Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

11 sentyabr terrorunun izi ilə - Bin Laden hücum üçün niyə ancaq səudiyyəliləri seçdi?

ABŞ-a qarşı 11 senytabrda törədilən terror aktında iştirak edən 19 nəfərdən 15-i Səudiyyə Ərəbistanı vətəndaşı idi. Məsələ bağlı çoxlu ssenarilər ortaya atılıb…

“The Independent” qəzeti, ABŞ, 11 sentyabr 2019-cu il

Keçən gün Oksford Universitetində Orta Şərq üzrə mütəxəssis olan Elizabet Kendalın “Twitter” vasitəsilə yayımladığı video əvvəllər “Əl-Qaidə”yə bağlı olan “Hədayə” quruluşunun Yəməndəki nümayəndəsi olan Əbu Məhəmməd əl-Adəni adlı bir şəxsə aid idi. Adəninin İŞİD lideri Əbubəkr əl-Bağdadiyə olan bağlılığı çoxuna məlumdur. Videoda göstərilir ki, Adəni iki quş səsi eşidib qorxur.

Bu video 2 il əvvəl yayımlanmış olsa da, “Əl-Qaidə” mediası İŞİD-i məsxərəyə qoymaq üçün videonu yenidən üzə çıxarıb. Əl-Qaidə əvvəllər də İŞİD-lə bağlı video yayımlamış və o videoda İŞİD-in qan kimi görünməsi üçün qırmızı rəngli “Vimto”dan (İngiltərədə satılan bir içki) istifadə etdiyini bildirmişdi. Kendal isə yayımladığı video ilə bağlı qeyd edib ki, Əl-Qaidənin Yəməndə İŞİD-lə olan rəqabətini əks etdirən bir media kampaniyası aparır.

Yəmən uzun müddətdir ki, bir çox səbəbə görə Ərəb yarımadasındakı terrorun qaynağına çevrilib. Bu vəziyyət çoxdan mövcudur. Hətta “Əl-Qaidə”nin qlobal bir model kimi ortaya çıxması, 11 sentyabr 2001 tarixində Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrini bombalaması və paytaxt Vaşinqtondakı ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına hücum etməsi hadisələri də bu durumdan sonra baş vermişdi.

Bu durum daha çox terrorçuluğu dinə bağlayaraq müxtəlif qruplar arasında rəqabət yaradılmasını xatırladır. Son 20 ildir davam edən terrorla mübarizə cəhdlərinə, yəni Üsamə bin Ladenin Qətərin “əl-Cəzirə” kanalındakı çıxışlarına baxmayaraq, “Əl-Qaidə” liderinin öyündüyü Nyu-York və Vaşinqtonun terror hücumundan bu günə qədər bu vəziyyət davam edir.

Bin Laden ABŞ qüvvələri tərəfindən Pakistanda 2011-in may ayında, oğlu Həmzə isə bu yaxınlarda öldürülmüş olsa da o, təkcə ABŞ və Qərb üçün yox, Ərəb yarımadası və xüsusilə də, Səudiyyə Ərəbistanı üçün təhdid mənbəyidir.

Səudiyyə Ərəbistanlılar çətin vəziyyətdədir

ABŞ-a qarşı 11 senytabrda törədilən terror aktında iştirak edən 19 nəfərdən 15-i Səudiyyə Ərəbistanı vətəndaşı idi. Məsələ bağlı çoxlu ssenarilər ortaya atılıb. Lakin bir suala cavab verilməyib: Üsamə bin Laden niyə terrorçuların çoxunu Səudiyyə Ərəbistanından seçdi?

Mediada bu məsələ bir neçə dəfə müzakirəyə qoyulub. Jurnalist Martin Çulov “The Guardian”da 3 avqust 2018-ci ildə yayımladığı xəbərində Bin Ladenə qədər gedib çıxan araşdırmasında bu suala cavab axtarıb.

Çulovun gəldiyi nəticə belə idi: “Üsamə bin Laden, şübhəsiz ki, Qərbi, xüsusən də ABŞSəudiyyə Ərəbistanına qarşı düşmən etmək üçün 11 senytabr hücumunda məhz səudiyyəliləri seçdi və həmin vaxtı müharibə baş verməsə belə, gələcək müharibəni qızışdırmış oldu”.

Bununla yanaşı, amerikalıların çoxu düşünür ki, Səudiyyə Ərəbistanı 1994-dən bu yana, yəni məlum hadisədən 7 il əvvəl Bin Ladenin vətəndaşlığını ləğv etmiş olsa da dünyanın bir nömrəli terrorçusu (təxminən 3000 nəfəri öldürən və bunun iki qatı insanı da yaralayan adam) onların ailələrini öldürən bir səudiyyəlidir.

Lakin ingilis kəşfiyyatı zabitinin bu suala verdiyi cavab Bin Ladeni 80-ci illərin əvvəlindən 2001-ə qədər izləmək istəyənlər üçün bir baza yaradır.

