Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasmussenin bəyanatı Gürcüstanı qarışdırdı - Tiflis ərazilərindən vaz keçməlidir?..

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Gürcüstan hakimiyyətini Abxaziya və Cənubi Osetiya olmadan Alyansa qoşulmağı düşünməyə dəvət edib...

Politoloq: “Son zamanlar Avropa ölkələri Rusiya ilə münasibətləri sanki normallaşdırmağa çalışırlar. Avropa ölkələri Rusiyanı qıcıqlandırmaq istəmirlər”.

“Abxaziya və Cənubi Osetiya məsələsi olduğuna görə NATO-ya üzvlük Gürcüstan üçün problemdir. Amma düşünürəm ki, üzvlük olmasa belə, sıx inteqrasiya mümkündür”.

Bu sözləri politoloq Elxan Şahinoğlu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Gürcüstanın Abxaziya və Cənubi Osetiya olmadan alyansa qoşulmaq çağrışını PİA.az-a şərh edərkən qeyd edib.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Gürcüstan hakimiyyətini Abxaziya və Cənubi Osetiya olmadan Alyansa qoşulmağı düşünməyə dəvət edib. Həmçinin Rasmussen rəsmi Tiflisi Rusiyanın nəzarəti altında öz müstəqilliklərini elan edən torpaqlardan imtina etməyə çağırıb.
Rasmussenin bu fikirləri Gürcüstanda müzakirə mövzusuna çevrilib.

Gürcüstanın Strategiya və İdarəetmə İnstitutunun rəhbəri Petr Mamradze NATO-nun keçmiş katibinin dəfələrlə belə fikir səsləndirdiyini bildirib: “Rasmussen baş katib olanda belə bu barədə danışırdı”.

Politoloqun fikrincə, Rasmussen NATO-nun baş katibi postundan getdikdən sonra təşkilatın bu məsələ ilə əlaqədar mövqeyi dəyişib:

NATO-nun aparıcı ölkələri (ABŞ, İngiltərə, Almaniya, Fransa) arasında heç kim belə bir versiyanı - Gürcüstanı Abxaziya və Cənubi Osetiya olmadan alyansa qəbul etməyi düşünmür. İndi NATO-da tamamilə fərqli yanaşmalar var. Buna görə də Rasmussenin ifadəsi alyansın mövqeyini əks etdirmir”.

Mamradze hesab edir ki, NATO ancaq nəzəri cəhətdən Abxaziya və Cənubi Osetiya olmadan Gürcüstanın alyansa qoşulmasını tələb edə bilər.

NATO kimi bir hərbi təşkilatın keçmiş də olsa, rəhbərinin belə bir bəyanatla çıxış etməsi artıq Qərbdə Rusiyanın maraqlarının tam nəzərə alınması və sərhədlərin dəyişdirilməsinin tanınmasına hazırlıq kimi dəyərləndirilə bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna müraciət edib.

Elxan Şahinoğlu: “Bu bəyantda Qərbdə Rusiyanın maraqlarının tam nəzərə alınması və sərhədlərin dəyişdirilməsinin tanınmasına hazırlıq getməsi məsələsi də nəzərdə tutula bilər. Çünki son zamanlar Avropa ölkələri Rusiya ilə münasibətləri normallaşdırmağa çalışırlar”.

ABŞ-Gürcüstan hərbi əməkdaşlığının inkişaf etdiyin nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında bildirib ki, ola bilsin ki, ABŞ gələcək illərdə Gürcüstanda hərbi bazalarını yerləşdirsin. Buna görə də NATO-nun Gürcüstanla sıx əməkdaşlıq, inteqrasiya etmək mümkündür:

NATO-nun nizamnaməsində belə bir müddəa var ki, problemli ölkələr, yəni ərazi bütövlüyü ilə bağlı problemləri olan ölkələr NATO üzvlüyünə qəbul oluna bilməz. NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen də bu maddələri əlində rəhbər tutur.

Həmçinin bu bəyantda Qərbdə Rusiyanın maraqlarının tam nəzərə alınması və sərhədlərin dəyişdirilməsinin tanınmasına hazırlıq getməsi məsələsi də nəzərdə tutula bilər. Çünki son zamanlar Avropa ölkələri Rusiya ilə münasibətləri sanki normallaşdırmağa çalışırlar. Avropa ölkələri Rusiyanı qıcıqlandırmaq istəmirlər.

Elxan Şahinoğlu: “Ola bilsin ki, ABŞ gələcək illərdə Gürcüstanda hərbi bazalarını yerləşdirsin”.

Gürcüstan və yaxud da Ukrayna NATO üzvü olsa, bu Rusiya ilə münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Düzdür keçmiş illərdə ABŞ Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü istəyirdi. Amma ABŞ-ın bu istəyinə qarşı Fransa və Almaniya qarşı çıxdı. Hesab edirəm ki, indi də Fransa və Almaniya Gürcüstan və Ukraynanın NATO-nun üzvlüyünə qəbul olunmasını istəmirlər.

Bu baxımdan Abxaziya və Cənubi Osetiya məsələsi olduğuna görə NATO-ya üzvlük Gürcüstan üçün problemdir. Amma düşünürəm ki, üzvlük olmasa belə, sıx inteqrasiya mümkündür. ABŞ-Gürcüstan hərbi əməkdaşlığı da inkişaf edir. Hətta gələn xəbərlərə görə ola bilsin ki, ABŞ gələcək illərdə Gürcüstanda hərbi bazalarını yerləşdirsin. Buna görə də Gürcüstanla sıx əməkdaşlıq, inteqrasiya etmək mümkündür”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar