Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Boltonun yerinə yeni namizədlə görüşüb

Donald Tramp milli təhlükəsizlik üzrə yeni köməkçi seçir

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə yeni köməkçi vəzifəsinə namizədlərin axtarışı çərçivəsində cümə günü ABŞ-ın girov məsələləri üzrə xüsusi nümayəndəsi Robert O ' Brayenlə söhbət edib.

Bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat verib.

Qəzet bildirir ki, O' Brayeni həm Dövlət Departamenti, həm də Pentaqondakı həmkarları ilə yaxşı münasibətlərinə görə Vaşinqtonda “təhlükəsiz seçim” hesab edirlər.

“Vəzifəlilərin fikrincə, O ' Brayenin “nəzakətli davranışları” Trampın milli təhlükəsizlik üzrə sabiq məsləhətçisi Con Boltonun davranışı ilə ziddiyyət təşkil edəcək. Ağ Ev komanda oyunçusu istəyir”, - deyə qəzetin mənbələrindən biri bildirib.

“The Washington Post” Boltonun yerinə digər namizədlər sırasında ABŞ-ın vitse-prezidenti Maykl Pensin milli təhlükəsizlik üzrə məsləhətçisi Kit Kelloq, ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqen və ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenelin də adı yer alır. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - Video

Ən çox oxunanalar