1998-ci ildə Keniyanın paytaxtı olan Nairobi şəhərində və Tanzaniyanın paytaxtı olan Darüssəlamdakı ABŞ səfirlərinə qarşı keçirilən hücumlarda hazırda ABŞ-da həbsdə olan terrorçu Məhəmməd Rəşid Davud əl-Ohaliyə görə də Səudiyyə Ərəbistanının adını çox da eşitmədik.

2000-ci ildə Ədən limanındakı “USS Cole”a hücum edənlər arasında 11 senytabr terrorunda iştirak etmiş Xalid əl-Mehdar və Əbdürrəhim əl-Nəşiri kimi səudiyyəlilər də olub.

Lorenz Raytın 2008-ci ildə yayımlanan “Yüksək qüllə: Əl-Qaidədən 11 sentyabra uzanan yol” adlı kitabını oxuyanların şərhi belədir ki, sovet işğalına qarşı savaşan əfqanlara dəstək olmaq üçün “Müsəlman Qardaşlar”dan olan Abdullah Əzzamın liderliyi altında fəaliyyət göstərmək üçün 1984-cü ildə Pakistana gedən bin Laden 80-ci illərin sonunda Sovet höküməti geri çəkildən sonra ölkəsinə qayıtmşdı. Bu zaman artıq Əzzam da bin Ladeni sözünə baxılmalı olan cihadçı bir lider kimi görür.

Eyni zamanda Əfqanıstanın sovet işğalına qarşı qaldırdığı üsyan - “cihad” başa çatdıqdan sonra bin Ladeni lider olaraq seçən edən cihadçı təşkilat misirli radikallar tərəfindən idarə olunan ərəbləri əhatə edirdi. Bu ünsürlər ərəb əfqanları kimi tanınırdılar və özlərini bin Ladenin əmrindəki “sərhəddən kənar savaşçılar” kimi görürdülər.

Lakin bu dönəmi araşdıran bir çox insan bildirib ki, misirli cihadçı şəbəkəsinin lideri Əymən əl-Zəvahiri “Əl-Qaidə” kimi bir çox terror ordusunun yaranmasına təkan verib. Ərəb əfqanları arasında nüfuz sahibi olan Abdullah Əzzamı aradan götürəndən sonra misirli cihadçı lider Zəvahiri Əfqanıstandakı sovet ordusuna qarşı mübarizə aparan bin Ladeni “Mücahidlərin uğurlu şahzadəsi” adlandırıb.

Bundan sonra isə bin Laden ölkəsinə qayıdıb və məscidlərdə xütbə oxumağa başlayıb. Yanlış hesab etdiyi hər şeyi tənqid edir və onlara qarşı cihad çağırışı edirdi.

Səudiyyə Ərəbistanı o dönəmdə öz daxilindəki problemin fərüinə varmağa başladı. Buna görə də, həmin dönəmin Səudiyyə Ərəbistanı Daxili İşlər naziri şahzadə Naif ibn Əbdüləziz Üsamə bin Ladenlə görüşərək onu sərt şəkildə danlayıb və sonra da onun Səudiyyə Ərəbistanı vətəndaşlığını ləğv edib

“The Guardian” qəzetinin verdiyi məlumata görə, 1977-2001-ci illərdə Səudiyyə Ərəbistanı Kəşfiyyat lideri kimi çalışan şahzadə Turki ibn Faysal qeyd edib: “Əfqanıstan Sovet höküməti tərəfindən işğal edildikdən əvvəl və sonra 2 ayrı Üsamə bin Laden olub. İşğaldan əvvəlki bin Laden savaşçı deyil, nümunəvi bir mücahid idi”.

Şahzadə Turki əlavə edir: “Üsamə bin Ladenin 1990-dan bəri öz siyasi mövqeyi var idi. O, kommunistlərin və marksistlərin Yəmənin cənubundan çıxmağını istəyirdi. Onunla görüşüb, bu işə qarışmamasını bildirmişdim”.

Cihad və höküməti heçə saymaq

Üsamə bin Laden dövlətin mövqeyini rədd edirdi. O, Müsəlmanlar Qardaşların üzvü olan, Abdullah Əzzamın Əymən əl-Zəvahiri və misirli cihadçılar tərəfindən izlənilən Səyid Qütbün fikirlərindən təsirlənmişdi.

Şahzadə Turkinin də bir neçə dəfə qeyd etdiyi kimi, bin Laden dövlətdə özünə bir rol tapa biləcəyinə inanırdı. Eyni şəkildə bir neçə dəfə Səudiyyə Ərəbistanlı nümayəndələri ilə görüşüb və onlara bəzi məsləhətlər verib. Lakin onun təklifləri dövlət tərəfindən qəbul edilməyib.

Lorenz Rayt öz kitabında qeyd edir: “1989-cu ildə bin Laden şahzadə Turkiya olduqca cəsarətli bir plan təqdim etmişdi. O, nizamsız ordudan cənubi Yəməndəki marksist höküməti devirmək üçün istifadə etməyi təklif etdi. Turki bin Ladenin təkliflərini dinləmiş, lakin bunun heç yaxşı bir fikir olmadığını bildirərək rədd etmişdi”.

Səudiyyə Ərəbistanı höküməti Üsamə bin Ladeni dəfələrlə Yəmənin işlərinə qarışmaması üçün xəbərdar edib. Bin Ladenin Yəmənə səfər etməsi və Ciddədəki məscidlərdə xütbələr oxuması Səudiyyə hökümətini hərəkətə keçirib. Onlar bin Ladenə mane olmaq üçün hər şeyi edirdilər.

ABŞ-lı yazıçı Rayt: “Bin Laden İraqın Küveytə qarşı etdiyi işğalı bitirmək üçün 1990-nın sentyabrında Əfqanıstan müharibəsində iştirak etmiş əfqan mücahidlə və səudiyyəli bir savaşçı ilə birlikdə Müdafiə naziri şahzadə Sultanla görüşüb”. Üsamə bin Laden nazirə bildirib ki, özü və ərəb əfqanları Küveytin azad edilməsi üçün tam hazır vəziyyətdədirlər.

Rayt: “Bin Laden bölgənin özəl xəritələrini gətirib. Bin Laden öz qrupuna aid olan bir çox inşaat materiallarından istifadə edərək sərhəd boyunca qum xəndəkləri və çuxurları olan konkret və dəqiq bir plan hazırladı. Üsamə bin Laden əfqan cihadçı dostlarından və işsiz səudiyyəli gənclərdən ibarət ordusunu hərəkətə keçirmək istəyirdi. Lakin şahzadə ona belə bir sual verdikdə: “Küveytdə heç sığınacaq yoxdur. Kimyəvi və bioloji silahlarla yüklənmiş raketlər qarşısında nə edəcəksən?”, bin Ladin cavab verib: “Onlara qarşı öz imanımla mübarizə aparacağam””.

Kitabda qeyd edilir ki, bin Laden şahzadə Turkiya da bu cür təklif verib, lakin onun təklifləri həmişə rədd edilib. Şahzadə “The Guardian”-a verdiyi müsahibədə də bunu təsdiqləyib.

Bin Laden Əfqanıstana getmək üçün Səudiyyə Ərəbistanını tərk edib. Vəziyyət çətinləşdikdə isə 1990-ın birinci yarısında “Müsəlman Qardaşları”n Həsən əl-Turabi liderliyində olan qruplaşması tərkibində Sudanda qalmağa cəhd edirdi və bunun üçün də “Müsəlman Qardaşları”n dəstək verdiyi “Qurtuluş İnqilabı” üçün çağırışlar etdi.

Bin Laden kraldan başlayaraq, gənc nümayəndələrə qədər hər kəsi tənqid atəşinə tuturdu. Şahzadə Turki o dönəmdə hər kəsə faks göndərirdi. Durum olduqca kritik idi. Ailəsi onu yenidən doğru yola çəksin, deyə hər kəs əlindən gələni edirdi, lakin heç bir cəhd işə yaramadı. Bəlkə də, bunun səbəbi hökümətin onu ciddiyə almaması ilə bağlı idi.

Terrorçuların hədəfi olan ölkələr

Əl-Qaidə 1980-ci illərin sonunda qurulandan bu yana “ABŞ və Qərbə qarşı qlobal cihad” şüarları səsləndirilsə də, təşkilatın əsas həfəfi bin Ladenin və üzvlərin asılı olduqları ölkələr idi.

Bin Ladenin düşüncələri Zəvahirinin və Misirdəki terrorçuların hədəfi olan “cihadçı” təşkilat liderlərinin düşüncələrindən elə də fərqlənmirdi. Bin Laden Səudiyyə Ərəbistanını və ən çox da Yəməni hədəf almışdı. Bu ölkələrdə də terror toxumlarını əkə bilmişdi. Üstəlik, hələ də bütün bölgənin təhlükəsizliyini təhdid etməyə davam edir.

Sovet höküməti Əfqanıstandan geri çəkiləndən sonra bu Asiya ölkəsindəki müharibəni izləyən ərəb əfqanları Taliban və digərlərinin apardığı mübarizəyə olduqca yaxın idilər. Bin Laden və Əl-Qaidə liderləri özlərinin bağlı olduqları ölkələrlə ABŞ-ın və Qərbin koalisiya qurmasını istəmirdilər.

Eyni şəkildə radikal narsisizm və içi boş bir qürurla ABŞ-a və Qərbə sübut etməyə çalşırdılar ki, Səudiyyə Ərəbistanı vətəndaşları düşməni təhdid etmək üçün ölməyə də hazırdırlar.

“Əl-Qaidə”nin məqsədi ilə “Müsəlman Qardaşları”n və “Əl-Qaidə”dən yaranan digər qrupların Qərbə çatdırmaq istədiyi düşüncə eyni idi.

Üsamə bin Laden və Əl-Qaidə şəbəkəsi bir şeyi bacara bildi: Qərbi və bütün dünyanı terrorçuluq və radikallıqla damğalanan müsəlmanalara və İslama qarşı düşmən etdi. Lakin Qərblə müttəfiqlərinin əlaqəsini kəsə bilmədi.

Yəni, nəticədə, Yəməndə terrorun əsasını qoydu və bölgədəki ölkələr hələ də bunu yox etməyə çalşırlar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar