Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb seçicilər İsrail siyasətinə təsir göstərməyə can atırlar - Video

Cəmi beş ay əvvəl İsraildə keçirilən son seçkilərdə İsrailin ərəb vətəndaşlarının təxminən yarısı səs vermişdi

PİA.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, İsrailin ərəb vətəndaşları ölkə əhalisinin 20 faizini təşkil edir və onlar hökumətdə koalisiya yaradılmasında rol oynaya bilərlər. İsrail tarixində heç vaxt hökumətə qoşulmayan ərəblərdən bəziləri hazırda dəyişməyin vaxtı gəldiyini deyir.

Cəmi beş ay əvvəl İsraildə keçirilən son seçkilərdə İsrailin ərəb vətəndaşlarının təxminən yarısı səs vermişdi. 2015-ci ildən bəri ərəb partiyalarının İsrail parlamenti Knessetdəki 13 üzvündən cəmi 9-u qalıb. Lakin bir neçə ərəb partiyası gələn həftə keçiriləcək yeni seçkilərdə birləşərək vahid siyahı ilə daha çox yer qazanmağa ümid edir. Əhməd Tibinin adı "Birgə Siyahı"-da ikinci yerdədir. “"Birgə Siyahı" ilə biz cəmiyyətimizə üz tutub onları səs verməyə çağırırıq. "Get səs ver və nüfuza malik ol!" Bu sizin seçiminizdir və seçki günü reallığınızı dəyişə bilərsiniz" deyə, Əhməd Tibi bildirir.

Knesset üzvü Yusif Cəbarinin dediyinə görə, ərəb səsləri Benyamin Netanyahunun cüzi say çoxluğu ilə sağçı koalisiya hökuməti formalaşdırmasının qarşısını almaqda mühüm rol oynaya bilər. Belə bir hökumətin İsrailin ərəb vətəndaşlarına qarşı ayrıseçkilik təsbit edən qanunlar qəbul edəcəyi gözlənilir. "Son bir neçə ildir irqçilık və ayrıseçkilik qanunvericiliyini tətbiq edən hökumət qalıb gəldiyi təqdirdə bunu davam etdirəcək. Qazandığımız hər hansı əlavə yer Knessetin tərkibinə təsir göstərə bilər və Netanyahunun sağçı hökumət qurmasına mane ola bilər.”

Netanyahu dəfələrlə ərəblərə qarşı ayrıseçkilik iddialarını rədd edib. O, buna misal olaraq İsrail universitetlərində ərəb vətəndaşların sayının artdığını və onların Knessetdəki nümayəndələrini göstərir.

Ərəb partiyaları heç vaxt İsrail hökumətinin koalisiya partiyalarının tərkibində olmayıb. “Birgə Siyahı”nın rəhbəri Ayman Odehin mümkün bəzi şərtlərdə bunun dəyişə biləcəyini deməsi mübahisələrə səbəb olub.

Müxalifət lideri və mərkəz solçu “Kahol Lavan” partiyasının rəhbəri Benni Qantz bunda maraqlı olmadığını deyir. Lakin İsrailin təhlilçi Tabit Əbu Ras kimi ərəb vətəndaşları Ayman Odehlə həmfikirdir. “Belə bir bəyanatın ərəb seçiciləri həvəsləndirmək üçün vacib olduğunu düşünürəm. Və bu, bəzi yəhudi liderlərin də ağlına batır. Budur - ərəb icmasında artıq ortağımız var və bu, gələcəkdə yəhudi-ərəb siyasi əməkdaşlığına daha çox yardım edəcək."

İsrailin ərəb vətəndaşlarını ən çox narahat edən problemlər yaşadıqları məhəllələrdə cinayətin arması və ayrıseçkilik siyasətidir.

İsrailin ərəb vətəndaşlarının çoxu ayrıca Fələstin dövlətinin yaranmasını dəstəkləyir və Netanyahunun qələbəsinin belə bir dövləıtin yaranmasına imkan verməyəcəyini düşünür. Lakin “Birgə Siyahı”da adı olanlar kifayət qədər yer qazanarsa, onlar gələcək hökumətdə mühüm rol oynaya bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar