Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan malyariyadan azad ölkə kimi tanındı - ÜST müsbət rəy verdi

Səhiyyə Nazirliyindən bu barədə məlumat verilib

Malyariya xəstəliyi dünyada parazitar xəstəliklər içərisində ən geniş yayılmış transmissiv parazitar xəstəlik olub, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə planetin əhalisinin 41%-dən çoxu malyariyaya yoluxma riski altında yaşayır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hər il orta hesabla dünyanın 100-dən çox ölkəsində 300-500 milyon insan bu xəstəliyə yoluxur. İl ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur.

Respublikada keçən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsinin, 1 milyondan çox qaçqın və məcburi köçkün və əhali arasında xaotik miqrasiyanın nəticəsində bu xəstəlik geniş miqyasda yayılaraq ölkə ərazisinin 80%-ni əhatə edib.

Epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq olaraq Milli Proqram işlənib hazırlanıb. Bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alınıb və ilbəil xəstələnmə səviyyəsi azalmağa başlayıb.

Aparılan məqsədyönlü kompleks əks-epidemik tədbirlər nəticəsində Azərbaycan Respublikasında malyariyanın eliminasiyasına nail olunub və 2013-cü ildən etibarən bu xəstəlikdən yerli yoluxma halları müşahidə edilməyib.

Malyariya ilə yerli yoluxmaların kəsilməsinə nail olmuş ölkələr, malyariyanın eliminasiyası barədə sertifikat alınması üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edirlər.

Malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi, ciddi dövlət və beynəlxalq səviyyədə rezonansa səbəb olur. Bunun nəticəsi bilavasitə turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına iqtisadi cəhətdən öz təsirini göstərir.

Qeyd olunanları nəzərə alaraq malyariyanın eliminasiyasının sertifikatlaşdırılması üçün Səhiyyə Nazirliyi tərəfindən ÜST-ə müraciət edilib və müsbət rəy alınıb. Səhiyyə Nazirliyi tərəfindən artıq hazırlıq prosesinə başlanıb.

Sertifikasiya prosesinə hazırlığın təmin edilməsi və gələcəkdə Beynəlxalq Sertifikasiya Komissiyası ilə səmərəli əməkdaşlıq etmək məqsədilə aidiyyatı dövlət qurumlarının mütəxəssislərindən ibarət Sertifikasiya Komitəsi yaradılıb və bu gün onun birinci toplantısı keçirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar