Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quli”yə qarşı ağır ittiham – Hökumətin casusu...

“Quli”yə qarşı təxribat davam edir

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) rəqibləri onun “oğru dünyası”na təsir imkanlarını zəiflətmək cəhdlərini davam etdirir.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən məlumat verir ki, rəqibləri indi də “Quli”ni Qazaxstanın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edirlər. Bu barədə mediaya məlumat ötürən mənbə iddia edib ki, “Quli”nin yaxın adamlarından sayılan qazax əsilli Arman Cumagəldiyev (“Arman Dikiy”) Qazaxstanın xüsusi xidmət orqanlarının ştatdankənar xəfiyyəsidir.

“Arman Cumagəldiyev Qazaxstanın hakim partiyasının üzvü olub və xüsusi xidmət orqanları ilə fəal şəkildə əməkdaşlıq edib”,- deyə mənbə iddia edib.

Məlumatda qeyd edilir ki, Arman Cumagəldiyev kriminal aləmdə 2005-ci ildə Qazaxstanın Şımkənd şəhərində fəaliyyət göstərən “Turist” otelinə toplaşmış müxalifətçilərə basqından sonra tanınıb. Həmin vaxt Arman Cumagəldiyev basqının fəal iştirakçısı olub və müxalifətçilərə qarşı qəddarlığı ilə seçilib.

O, bu əməlinə görə 1 il “iş” alıb. Bundan sonra o, Qazaxstanın keçmiş prezidenti Nursultan Nazarbayevun qızı Dəriqə Nazarbayevaya məktub yazaraq onu “düşmənə qarşı mübarizədə” güc tətbiq etməyə çağırıb.

İddia olunur ki, İnterpolun “Quli”nin axtarışına həvəssiz yanaşmasının bir səbəbi də onun Arman Cumagəldiyevlə yaxınlıq etməsidir. Nadir Səlifov Rusiya tərəfindən İnterpol xətti ilə axtarışa verilib. Lakin xüsusi xidmət orqanları ona kömək edir. “Xüsusi xidmət orqanları ona bir sıra problemlərin həllində yardım edir. O, sərbəst şəkildə dövlət sərhədlərini keçir, Türkiyə onu təhvil vermir”, - deyə mənbə bildirib.

“Quli”nin hədəfə gəlməsi onun “oğru dünyası”nda nüfuzunun getdikcə artması ilə izah edilir.

Arman Cumagəldiyevin gürcü “qanuni oğru” Quram Çixladzeyə (“Kvejoyeviç”) əl qaldırması isə “Quli”yə hücum üçün fürsət yaradıb. Məsələ burasındadır ki, Quram Çixladze Nadir Səlifovla görüşdə vurulub. Lakin Arman Cumagəldiyev onun “qanuni oğru” statusu daşıdığından xəbərsiz olduğunu deyib. Nadir Səlifov da bu əməlinə görə Arman Cumagəldiyevin cəzalandırılmasına həvəssiz yanaşıb.

Bu olaydan sonra digər gürcü oğrular Badri Koquaşvili (“Badri Kutaisi”) və Emzar Caparidze (“Kvatiya”) Nadir Səlifovun “qanuni oğru” titulundan məhrum edilməsi barədə məsələ qaldırıblar. Rusiyanın nüfuzlu “qanuni oğru”larından sayılan Zaxari Kalaşov (“Şakro Molodoy”) da onlara dəstə verib.

Bəzi iddialara görə, əslində bütün bunların arxasında Zaxari Kalaşov dayanır. “Quli”nin getdikcə daha çox nüfuz qazanmasını qəbul etməyən Zaxari Kalaşov onu zəiflətməyə çalışır. Lakin bu məsələdə “Quli”yə qarşı birləşən “qanuni oğru”lar istəklərinə çata bilməyiblər.

Əksinə, “sxodka” zamanı Badri Koquaşvili, Emzar Caparidze və Quram Çixladzenin özlərinin problemləri üzə çıxdı. Bəlli olub ki, hər üç “qanuni oğru” başqa “oğru”larla konfliktdədirlər. Bu halda onlar kiminsə “qanuni oğru” statusundan məhrum edilməsi məsələsini qaldıra bilməzlər. Bu azmış kimi onların özlərinin “qanuni oğru” statusları şübhə altına alınıb.

Bundan başqa, Arman Cumagəldiyevin törətdiyi əməllə bağlı izahatı “sxodka”ya toplaşan “oğru”lar tərəfindən etirazla qarşılanmayıb. Beləliklə, “Quli” birmənalı qələbə qazanıb.

Görünür, rəqibləri “Quli”nin bu qələbəsini həzm edə bilmirlər və onu “vurmaq” üçün yeni ittihamlar üzərində işləyir və bunu dərhal media vasitəsilə ictimailəşdirirlər.

İndi bütün kriminal dünya “Quli”nin yeni ittihamlarla bağlı hansı addımı atacağını gözləyir.

pia.az


Etiket: Quli qanuni oğru

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar