Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Kaspersky Lab" Azərbaycanda uşaqların bu yay internetdə nə ilə maraqlandıqlarını araşdırıb

Bu barədə “Kaspersky Lab” şirkətindən bildirilib

Azərbaycanda bu ilin yay tətilində uşaqlar əsasən “YouTube” kanalında video-çarxlara, yeni serial və filmlərə, eləcə də musiqi və sosial şəbəkələrlə maraqlanıblar.

Şirkətin məlumatına əsasən, uşaqlar internetdə keçirdikləri vaxtın əksər hissəsini onlayn-mağazalarda çeşidlərin öyrənilməsi və kompüter oyunlarına sərf ediblər. Valideynlərin qorxduqları mövzularla (erotika, pornoqrafiya, alkoqol, narkotiklər, zorakılıq, qumar oyunları və s.) uşaqlar daha az maraqlanıb.

“Kaspersky Lab” mütəxəssisləri dünya üzrə uşaqların anonim axtarış sorğularını təhlil etdikdən sonra belə bir qənaətə gəliblər ki, sorğuların 22%-i film və serial axtarışı ilə bağlı olub. Azyaşlılar əksər hallarda “Hörümçək adam” haqqında çəkilmiş yeni filmlə maraqlanıblar. Eləcə də, uşaqların diqqəti “Ələddin” və “Con Uik” haqqında döyüş filminin üçüncü hissəsinə yönəlib.

Seriallara gəlincə, bütün dünyada olduğu kimi, Azərbaycanda da azyaşlı istifadəçilər ən çox “Netflix”dən "Çox qəribə hadisələr"in yeni mövsümünü axtarıblar. Serialla yanaşı onlar həm də həmyaşıdları olan gənc aktyorlar haqqında da məlumatlarla maraqlanıblar. Uşaqlar arasında populyarlıq baxımından ikinci yerdə HBO şirkətinin “Çernobıl” serialı olub. Maraqlısı odur ki, bu serialın uğuru fonunda bütün dünyada uşaqlar radiasiya ilə maraqlanmağa başlayıb – axtarış sorğularına "radioaktiv", "radon" və digər oxşar sözlər əlavə olunmaqla yanaşı, hətta top onluğa da düşüblər.

pia.az


Etiket: Kaspersky Lab

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar