Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycanda real iqtisadiyyata qoyulan sərmayələr aşağı düşüb – Səbəblər...

İqtisadçı-ekspert: “Bu gün bankların sahibkar krediti vermək üçün imkanları var. Sadəcə onlar müştəri tapa bilmirlər”

“Real sektorda çalışan sahibkarların az olması, bu sahədə qarşıya çıxan bir çox problemlər sahənin inkişaf etdirilməsinə mane olur. Bunun nəticəsi olaraq da banklardan sahibkar kreditlərinin götürülməsinə tələb o qədər də yüksək deyil”.

Bu sözləri iqtisadçı-ekspert Azər Mehtiyev 2019-cu ildə real iqtisadiyyata qoyulan kreditlərin azalma səbəblrini PİA.az-a şərh edərkən qeyd edib.

Mərkəzi Bankın bu ilin iyununa açıqladığı statistikadan belə məlum olur ki, real iqtisadiyyata qoyulan kreditlər azalır. Məsələn, dörd il əvvəllə, 2015-ci illə müqayisədə bu növ kreditlər 2019-cu ildə 6 milyard manata qədər azalıb. Belə ki, 2015-ci ilin iyul ayında iqtisadiyyata kredit qoyuluşu təqribən 20 milyard manat olmuşdusa, 2019-cu ilin iyulunda bu, təqribən 14 milyard manat olub.

Real iqtisadiyyata qoyulan sərmayələrin bu qədər aşağı düşməsinin səbəbləri nədir və bu prosses Azərbaycan iqtisadiyyatının kiçilməsinə səbəb ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehtiyevlə müraciət edib.

Azər Mehtiyev: “2015-ci ildən sonra atılan addımlar daha çox ya dövlət hesabına artımların təmin olunmasına, ya da bir qrup oliqarx məmurun nəzarətində olan sahibkarlığın inkişafına yönəlikdır”.

Azərbaycan iqtisadiyyatının onsuz da böyük olmadığını vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, iqtisadiyyatımızda böyümə var idisə də bu neft hesabına idi:

“Bildiyimiz kimi 2015-ci ildə Azərbaycanda devalvasiyadan sonra bir neçə bank bağlandı. Bu bankların verdikləri kreditlər sıradan çıxmış hesab olunur. Real iqtisadiyyata qoyulan sərmayələrin bu qədər aşağı düşməsinin səbəbləri kimi birinci bunu nəzərdə saxlamaq lazımdır.

İkinci səbəb kimi 2015-ci ilə qədər olan dövrdə ölkədə böyük neft pullarının gəlməsi hesabına çox yüksək iqtisadi yüksəliş, iqtisadi aktivlik var idi. Amma 2015-ci ildə baş verən proseslər və sonradan baş verən devalvasiya proseslər, dollar kreditləri ilə bağlı yaranan problemlər bir çox sahibkarlar üçün problemlər yaratdı.

Eyni zamanda o vaxt kreditin alınması zamanı kreditorlara tələblər çox olmurdu. Buna görə banklar daha çox kredit verməyə maraqlı olurdular və bunun üçün də imkanları var idi. Lakin 2015-ci ildən şərait dəyişdi. Həm sahibkarların kredit imkanları məhdudlaşdırıldı, həm də bu gün real sektorunun Azərbaycanda fəaliyyəti o qədər də güclü deyil.

Azər Mehtiyev: “Bu barədə də düşünmək lazımdır ki, ölkədə sahibkarlıq yetərincə azad deyil”.

Qeyd edim ki, bu gün bankların sahibkar krediti vermək üçün imkanları var. Sadəcə onlar müştəri tapa bilmirlər. Banklar istehlak kreditlərinə də maraqlı deyillər. Buna baxmayaraq banklar yenə də istehlak kreditləri verməyə məcburdurlar. Real sektorda çalışan sahibkarların az olması, bu sahədə qarşıya çıxan bir çox problemlər sahənin inkişaf etdirilməsinə mane olur. Bunun nəticəsi olaraq da banklardan sahibkar kreditlərinin götürülməsinə tələb o qədər də yüksək deyil. Buna görə real sektora götürülən kreditlərin sayı azalıb.

Azərbaycan iqtisadiyyatı onsuz da böyük deyil. Azərbaycan iqtisadiyyatında böyümə varıydısa da, bu neft hesabına idi. 2015-ci ildən bu yana qeyri-neft sektorunun inkişafı üçün çox danışılıb. Danışılmasına baxmayaraq 2015-ci ildən sonra da atılan addımlar daha çox ya dövlət hesabına artımların təmin olunmasına, ya da bir qrup oliqarx məmurun nəzarətində olan sahibkarlığın inkişafına yönəlikdir.

Bu barədə düşünmək lazımdır ki, ölkədə sahibkarlıq yetərincə azad deyil. Bunun səbəbləri də ciddi şəkildə araşdırılmalı və aradan qaldırılması üçün addımlar atılmalıdır”.

Nərminə UMUDLU
pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar