Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu mövsüm ekranlarda onlar olacaq - Foto,Video

Bir neçə gün sonra kanallarımız yeni mövsümə başlayacaq

Axşam.az xəbər verir ki, reytinq savaşını gücləndirməyə çalışan TV-lərimiz bu müharibədə qalib gəlmək üçün seriallarını mübarizəyə qoşub.

Bir neçə yeni serialın start götürəcəyi ekranlara yeni simaların gələcəyi də istisna deyil.

Yerli kananallarımızda hansı ekran işləri yayımlanacaq?

Formatında xeyli dəyişiklik olan “İctimai” TV iki serialla tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Bunlardan biri baş rolunda Roza Zərgərlinin oynadığı komediya serialı “Bizim restoran”dır. Bir neçə müddətdir yayıma başlayan ekran işi çox da tamaşaçı kütləsi toplaya bilməyib.

Digər ekran işi isə dram janrındadır. “Kür nəğmə” adlanan serialda isə baş rolları Ziya Ağa, Elşən Rüstəmov, Günay Əhməd, Vüsal Hacıqədir, Fərhad Səmimi və Aygün Fətullayeva canlandırır. Hər iki ekran işi həftədə bir dəfə yayımlanacaq.

Əməkdar artist Kəmalə Müzəffər, aktyorlar Qorqud Cəfər və Günəş Mehdinin baş rolunda olacağı “Yad gəlin” ARB TV-də start götürəcək. Serial həftəiçi hər gün yayımlanacaq.

“Uçurum” serialı ikinci mövsümü ilə qaldığı yerdən elə ARB TV-də davam edəcək. Ekran işində Murad İsmayıl və Ülviyyə Xəlilbəyli rol alır.

Aktrisa Çimnaz Sultanovanın rol aldığı yeni serial isə “Məhəbbətə məğlub” adlanır. Çimnaz saytımıza açıqlamasında demişdi ki, burada məşhur türkiyəli aktyorla tərəf müqabili olacaq. Aktyorun adı isə gizli saxlanılır. O, bir neçə bölümdə rol alacaq.

“Qan qohumları” həftəiçi hər gün ATV-də yayımlanacaq. Serialda Zemfira Əbdülsəmədova və Türkay Cəfərli baş roldadır.

Elməddin Cəfərov isə “Leyli və Məcnun” komediyası ilə ötən mövsüm vidalaşdığı "Bacanaqlar"ın yerini doldurmağı düşünür. Serial həftədə bir dəfə efirə gedəcək.

“Qız atası” dördüncü mövsümü ilə ekranlara gələcək. Serialda Əməkdar artist Əkbər Əlizadə, aparıcılar Mətanət Əliverdiyeva, Nərgiz Əliyeva, Xəyalə Quliyeva və başqaları rol alır.

Xəzər” TV-nin reytinqlu “Ata ocağı” serialı isə komandasını Əməkdar artist Sənubər İsgəndərli, Vidadi Həsənov, aktyor Tural Əhmədlə gücləndirilib. Serialda Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfər, Ayşad Məmmədov kimi sənətçilər yer alır.

“İmtahan”da bu mövsüm Sənan Əlləz, Uzel Kərimova, Fariz İlyasovla yanaşı, Corc Qafarov, Ləman Mərih kimi gənc aktyorları da görəcəyik.

Bundan başqa “Xəzər” TV-də “Subaylıq sultanlıqdır”, “Xalxın evi”, “5 saat əvvəl”, “Ay yay yay” kimi komediya serialları da yayımlanacaq.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar