Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bacısının sevgilisini öldürən hakimə yüngül cəza verildi

Xırdalan şəhərində bacısının sevgilisini öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin barəsində olan hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başa çatıb...

Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Prokurorun təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması barədə verdiyi şikayət təmin olunmayıb.
Bundan başqa, zərərçəkmiş tərəfində eyni tələblə verdiyi şikayət rədd edilib.

Qeyd edək kİ, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Ağakişiyevin əməli Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib. Ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. İstintaq orqanı tərəfindən Ələkbər Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 26.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilmişdi.

İttihama görə, ötən il iyun 28-də Xırdalan şəhərində Pərviz Həbibovun evində meyiti tapılıb. İlkin məlumatda onun infarktdan öldüyü qeyd olunub. Abşeron rayon Prokurorluğunda aparılan araşdırmalar zamanı Pərviz Həbibovun həmin il iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini Nazilə Ağakişiyevanın qardaşı Ələkbər Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib. Ələkbər Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışıb.
Pərviz Həbibov isə ANS telekanalının sabiq aparıcısı Pərvanə Sabirqızının qardaşıdır.(teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar