Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəhərlənmə zamanı qatıq içməyin! - Zərərləri

Zəhərlənmədən sonra ilk 2 gün ərzində qatıq vermək qadağandır

Azərbaycanda qida zəhərlənməsi zamanı "ilk yardım” məqsədi ilə bir çox hallarda xəstəyə qatıq verilir.

Bu isə çox böyük səhvdir və xəstənin vəziyyətini yüngülləşdirmir, əksinə ağırlaşdırır. Zəhərlənmədən sonra ilk 2 gün ərzində qatıq vermək qadağandır.

PİA.az oxuculara bunun səbəblərin izah edir.

Zəhərlənmə adətən qusma və ishalla muşayiət olunur. Belə vəziyyətdə bağırsaqların peristaltikasını (hərəkətlilik) artıran qatıq ishalı daha da gücləndirəcək. Bu isə susuzlaşmanın riskini artırır. Zəhərlənmə zamanı məhz susuzlaşma ən təhlükəli fəsaddır ki, ağır hallarda hətta insanın ölümünə səbəb ola bilər.

Digər səbəb. Zəhərlənmə zamanı bağırsaqların selikli qişaları zədələnir və qıcıqlanır. Qatıq isə turş məhsuldur və onun tərkibində olan turşular selikli qişanı daha da qıcıqlandıracaq.

Zəhərlənmə zamanı düzgün ilk yardım necə olmalıdır?

- Qida zəhərlənməsinə şübhə yarandıqda dərhal təcili yardım çağırın.

- Xəstənin mədəsini yuyun. Bunun üçün adi ilıq sudan istifadə edin. Xəstə 2 stəkan ilıq su içməli və sonra dilin kökünə basmalıdır ki, qussun. Mədə təmiz su çıxana qədər yuyulmalıdır.

- Daha sonra xəstəyə smekta, enterosgel kimi preparatlardan birini verin. Bu preparatlar bağırsaqlarda olan toksinləri özünə hopdurur və çölə çıxardır. Kömürdən istifadə etməyin. Onun effektivliyi aşağıdır.

- Çoxsaylı qusma və ishal nəticəsində yaranan susuzlaşmanın qarşısını almaq üçün xəstəyə regidron və ya oralit verilir. Preparat təyinata uyğun olaraq suda həll olunur və hər qusma və ishaldan sonra bir neçə qurtum olmaqla içilir. Bu preparatlar orqanizmin su-duz balansını bərpa edir.

- Xəstəyə həkimin təyini olmadan heç bir digər dərman (qusma və ishal əleyhinə preparatlar, antibiotiklər, lineks, ot dəmləmələri və s.) vermək olmaz (!).

- Zəhərlənmənin 1-ci günü xəstəyə hər hansı qida vermək tövsiyə edilmir. Bu həzm sisteminin daha tez bərpasına kömək edəcək. Növbəti günlərdə xəstəyə xüsusi pəhriz təyin olunur. (sağlamolun.az)

pia.az


Etiket: zəhərlənmə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar