Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə “yeni nəsil” siyasəti: İttifaqlar və milliyətçilik dinamikası...

Türkiyə siyasətində son 2 ildir yaranmış iki qütblü mənzərə Əli Babacan və Əhməd Davudoğlunun yeni partiya axtarışlarının fonunda dəyişə bilər...

Sinan BAYKENT
“The Independent” qəzeti, Türkiyə, 12 sentyabr 2019-cu il

Respublika Hökümət Sisteminin Prezident sistemi ilə əvəzlənməsi referendumunda aparılan təbliğat kampaniyası zamanı AKP heyəti Türkiyənin bundan sonra koalisiyalara məhkum edilməməsi üçün sistemdə dəyişiyin zəruriliyini vurğulayırdılar.

Halbuki referendumdakı və referendumdan sonrakı mərhələdə Türkiyə ittifaqlara, yəni adsız koalisiyalara bağlı hala gəlib. Yəni sistemin tətbiq etdiyi “50% + 1” şərti siyasəti başdan-ayağa yenidən dizayn edib və etməyə də davam edir.

Hal-hazırda formalaşmış 2 ayrı ittifaq var. “Cumhur” İttifaqının daxilində AKP və MHP yer alarkən, “Millət İttifaqı”nın da altında CHP və “İyi” Partiyası (İP) birləşir.

Mövcud vəziyyət belə görünsə də, reallıqda vəziyyət tamam fərqlidir. Çünki hər iki ittifaqa da kənardan dəstək verilir.

“Cumhur” İttifaqına qeyri-rəsmi şəkildə “Vətən” Partiyası (VP), “Hür Dava” Partiyası və müəyyən qədər də Demokratik Sol Partiyası (DSP) dəstək verir.

Millət İttifaqına isə HDP ilə yanaşı, “Saadet” Partiyası (SP) və “Demokrat” Partiyası (DP) “kənardan” dəstək verir.

Türkiyə siyasətində son 2 ildir yaranmış iki qütblü mənzərə Əli Babacan və Əhməd Davudoğlunun yeni partiya axtarışlarının fonunda dəyişə bilər. Başqa sözlə, Babacan və Davudoğlunun təşəbbüsləri siyasi prosesə yeniliklər gətirə bilər.

“Mərkəz İttifaqı” qurula bilərmi?

“Cumhur” İttifaqının komponentləri AKP-nin 31 martda və 23 iyunda aldığı məğlubiyyətlərini ortaya qoyur və görünür, MHP-nin qismən yüksəlişi də ittifaqın gözləntilərini hələlik qarşılamır.

Digər tərəfdən, “Millət” İttifaqı çərçivəsində hər nə qədər açıq şəkildə CHP-HDP arasında yaxınlıq olsa da, İP və SP sola yaxın bir ittifaqda yerləşməyi doğru hesab etmir. Üstəlik, deyilənə görə, sözügedən ittifaq daxilində sol termini iki partiya arasında artıq narahatlıq yaradır.

Hələlik ittifaqın ruhuna uyğun gəlməyən hər hansı bir davranış nümayiş etdirməsələr də, İP və SP siyasiləri fərqli alternativlər yaratmaq üçün müzakirələr aparırlar.

Babacan və Davudoğlunun səhnəyə çıxmaq üçün gördüyü hazırlıq İP və SP-nin vəziyyətini yümgülləşdirə bilər. Həqiqətən də, liberal mühafizəkar mövqedə olan Babacanla mühafizəkar milliyətçi qismə xitab edəcəyi gözlənilən Davudoğlunun əməkdaşlığı nəticəsində İP və SP xeyli rahatlaşacaq.

İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu Diyarbəkir səfəri və CHP-nin İstanbul üzrə vilayət sədri olan Canan Kaftancıoğlunun – o, CHP-HDP müştərəkliyinin ən effektiv memarıdır – məhkəmə prosesində daha da ön plana çıxması İP-SP cütlüyünü təsirsizləşdirib. Bu baxımdan Babacan və Davudoğlu sayəsində qurulacaq “Mərkəz” İttifaqı sayəsində hər iki partiya daha mülayim bir yol izləyəcək.

Əgər belə bir proses baş tutarsa, o zaman Türkiyədə “Cumhur” İttifaqı ilə yanaşı, bir “Sol” İttifaqı (CHP və HDP) və bir də “Mərkəz” ittifaqı (Babacan və Davudoğlu + SP və İP, bəlkə də, DP) ortaya çıxa bilər.

“Cumhur” İttifaqı niyə görə milliyətçi səslərə yönəlir?

İqtidar cəbhəsi başa düşür ki, bu tip parçalanma qaçınılmaz bir “son”a aparacaq. Bu mənada prezident Ərdoğan MHP sədri Dövlət Baxçalını evində ziyarət etdikdən sonra, Baxçalının İP üzvlərinə: “MHP-nin qapıları köhnə dostlarımız üçün açıqdır”, çağırışı etməsi heç də təsadüfi deyil.

Yuxarıda təsvir edilən ssenariyə görə, yeni güc balansı təxmini hesabla 55%-45% nisbətində müxalifətin lehinə dəyişə bilər.

Buna görə də, AKP Babacan-Davudoğlu cütlüyünün partiyadan alacağı səsi milliyətçi səslərlə bərpa etmək istəyəcək və hal-hazırda da bunun təzahürlərini müşahidə etmək olar.

HDP-nin bundan sonra AKP ilə heç bir şəkildə ortaqlıq yaratmayacağını və Babacan-Davudoğlu-SP-DP dördlüyünün də öz ideoloji prinsiplərinə görə mərkəzdə qərarlaşacağını nəzərə alsaq görərik ki, qarşıdakı dönəmdə milliyətçi cinah daxil olacağı koalisiya ilə iqtidarı müəyyən etmə mərhələsinə çatacaq və bunu layiqincə yerinə yetirəcək.

"İyi" Partiyası yox, “milliyətçi cinah” deyirəm, çünki İP-nin bazası hələ də tam sağlam deyil. Şəhərli milliyətçilər mövcud kritik vəziyyətdə özünə bir səs axtarır və bu səsi də İP-də tapa bilir.

Şəhərli milliyətçilərin gücünə 23 iyunda İstanbul seçkilərində şahid olduq. Terrorçu lideri Öcalanın məktubu yayımlandıqdan sonra sözügedən kütlə öz etirazını bildirmək üçün HDP-nin də dəstəklədiyi İmamoğluna səs verdi. Yəni İmamoğlu onsuz da HDP sayəsində səsvermədə qalib gələcəkdi. Amma ona zəfər qazandıran əsas qüvvə şəhərli milliyətçilər oldu.

AKP MHP ilə birlikdə Türkiyənin, demək olar, bütün bölgələrində (bəlkə, cənub-şərq istisna olar) üstün olan şəhərli milliyətçi kütləni öz tərəfinə çəkmək və qalib gəlmək istəyir. Baxçalının “İP çağırışı”nı, prezident Ərdoğanın Meral Akşenerlə səmimi şəkillər çəkdirməsini və üstəlik, Numan Kurtulmuşun: “Şəhərli milliyətçilərin səslərini itirdik”, deməsini bu baxımdan dəyərləndirə bilərik.

Həqiqətən də, indi addım atmaq növbəsi AKP-dədir. Görək, prezident Ərdoğanın liderliyində AKP bu yeni “tənzim” işlərinə qarşı necə addım atacaq?

Əsas məsələ isə milliyətçilərlə bağlıdır. Məncə, Türkiyədə partiyalardan müstəqil şəkildə yüksəlişə keçən milliyətçilik qarşıdakı dönəmdə kimi ucaldacaq?

Suriyanın şimalında qeyri-müəyyənlik, PKK terrorunun davam etməsi və böyüməsi qaçqın və köçkün probleminin yaratdığı ictimai fəsadlara və iqtisadiyyatdakı dar milliyətçiliyə necə təsir edəcək? Üstəlik, milliyətçilər (xüsusilə də, şəhərlilər) səslərini hər hansı bir partiyaya “kirayə vermək” əvəzinə, davam etdirib, uzunmüddətli bir həll yolu tapa biləcəklərmi? Tapsalar, bu, necə olacaq?

“Yeni nəsil” siyasətçilər səhnəyə çıxır

Hər kəsin bildiyi kimi, Avropada milliyətçi hisslər yenidən oyanmağa başlayıb. Buna hər nə qədər milliyətçi demək olmasa da, Qərb, xüsusilə də Avropa son günlərdə milliyətçilikdən bəslənməyə çalışan sağ populizmə meyil edir. Yeni bir siyasətçi nəsli meydana çıxır.

Bu mənada Avropada həm ənənəvi, həm də populist cəbhədə fərqli bir nəslin siyasi gücü ələ keçirdiyi bir dönəmdəyik. Ənənəvi cəbhədə Emmanuel Makron, Aneqret Kramp-Karenbauer, Sebastian Kurs və Roberto Habek ortaya çıxarkən, “anti-sistemçi” populistlərin arasından Matteo Salvini, Marin Le-Pen, Tomio Okamura və Alis Videl çıxıb.

Türkiyədə də siyasi yenilənmə prosesi gedir. Siyasi mövqelərinin doğru və ya yanlış olmasından asılı olmayaraq, Əkrəm İmamoğlu, Əli Babacan, Canan Kaftancıoğlu, Birol Aydın, Mustafa İlker Yücel və Selahattin Demirtaş kimi fiqurların siyasətdə gücləndiklərini və populyarlıq qazandıqlarını görə bilərik.

Maraqlıdır ki, Avropada 1945-dən sonra ortaya çıxan şiddətli milliyətçilik formasının güclü nümayəndələri olduğu halda, Türkiyədəki müasir milliyətçiliyin hələ ki, yeni nəsildən rəsmi olaraq bir nümayəndəsi yoxdur.

Milliyətçilərin “yeni nəsil” lideri kimdir?

Hər baxımdan böyük bir dövlət adamı olan Dövlət Baxçalı bu gün 71 yaşındadır.

Xüsusilə, respublikaçı və xalqçı mövqeyə sahib olan milliyətçi qisimlərin maraqla izlədiyi və Türkiyə tarixində öz sözünü demiş siyasətçilərdən olan Doğu Perinçek 77 yaşındadır.
İP rəhbəri Meral Akşener 63, Ankara Böyük Şəhər Bələdiyyəsi rəhbəri Mansur Yavaş 64 yaşındadır. Bu mənada onlar prezident Ərdoğanla (65 yaş) eyni nəsildən sayılırlar.

Türkiyədə siyasət çox vaxt “ömürlük xidmət” məntiqi ilə aparılır. Mən bunu dövlət ənənəsi üçün faydalı hesab etsəm də, xidmətin mərhələli olaraq dəyişəcəyinə inanıram.

Türkiyədəki klassik və ənənəvi milliyətçilik dövrə uyğunlaşan və hətta, zamana yön verən, uzaqgörən bir şəxsiyyət yetişdirməyi heç də bacarmayıb.

Türkiyədə milliyətçi düşüncə və praktikada da “liderə itaət etmək” daha vacibdir. Ona görə də, hər gələn yeni nəsil müəyyən səbəblərlə öz partiyalarından uzaqlaşdırılıb və idarə oluna bilən hala gətirilib.

Ötən gün “Foreign Policy” jurnalında bir məqalə rastıma çıxdı. “Türkiyə suriyalı qaçqınları həmişəlik qonaq edə bilməz” başlıqlı məqalədə deyilir ki, əgər prezident Ərdoğan tələsməsə, öz Salvinisi ilə üzləşmək məcburiyyətində qalacaq.

Məqalədə yazıçının istinad göstərdiyi insanlar arasında Meral Akşenerlə yanaşı, Ümid Özdağ da var. Maraqlıdır ki, Sinan Oğana heç ismarıc göndərilməyib. Halbuki Sinan Oğan yeni nəsil milliyətçilərin ən kəskin və ən potensiallı nümayəndəsidir.

Sinan Oğan tapmacası və sosial təzyiqlər

Sonuncu dəfə suriyalılarla bağlı etdiyi tənqidlərə görə bir çox sivil təşkilatın qınmağına məruz qalan Oğan 2015-2017-ci illərdə MHP-dən çıxarıldı və gözlənilənin əksinə, İP-yə qoşulmadı.

Bu məsələlər bir tərəfə, Sinan Oğan mövcud vəziyyətdə milliyətçiliyin süvarisi ola biləcək yeganə variantdır. Şübhəsiz ki, Sinan Oğana qarşı çoxlu tənqidlər var. Məsələn, müəyyən bir qisim Oğanı irqçilikdə, faşistlikdə ittiham edir. Şəxsən bu tənqidi haqsız və əsassız hesab edirəm. Səbəbi isə çox sadədir: Avropada 2017-ci ildə 22 ölkəyə ümumilikdə 1 milyon qaçqın gəldiyi üçün Avropada həm milliyətçilər, həm də populistlər ayağa qalxmışdı. Türkiyədə yaşayan 5 milyon suriyalının yaratdığı xaosa heç kim səs çıxarmasın?

Mənim Sinan Oğana qarşı edə biləcəyim yeganə tənqid odur ki, Oğan Türkiyənin iqtisadi, sosial və mədəni problemləri ilə bağlı tutarlı bir siyasi proqram hazırlamayıb. Bu, böyük çatışmazlıqdır. Ya da əgər hazırlayıbsa, bunu nə vaxt açıqlayacaq?

Xülasə, Sinan Oğanın işləri hələlik məlum deyil. Görəsən, MHP-yə qayıdacaq? Yaxud da yeni partiya quracaq? Yoxsa heç birini etməyib, sadəcə izləyəcək?

Bu barədə təxminim budur ki, yeni nəsil liderliyin “milliyətçi lider” boşluğu əvvəl-axır dolacaq.

Türkiyədə eynilə Avropada olduğu kimi, bir milliyətçilik axtarışı var və bu axtarış hələ ki, arzuladığı lideri tapa bilməyib. Bu durum “tac geyindirən” səviyyəyə çatan milliyətçi dinamikaya necə təsir göstəribsə, iqtidara gəlmək istəyən bütün ittifqalara da elə təsir göstərəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar