Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda sabiq məhkəmə sədrinin qətli ilə bağlı cinayət işi başlanıb

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib

PİA.az APA-ya istinadən xəbər verir ki, məlumat daxil olan kimi dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub və digər zərusi təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Xatıqladaq ki, məlum hadisə bu gün səhər saatlarında baş verib. Tovuz rayon Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Əli Şəmiyev Firudin Ələkbərlini güllələyib. F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb. Ə.Şəmiyev saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.

Qeyd edək ki, qətlə yetirilən Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar