Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pekin və Tehran Amerikaya qarşı müqavimət oxu qurur?  

Aleksandr Şarkovski

Новости ВПК, 13.09.2019

Çin bu yaxınlarda Pekin və Tehran arasında bağlanmış strateji tərəfdaşlıq haqda yeni sazişin işığında İrandan neft idxalını ən yaxın vaxtlarda xeyli artıracaq. Hətta Səmalar ölkəsinin təhlükəsizlik xidmətinin 5000-ə yaxın işçisi İrana yollanır – onların vəzifəsi İslam Respublikasının neft-qaz və neft-kimya sektoruna Pekinin yeni yatırımlarını qorumaq olacaq. Bu yatırımların həcmi 280 milyard dollar dəyərləndirilir. Bu haqda Britaniyanın “Petroleum Economist” nəşrinin dərc etdiyi məruzədə deyilir. Bu iki ölkənin Birləşmiş Ştatlarla münaqişəli münasibətləri dərinləşdikcə bu iki ölkə arasındakı strateji tərəfdaşlıq inkişaf edir. Bəlli olduğu kimi, Çin indiki anda ABŞ-la ticari savaş eskalasiysına cəlb olunub, İran isə Vaşinqtonla nüvə sazişi pozulduqdan sonra sonuncu tərəfindən ən güclü iqtisadi təzyiqə məruz qalır.

Sözügedən yatırımlar haqda sazişdə habelə deyilir ki, Səmalar ölkəsi İslam Respublikasının nəqliyyat şəbəkəsinin inkişafına daha 120 milyard dollar qoyacaq. Bu sənəd avqustun sonunda İran xarici işlər naziri Məhəmməd Zərifin Çin diplomatik idarəsinin başçısı Van Li ilə görüşünün gedişində tam formalaşdırılıb.

Bu saziş Çin-Pakistan iqtisadi dəhlizi yaratmaq üzrə Pekin və Tehran arasında əvvəllər sənədləşdirilmiş müqavilənin davamıdır – Çin bu çərçivədə Pakistan energetikasına, nəqliyyata və başqa sektorlara milyardlarla dollar qoyur ki, Çin prezidenti Si Szinpinin təmtəraqla “Qurşaq və yol” adlanan təşəbbüsünə uyğun olaraq ölkə iqtisadiyyatının inkişafına təkan versin.

“Petroleum Economist” iddia edir ki, Çin ilkin olaraq İrana iki beşillik boyunca pul qoyacaq və Çin firmaları bu strateji sazişə uyğun olaraq İranın yeni energetika layihələrinə qatılmaqda prioritet hüquqlar əldə edəcək. Tehran və Pekin arasında gerçkləşməyi 25 il boyunca baş verəcək daha geniş saziş var.

Çin İslam Respublikası ərazisində özünün yeni zavodlarını qurmaq üçün İrandakı gen-bol ucuz işçi qüvvəsindən istifadə etmək niyyətindədir. Bir sıra malların istehsalını Səmalar ölkəsinin ərazisindən qismən İslam Respublikasına keçirmək proqnozlaşdırılır. İran sazişlərə uyğun olaraq çinlilərin həyata keçirdikləri layihələrin təhlükəsizliyini təmin etmək qəsdilə öz ərazisində Pekinə tam beş min hərbçidən istifadə etmək icazəsi verir.(Tərcümə Strateq.az)

pia.az


Etiket: Pekin Tehran Amerika


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar