.

Çin İpək Yolu layihəsində geri addım atanadək və enerji məsələsində ABŞ-dan asılı hala gələnə qədər bu toqquşma davam edəcək.

Yeri gəlmişkən, Tramp tarixi bir təhdidlə çıxış edib: “Çindəki Amerika şirkətləri bir neçə gün ərzində ölkədən ayrılacaq”. Bu ifadə Ağ Evin ən böyük addımı kimi görünür. Çünki Çində pul qazanan 10 şirkətdən 8-nin ya sahibi, ya da ortağı amerikalıdır. Çin istehsal edə bilməsə, o anda məhv olub gedər. Xalq aclıq səviyyəsinə çatan kimi Çin xəyalları kabusa çevrilər. Pekin rəhbərliyi bunu başa düşdüyü üçün Afrika ölkələri, Rusiya, Türkiyə və hətta, Venesuela ilə önəmli bir ortaqlıq etmək istəyir. Lakin Çinin ortaqlıq qurmaq istədiyi ölkələrdə də ciddi sıxıntılar var. Bu problemləri aşan ölkələr, təbii olaraq, Çinlə ittifaqa girəcək. Lakin hələlik bu ortaqlıq çox ağır şəkildə davam edir. Çünki ABŞ əl çəkmək bilmir.

Son hesabatlara görə, 2020-ci ildə terror aktları Afrika və Asiya ərazisində baş tutacaq. 2019-cu ildə Afrikadakı xarici terrorçu sayının 700% artması heç də təsadüfi deyil. Afrika başda neft olmaqla, enerji istehsalında yeni dünyanın ən önəmli mərkəzidir.

Şimali Afrika da çox çox önəmlidir.

ABŞ terrorçu qrupları bölgəyə toplayaraq Çinin Aralıq dənizindəki enerji planına son qoymaq istəyir.

Strateji önəmə sahib olan Bab-ül Məndəb boğazında da terror qrupları çoxalmağa başlayıb.

Ehtimal olunur ki, 2025-ci ildən etibarən ABŞ-ın xaricdən alacağı hər 3 barrel neftdən ikisi Aralıq dənizi və Şimali Afrikadan gələcək.

ABŞ bu neft üçün pul ödəmək istəmir. Ona görə də, Aralıq dənizindəki təsirini artıraraq Çinin ən böyük planını kənarda saxlamaq istəyir. Yəni Aralıq dənizi həmləsini etməkdə məqsədi odur ki, həm öz enerji ehtiyacını, həm də Çinin ehtiyaclarını Vaşinqtondan idarə edə bilsin. Siyasətlə maraqlanmayan insanlar da başa düşər ki, Çin enerji olmadan xeyli çətinlik çəkə bilər. Üstəlik, Vahan koridorunda baş verəcək terror aktı da Çini çarəsiz buraxacaq.

Pekin bu hazırlıqları, təbii ki, başa düşür. Lakin çox variant qalmayıb. Ən azı bu vaxta qədər ABŞ-ın qarşısında konkret bir mövqedən çıxış etməyib. Bu halda Çinin nə edəcəyi maraqlıdır. Bəzi şərhçilər xəbərdarlıq edir ki, böyük olmaq üçün böyük həmlə etmək lazımdır. Çinin cavabı və ya cavabsızlığı Türkiyənin mövqeyinə təsir edəcək. Türkiyənin mövqeyi də İpək Yolunun kimdə qalacağını müəyyənləşdirəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar