Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp:"Taliban daha möhkəm vurulacaq"

ABŞ Prezidenti Donald Tramp Taliban silahlı qruplaşmasının həmişəkindən “daha möhkəm” vurulacağını vəd edir

Tramp ABŞ-da 2001-ci il 11 sentyabr terrorunun 18-ci ildönümündə çıxış edib.

Terrorda öldürülmüş 3 minədək qurbanın adına Pentaqonda anım mərasimi keçirilib. Bu tədbirdən bir neçə gün öncə Tramp Talibanla sülh danışıqlarının “öldüyünü” açıqlayıb.

Son dörd gündə ABŞ qüvvələri “düşməni əvvəlkindən daha bərk vurublar və bu davam edəcək”, Tramp vurğulayıb.

Prezident yaraqlılara Birləşmiş Ştatlar üzərinə bir daha hücum etməməklə bağlı xəbərdarlıq edib.

Trampın sözlərinə görə, ABŞ-ın hərbi reaksiyası “indiyədək olduğundan fərqli” olar, ancaq o, nüvə silahlarından istifadəni nəzərdə tutmadığını sözlərinə əlavə edib.

Bu arada 2001-ci il terrorunu həyata keçirmiş Əl-Qaida terror şəbəkəsinin lideri Ayman əl-Zavahiri videomüraciətində bu hücumları “İsrail və onun Amerika, Britaniya, Fransa, RusiyaAvropa müttəfiqlərinə” qarşı gerçəkləşdirildiyini söyləyib.

Zavahiri 2011-ci ildə əl-Qaida rəhbəri elan olunub. Bu, Usama bin Laden Pakistanda ABŞ xüsusi qüvvələri tərəfindən öldürüləndən sonra baş verib.

11 sentyabr çıxışında Tramp bir daha vurğulayıb ki, Talibanla ötən həftəki sülh danışıqlarını silahlı qruplaşmanın Kabildəki hücumuna görə təxirə salıb. Həmin hücumda bir ABŞ əsgəri və daha 11 nəfər öldürülmüşdü.

Talibanla Qətərdə danışıqların doqquz raundu keçirilmiş, ABŞ-ın sülh elçisi Zalmay Xalilzad silahlılarla sazişin “prinsipcə” razılaşdırıldığını bildirmişdi. (azadliq.org)

pia.az


Etiket: Tramp Taliban


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar