Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmədə Koçaryanın tərəfdarları və əleyhdarları arasında toqquşma olub

Bu gün Yerevan məhkəməsində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəməsi keçirilib

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmədə R. Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunun pozulmasına dair ittiham üzrə işə baxılıb. Sabiq prezidentin müdafiəçiləri onun azad olunmasını tələb ediblər.

Məhkəmənin qərarı sentyabrın 17-də elan olunacaq.

Məhkəmə iclasından sonra sabiq prezidentin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib. Baş verənlərə görə, bir neçə nəfər, o cümlədən “Milli razılıq” partiyasının sədri Aram Arutunyan saxlanılıb.

R. Koçaryanın əleyhdarları onu qadını döyməkdə ittiham ediblər. A. Arutunyanın özü ünvanına edilən təhqirlərə cavab olaraq bu addımı atdığını bildirib.

Qeyd edək ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində Robert Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında Robert Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib.

O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar