Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avrasiya İqtisadi Birliyinin Ermənistan sammiti pozula bilər

İrina Corbenadze

rosbalt.ru, 12.09. 2019

Oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyi Ali Şurasına daxil olan dövlətlərin başçılarının iştirakı ilə toplantı planlaşdırılıb. Xatırladaq ki, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan AİB-in üzvüdür. Sonuncuda “məxməri” hakimiyyət dəyişikliyindən sonra o, həmişəki kimi AİB, KTMT-yə qarşı daim iddialar irəli sürür, onun üçün ən böyük qıcıqlandırıcı isə Rusiyadır. Ermənistanın bəzi KİV-ləri bu iki bloku da, RF-ni də bir qayda olaraq yamanlamağa, həm də Rusiya liderini “sancmağa” girişib. Ermənistan bununla yanaşı yenə də nə KTMT, nə də AİB-i tərk etmək, habelə Moskvadan asılı münasibətlərdən can qurtarmaq riskinə gedir. Sadə bir səbəbə görə – əlverişsizdir.

Bu “əlverişsizlik” xeyli yönləri özünə sığışdırır, bundan aşağıda danışılacaq. Burada isə qeyd edək ki, AİB sammiti ərəfəsində Ermənistan cəmiyyətinin önəmli bölümündə fal açmağa başlayıblar ki, Putin öz iştirakı ilə Ermənistanı bəxtiyar edəcəkmi, yoxsa sammiti Moskvaya keçirəcək? Və ikincisi – İrəvan AİB-in çoxları tərəfindən Ermənistanı suverenlikdən və iqtisadi azadlıqlardan məhrum edən “rüsvayçılıq” adlandırılan “köləlikdən” çıxacaqmı?

Əslində, Putin İrəvan sammitinə nədən getməsin? Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın ümid etdiyi kimi, İran prezidenti Həsən Ruhanini buna cəlb etmək olar.

Bəlli olub ki, səbəb son dərəcə önəmlidir. “Past” nəşrinin məlumatına görə, RF prezidentinin təhlükəsizliyinə sorumlu xidmətlər Putinin keçmiş prezident Robert Koçaryanın saxlandığı “cinayət-icraat müəssisəsi”nə baş çəkməyi üçün tam təhlükəsizliyi təmin etməyi Ermənistan tərəfindən tələb edib, amma rədd cavabı alıblar.

“Past”da olan məlumatlara görə, bu məsələni həll etmək üçün Ermənistan tərəfinə sentyabrın 10-adək vaxt veriblər, əks halda Putin İrəvana getməyəcək.

“Кавказский узел” məlumat verir: “Qaynaqlar penitensiar sistemə baş çəkmək istəyinin səbəblərini dəqiqləşdirməsə də, Putinin Koçaryana “ürəyiyuxa münasibəti”, Ermənistanın keçmiş prezidentini doğum günü münasibətilə təbrikləri və s. nəzərə alınsa, güman etmək olar ki, Vladimir Putin Robert Koçaryan üçün darıxıb və onu görmək istəyir… Pivə içməyə, ya nədir?”

News.am və başqa resurslar sual edir ki, Putin bu halda sammiti Moskvaya keçirərmi? Ağ saray (Kreml-tərc.) qaldırılan səs-küyü hələlik heç cür şərh etmir, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan isə jurnalistlərə inamla bildirib ki, Putin İrəvana gəlir. Bundan başqa, AİB-ə daxil olan başqa dövlətlərin başçıları kimi. Ruhaninin dəvət edilməsi haqda yuxarıda danışılıb – sammitdə onun iştirakı xüsusi məna daşıyır. İrəvanda Sinqapurun baş naziri Li Syan Lunu da gözləyirlər – bu ölkə ilə azad ticarət zonası qurmaq haqda sazişin imzalanacağı gözlənilir.

Ermənilər, yeri gəlmişkən, onlar üçün ABŞ tərəfdən “qəzəb salxımı”na çevrilə biləcək, İrəvanın isə bu ölkədən böyük və ən müxtəlif yardımlar gözlədiyi gurultulu coğrafi-iqtisadi effekt kontekstində Ruhaninin səfərinə özəl ümidlər bəsləyirlər. Düzdür, gözləmə rejimi bir qədər uzun çəkdi.

Ermənistanın əlində İranla geopolitik oyunlara girməyə imkan verən hansı “kartlar” var? İrəvanda AİB arealında yeganə quru sərhədi kimi İslam Respublikası ilə ümumi sərhədi “kozır” adlandırırlar. Doğrudan da, bu, tədarük marşrutlarından asılı olmayaraq İran yüklərinin Ermənistan üzərindən Avrasiya Birliyi dövlətlərinə tranziti üçün yaxşı xidmət göstərə bilər.

Bundan savayı, Paşinyanın İran KİV-ləri ilə söhbətindən də duyulduğu kimi, o, ikitərəfli işbirliyini genişləndirmək haqda Tehranla dil tapmağa bel bağlayır. Amma danışığın baş tutmağı üçün Ermənistanın çox konkret iqtisadi gündəliyi olmalıdır. Bu isə var: İrəvan istəyir, ancaq Rusiyanın təbii qazından asılılığını hələ də heç cür azalda bilmir. O, İrandan yanacaq alır, lakin olduqca məhdud miqdarda və əsasən, həmin İrana idxal edilən elektrik enerjisi hasil etmək üçün. Sonuncu tədarükü artırmağa hazırdır, amma bu məsələdə bir neçə “əmma” var.

Məsələn, Ermənistanın İİR səfiri Artaşes Tumanyan təsdiqləyib ki, Rusiya qazının qiyməti (min kubmetrə 165 dollar) Ermənistana əlverişlidir, bir də İran ona daha ucuz yanacaq təklif etməyib. Düzdür, səfir deyib ki, “Başqa ideya var – biz Türkmənistan qazını alıb İran qazıyla mübadilə edə bilərik. Bu, çox rahat, əlyetən olardı, qaz almaqla bağlı qısqanclıq səhnələrindən yayınmağa yardım edərdi”.

Aydındır ki, səhnələri Rusiya düzəldir. Buna görə də özünü aldatmaq variantı nəzərdə tutulmursa, Türkmənistan qazı ideyası tam aydın deyil: RF-nin Türkmənistandan aldığı təbii qazı ondan almaq. Aydındır ki, belə qazın dəyəri Ermənistanın Rusiyadan “qardaşsayağı” ucuz aldığından bahadır.

Ümumiyyətlə, Ruhaninin gəlib-gəlməyəcəyi bəlli deyil. Amma Ermənistan onun səfəri sayəsində məhz İrəvandakı sammitə görünməmiş məna vermək istəyir. İqtisadi maraq olacaqsa, o gələcək, səfər üçün siyasi maraq isə görünmür. Lakin başqa motivlər İİR prezidentini səfərə meylləndirə bilər: birincisi, onun Putinlə kürəsəl kontekstdə müzakirə etməyə həmişə nəsə var. İkincisi, İran AİB-lə azad ticarət zonası haqda müvəqqəti müqavilə bağlayıb və blokdaxili “hərəkətlər” ona maraqlı ola bilər.

“Lragir” keçmiş prezident Serj Səksyanın AB ilə assosiasiya haqda saziş bağlamaqdan qabaqca imtina edərək respublikanın birliyə daxil oduğunu bildirdiyi günü “rüsvayçı tarix” adlandırıb. Və budur, Ermənistan bütün bu illər ərzində (nədənsə altı il deyirlər, amma ER birliyə 2015-ci il yanvarın 2-də qoşulub) “getdikcə daha dərinə bataraq, məxməri inqilaba baxmayaraq, Avrasiya bataqlığından çıxa bilmir”. Hətta Rusiya Ermənistan vətəndaşlarına münasibətdə “diskriminal qanunlar” qəbul edir və bu haqda artıq xarici işlər nazirinin müavini Koçaryan danışır.

Məsələ isə burasındadır ki, Rusiya qanunvericiliyi ödənişli iş məqsədilə avtonəqliyyat vasitələrindən istifadə hallarında xarici sürücülük vəsiqəsini tanımır. Yəni Ermənistan vəsiqələri ilə RF-yə maşın sürmək olar, amma, bax, onunla taksi, avtobus, yük maşını və s. sürücüsü işləmək olmaz. Amma bununla yanaşı, Rusiyada AİB-də rus dilinin rəsmi statusa malik olduğu bütün üzv ölkələrin sürücülük vəsiqəsi tanınır. Ermənistanda isə – Birlikdə yeganə ölkədə – rus dilinin, ümumiyyətlə, heç bir statusu yoxdur.

“Diskriminasiya”dan danışan nazir müavini hesab edir ki, Ermənistanın sürücülük vəsiqələrinin Rusiya tərəfindən tanınmaması AİB haqda müqaviləyə ziddir. Amma o bununla yanaşı vurğulayır ki, Birlik “Ermənistanın başqa ölkələrlə bərabər tamhüquqlu sahib olduğu yeganə qurumdur” və bu Birlik çərçivəsində onun iştirakı olmadan heç bir qərar alına bilməz. Və burada öz maraqlarını yeridə bilər. Lakin diplomat bu zaman özünə zidd gedərək bildirir ki, sürücülük vəsiqəsilə bağlı durum AİB-in səlahiyyətlərinə daxil deyil. Sual yaranır: onda o, niyə Avrasiya Birliyi haqda müqavilə ilə ziddiyyətə girir və burada “diskriminasiya” haradadır? Və Ermənistanın orada üzvlüyü niyə rüsvayçılıqdır?

Burada İrəvan Dövlət Universiteti politologiya kafedrasının müdiri Qarik Keryanın “Sputnik”lə söhbətdə səsləndirdiyi fikrini gətirməyinə dəyər. O, Ermənistanın AİB-ə qoşulmaq qərarını şərh edərək qeyd edib ki, istənilən inteqrasiya plyus və minusları nəzərdə tutur, amma hərbi-siyasi prioritetlər iqtisadi maraqları həmişə üstələyir. Onun izahatına görə, Avrasiya Birliyinə girmək və AB ilə assosiasiya haqda saziş imzalamaq arasında seçim Ermənistanın təhlükəsizlik məsələsi ilə birbaşa bağlı idi, iqtisadiyyatın inkişafı isə birinci növbədə daxili siyasətdən asılıdır. Belə ki, “sandıqça asanlıqla açılır”.

O deyib: “AB-yə girisənsə, ya da assosiasiya haqda saziş imzalayırsansa, onda dünyada ən inkişaf etmiş “ailə”yə daha yaxın olursan”.

Amma bununla yanaşı, Ermənistanın geopolitik vəziyyətinə bağlı bir sıra mənfi məqamlara işarə edib. Məsələn, Avropa Birliyinin dördüncü və əhatəli genişlənməyindən sonra uyğun proses “dondurulub” və yeni üzvlərdən söz açılmır.

“Bu, Ermənistan üçün həmişə hansısa əlavəni və bu ailənin haçansa üzvü olub-olmayacağını bilməməyi ifadə edir, – politoloq vurğulayıb, – Hətta Ukrayna və Gürcüstan kimi Avropayönlü ölkələrin də görünən gələcəkdə AB-yə girməyə heç bir ümidi yoxdur”.

Bir də ümmiyyətlə, inkişaf etmiş ölkələrlə eyni iqtisadi blokda olmaq zəif və orta iqtisadiyyatlar üçün ağır durum yaradır. Bu baxımdan Yunanıstan, Portuqaliyadakı iqtisadi böhranlar, Bolqarıstan, Rumıniya, Baltikyanında mühacirət və iqtisadi düşkünləşmə səciyyəvidir.

Onun fikrincə, ən önəmli mənfi məqam – AB Ermənistana təhlükəsizlik zəmanəti vermir. Amma, bax, Rusiya verir. Keryan deyib: “2013-cü ildə o zamankı prezident Serj Sərksyanın AİB-ə girmək haqda bəyanatının səbəblərindən biri məhz bu idi… Başa düşmək gərəkdir ki, hərbi-siyasi planda KTMT-də, iqtisadi planda AB-də olmaq cəfəngiyyatdır”.

AİB-də iqtisadi inkişaf imkanlarına gəlincə, yekun vurmaq üçün olduqca az vaxt keçib – bunun üçün daha 10-15 il tələb olunur. Amma Avrasiya Birliyinin ölkənin ixracat istehsalına şərait yaradan 200 milyonluq bazarı Ermənistan üçün açıqdır. İstənilən halda, indi Ermənistanın kənd təsərrüfatı məhsulları AİB bazarında tələbata malikdir.

Bundan savayı, politoloq hesab edir ki, Ermənistan AİB ölkələrini İrana, ola bilsin, AB-yə də bağlayan bənd ola bilər. Keryan yekun vurub: “Lakin iqtisadi inkişafa təminat üçün İrəvan özü ciddi addımlar atmalıdır. Ermənistanı tranzit ölkəyə çevirməli olan “Şimal-Cənub” yolunun salınmasının iflası bu planda yolverilməzdir”.

AİB-in qüsurlardan məhrum olduğunu iddia etmək sadəlövhlük olardı. Bunlar var və təşkilatın mövcudluğunun qısa dövründə tam ləğvi qəribə olardı. Orada həm xarici, həm daxili siyasət planında, həm də ticari-iqtisadi münasibətlərdə çəkişmələr var. Amma konkret Ermənistandan danışılsa, təhlükəsizlik məsələlərindən ayrılsaq, AİB-ə üzvlük onun üçün iqtisadi baxımdan da əlverişlidir.

Bəlli olduğu kimi, statistika tərs şeydir. O isə bildirir ki, 2018-ci ildə (daha təzə məlumat hələlik yoxdur) ER-dən AİB ölkələrinə ixracat yenə də artım sərgiləyən əvvəlki illə müqayisədə , demək olar, 21 % artıb. Və bu il kənd təsərrüfatı məhsullarının ixracında iflasla yanaşı özəl uğurlar olmasa da, ötən il respublikada AİB arealına kənd təsərrüfatı ixracatı, təxminən, 10%, tekstil iki dəfə, maşın və avadanlıqlar isə 37,1 % çoxalıb.

Bununla belə, Ermənistan AİB ölkələri ilə mal dövriyyəsindən (respublikanın xarici ticarət fəallığının 30%-i bunun payına düşür) və Rusiyanın yatırım ətalətindən narazıdır. Paradoksal, amma faktdır ki, ER-də olan Rusiya kapitalına arabir sərt “basqın edirlər”.

Hər necə olsa da, AİB-in gəncliyi onun iştirakçılarına dünyadakı mənfi tendensiyalara əks təsir göstərmək imkanı verən əlavə iqtisadi artımı təmin etməyə mane olmayıb. Bunu da bir başqası deyil, Birliyin bütün səhv və nöqsanlarının ən düzgün tənqidçisi kimi məşhurlaşan Belarus prezidenti Aleksandr Lukaşenko boynuna alır. O bunu da təsdiqləyir ki, AİB qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəni genişləndirməkdə, inflyasiya riskərini önləməkdə, birlik dövlətlərinin uzlaşdırılmış makroiqtisadi siyasət aparmaqda mövqelərini yaxınlaşdırmaqda müsbət rol oynayıb. O deyib ki, ümumiyyətlə, “dünya artıq bizi görməməyə nail ola bilməz”.

Amma Ermənistan buna “nail olur”, ya da təşkilata üzvlüyünün müsbət məqamlarına, sadəcə, məhəl qoymur. Qeyd edəki, özü də söhbət iqtisadiyyatı inkişaf etməmiş, həm də qonşularla – Azərbaycan və Türkiyə ilə pis münasibətlərə görə yarımblokada durumunda olan, amma təkrar edirik, onun üçün 200 milyonluq bazarın açıldığı ölkədən gedir. Bu isə rasional istifadə zamanı böyük üstünlükdür. Eynilə Avrasiya Birliyi və KTMT-də, əslində isə, Ermənistan bu üç “subyekt”in hamısının üzərində nə qədər masqara edir, etsin, onun təhlükəsizliyini hələ də təmin edən Rusiyanın qorumasında olmaq kimidir.

Necə deyərlər, sadələşdirilmiş variantla ötüşürlər. Heç nədənsə, ya da əncir yarpağındansa yenə də bu daha yaxşıdır. Və sonra: qonaq öz dostu ilə harada olur-olsun niyə “pivə içməsin?” Qafqaz qonaqsevərliyinin qanunları ilə.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar