Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salam vermək müstəhəb, almaq isə vacibdir

Salam - Allahın adlarındandır

Əllamə Təbatəbai "salam" sözünün mənası haqqında buyurur ki, "salam" - sülhdə olmaq, amanda olmaq deməkdir. Salamlaşan insan qarşı tərəfə deyər ki, mən səninlə sülh və amandayam. Yəni, səninlə qardaşam. (Tebyan)

Salam - Allahın adlarındandır. Allah bəndələrinə nicat verər. Biz bir-birimizlə salamlaşan zaman salam aramızda sevgi yaradar.

Əhli-beyt (ə) bizə buyurur ki, əgər qeyri-müsəlmanlar sizə salam versələr, siz əgər cavab vermək istəyirsinizsə, deyin ki, "Əleyk". Əgər siz qeyri-müsəlmanlara salam vermək istəyirsinizsə, ancaq deyin ki, "Salam".

"Salamun əleykum" sözünü müsəlman müsəlmana deyir. İmam Sadiq (ə) buyurur: "Bir-birinizi görən zaman bir-birinizə yüksək səslə salam verin". Salamın cavabını verən zaman da yüksək səslə vermək lazımdır. Salam vermək - Peyğəmbərin (s) sünnətidir. Allah Təala buyurur: "Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara: "salam olsun sizə!" - de". ("Ənam" 54).

Kiçiklər birinci salam verməlidirlər. Ancaq heç kim Peyğəmbərdən (s) əvvəl ona salam verə bilmirdi. O, həmişə insanları qabaqlayırdı. Hətta kiçiklərə belə onlardan əvvəl salam verirdi. O, həmişə buyurardı ki, mən ona görə salam verirəm ki, qalanları da bunu öyrənsinlər və məndən sonra da bu sünnət qalsın.

Salamı birinci verməyin savabı daha çoxdur. Əllamə Məclisi buyurur ki, dinə görə salam vermək müstəhəb, almaq isə vacibdir. Ona görə də ilk salam verməyin savabı daha çoxdur. Bəzən biz güman edirik ki, ancaq filan əməldən savab qazanırıq. Ancaq salam vermək kimi sadə əməlin də savabı heç də az deyildir.

Həzrət Peyğəmbər (s) buyurur: "Sizi hər şeydən qabaq Allaha yaxınlaşdıran əməl - salam verməkdir". Başqa yerdə oxuyuruq ki, deyilir: "Paxılların ən paxılı o kəsdir ki, bir-birinə salam vermirlər".

Bəli, biz müsəlmanıq. Fərqi yoxdur ki, bir-birimizi tanıyırıq, yoxsa yox. Ancaq yenə də bir-birimizə salam veririk. Çünki, biz Peyğəmbərin (s) və Məsum İmamların (ə) davamçılarıyıq. (Milli.Az)

pia.az


Etiket: salam

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar