Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın KTMT-yə üzvlüyü yenə gündəmdədir: Rusiyadan gələn bu təklif hansı zərurətdən doğur?..

KTMT-də müşahidəçilik ABŞ-ın ölkəmizə təzyiqinə gətirə bilər... Əgər, ərazilər bunun müqabilində boşaldılmazsa...

Politoloq: “KTMT-də müşahidəçilik Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmir. Bu, Rusiyanın regionda geosiyasi mövqeyini gücləndirmək üçün lazımdır”.

Ermənistanla eyni təşkilatda olsaq, Qərb artıq Qarabağ məsələsində bizi dəstəkləməyəcək”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın KTMT-yə müşahidəçi kimi üzvlük məsələsini PİA.az-a şərh edərkn qeyd edib.

Rusiyanın baş nazirinin müavini Yuri Borisov və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) baş katibi Valeri Semerikov Azərbaycanın KTMT-yə üzv müşahidəçi sifəti ilə üzv olmasını istisna etməyib. Hətta bəzi iddialara görə Ermənistan da buna qarşı çıxmayacaq.

Xatırladaq ki, KTMT-də müşahidəçi və tərəfdaş dövlətin statusu məsələsi “2002-ci il 7 oktybar Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatının nizamnaməsində dəyişikliklər edilməsi haqqında” üçüncü protokolun ratifikasiya edilməsi ilə bağlı lahiyə ilə tənzimlənirdi.

Lakin cari il ərzində Rusiya prezidenti Vladimir Putin KTMT-də müşahidəçi statusu və təşkilatda təmsil olunan ölkələrin səlahiyyətlərinin aydınlaşdırılması haqqında qanun layihələri paketini təsdiq olunmaq üçün dövlət dumasına təqdim edib.

Sənədin əsaslandırılmasında qeyd edilib ki, KTMT-nin “üzv ölkələrinin nümayəndələri” anlayışı aydınlaşdırılır. KTMT-də səlahiyyətli nümayəndə anlayışı əvəzinə daimi və səlahiyyətli nümayəndə anlayışı daxil edilir. Baş katibin müavini vəzifələri və onların anlayışı müəyyən olunur. Bu təlimatla, həmçinin güzəştlər və toxunulmazlıqlar yalnız Baş katib və onun ailəsi üçün deyil, onun müavinləri və ailə üzvləri üçün də tətbiq olunur.

Burada 1961-ci il aprelin 18-də diplomatik münasibətlər haqqında Vyana konvensiyasının əsas götürüldüyü bildirilib. Üçüncü təlimatda isə KTMT-nin “müşahidəçi” və “tərəfdaş” statusları, təşkilat üzvü olmayan, lakin onun məqsəd və problemlərini bölüşən ölkələr və beynəlxalq təşkilatlar üçün müəyyən edilməsini nəzərdə tutur.

İndiki şəraitdə Rusiya rəsmilərinin belə bir təkliflə çıxış etmələri hansı zərurətdən doğur? Azərbaycan üçün təcavüzkar Ermənistanında üzv olduğu bu hərbi bloka qoşulmaq hansı strateji xeyir və ziyanları ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Moskva ilə Bakı arasında bu barədə intensiv danışıqlar getməsini istisna etmirəm”.

Azərbaycan Avropa İttifaqı ilə çərçivə sazişini imzalamalı, ABŞAvropa ilə diplomatik əlaqələrini inkişaf etdirməli olduğunun düşünən politoloq əlavə edib ki, Rusiyanın təsiri ölkəmizin inkişafının qarşısını ala bilər:

Rusiya Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etmək üçün nizamnaməsində dəyişikliklər etdirdi. Artıq Rusiya rəsmiləri ölkəmizin bu təşkilatda müşahidəçi statusu alması mümkünlüyünü qeyd edirlər. Hətta, Rusiya Təhlükəsizlik Şurasının katibi Y.Patruşev Yerevan səfərində Ermənistanın buna etiraz etməməsi üçün razılıq alıb.

KTMT-də müşahidəçilik Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmir. Bu, Rusiyanın regionda geosiyasi mövqeyini gücləndirmək üçün lazımdır. Rəsmi Bakı mütləq şəkildə ərazilərin qaytarılması şərti ilə müşahidəçi statusu almalıdır. Yoxsa, Azərbaycan bu təşkilatda yer alsa, Moskva işğal olunmuş ərazilərlə bağlı növbəti dəfə ölkəmizi aldada bilər.

Moskva ilə Bakı arasında bu barədə intensiv danışıqlar getməsini istisna etmirəm. Çünki, birdən-birə Rusiya rəsmiləri bu məsələni qaldıra bilməzdi. Bundan əlavə, Yerevan-Moskva arasında isti olmayan münasibətlər hökm sürür. Azərbaycan bundan istifadə edib, Moskva ilə ərazilərin istənilən variant vasitəsilə azad edilməsini razılaşdırmalıdır. Məhz bunun müqabilində KTMT rolu razılaşdırla bilər.

Məhəmməd Əsədullazadə: “Rusiyanın Yaxın Şərqdə və Şərqi Avropada mövqeyini gücləndirməsi Azərbaycana da təsirsiz ötüşmür”.

Hazırda Rusiya qlobal güc müstəvisindədir, regionda Azərbaycanla qarşılıqlı və ikitərəfli maraqlar konteksində Qarabağ münaqişəsi həll edilə bilər. Kreml bunu etmək istəyində deyil. Amma, ölkəmizi işğalçı ölkə ilə eyni təşkilata üzv etmək planını reallaşdırır.

Əgər, ərazi məsələsində ciddi irəliləyiş olmasa, KTMT yer alsaq, ABŞ ölkəmizə təzyiqləri artıra bilər. Nəzərə alaq ki, Vaşinqton Cənubi Qafqazda Azərbaycanı Rusiya orbitinə yaxınlaşmasını qəbul etməyəcək. Ölkəmizə siyasi-iqtisadi və enerji dəstəyini kəsə bilər.

Rusiyanın Yaxın Şərqdə və Şərqi Avropada mövqeyini gücləndirməsi Azərbaycana da təsirsiz ötüşmür. Məhz KTMT-yə müşahidəçi qismində üzvülüyümüz bu təzyiqlər qarşısında olmamalıdır.

Azərbaycan Avropa İttifaqı ilə çərçivə sazişini imzalamalı, ABŞAvropa ilə diplomatik əlaqələrini inkişaf etdirməlidir. Rusiyanın təsiri ölkəmizin inkişafının qarşısını ala bilər. Ermənistanla eyni təşkilatda olsaq, Qərb artıq Qarabağ məsələsində bizi dəstəkləməyəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar