Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan əhalisi Paşinyana qarşı - Qızıl yataqları ətrafında nə baş verir?

Məlumdur kı, artıq bir ilə yaxındır kı, Ermənistanda Amulsar qızıl mədəni ətrafında qalmaqal səngiməməkdədir...

Amulsara ən yaxın rayon olan Cemrukda aylardı kı, hökumət əleyhinə aksiyalar davam etməkdədir.

Amulsar qızıl mədəni – Ermənistanın ikinci ən böyük qızıl yatağıdır. Ehtimallara görə, mədəndə 31 milyon ton filiz, 40 ton qızıl vardır.

Dünən, parlamentdə hökumət saatı zamanı Nikol Paşinyan millət vəkillərinin suallarını cavablandırarkən faktiki olaraq Amulsar ətrafında yerli əhali ilə razılaşmadığını dilə gətirib. Maraqlıdır ki, keçən ilin bu vaxtı parlament seçkilərinə 3 ay qalmış Paşinyan təmamilə fərqli çıxışlar edirdi. O bildirirdi ki, Amulsar mədəni əgər Göyçə gölünün və Cemrukun ekologiyasına mənfi təsir göstərəcəksə o zaman onun istismarından söhbət belə gedə bilməz. Əslində Ermənistan Baş nazirinin davranışında qeyri – adi heçnə yoxdur. Populist və demaqoq siyasətçilərdən olan Paşinyan hakimiyyətə gələndən sonra verdiyi heç bir sözə əməl etməyib. Bu isə, erməni cəmiyyətində Paşinyana olan simpatiyanın hər ay daha da aşağı düşdüyünə gətirib çıxarır. Yayın sonuna olan sosioloji sorğulara görə artıq Ermənistan əhalisinin yarıya qədəri Paşinyana simpatiya bəsləmir. Xatırlatmaq yerinə düşər ki, düz bir il əvvəl Paşinyana olan rəğbət 90 % dan çox idi.

Qayıdaq Amulsar mədəninə. Bu mədən Ermənistan hökuməti üçün istər maliyə, istərsə də siyasi əhəmiyyətlidir. Faktiki olaraq bugün Ermənistandakı əksər siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları yatağın istismarına qarşıdır. Onlar bu məsələdə yerli əhalinin fikirlərini bölüşərək layihənin ciddi ekoloji böhrana gətirib çıxaracağını bildirirlər. Keçən ay Daşnaksütun partiyası Amulsarla bağlı referenduma ehtiyacın olduğunu bəyan etmişdi. Sasna Tser partiyasının üzvlərindən biri isə, ötən həftə Paşinyanla görüşdən sonra Amulsarla bağlı Baş nazirin atacağı hər hansı addımın onun siyasi karyerasını müəyyənləşdirəcəyini açıq şəkildə qeyd etmişdi. Doğrudan da maraqlıdır. Nə baş verir?

Əslində Amulsar ətrafında baş verənlərlə Qırğızıstandakı yataqlar ətrafında baş verənlər arasında paralel də aparmaq olar. Yeri gəlmişkən, Amulsar ətrafında baş verənlər ABŞRusiyanın İrəvandakı səfirliklərinin ciddi nəzarəti altındadır. Hələ 2018 ci ildə ABŞ ın Ermənistandakı keçmiş səfiri Riçard Mills erməni hökumətinə mədənin istismarının vacibliyini qeyd edirdi.

Bəs görəsən, Amulsarı ABŞ üçün bu qədər önəmli edən nədir?

Bu yaxınlarda Ermənistandakı Amerika Ticarət palatası “Lydian İnternational” kompaniyasının istismar etməli olduğu Amulsar qızıl yatağı ilə bağlı Paşinyana məktub ünvanlayaraq problemin tez bir şəkildə investorun lehinə həll edilməsinə ümid etdiklərini bildirmişdi. Məsələ burasındadır kı, bir ildən çoxdur kı, şirkət qızıl və filiz yataqlarında iş apara bilmir. Bir müddət əvvəl “Lydian İnternational” şirkəti Paşinyan hökumətini beynəlxalq məhkəməyə müraciət edərək 2 milyard dollarlıq iddia qaldıracaqları ilə hədələmişdi. Məhs bundan sonra, Nikol Paşinyan yerli əhalini ölkə qanunlarını pozmaqda ittiham edərək onların cəzasız qalmayacağını bildirmişdi.

Xatırladım kı, bugünlərdə ABŞ ın İrəvandakı səfiri, eyni zamanda Amerika Ticarət palatası nümayəndələri Amulsar ətrafında baş verənlərin ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirmişdi.

Digər maraqlı fakt ondan ibarətdir ki, Ermənistanda dağ-mədən yataqları ilə bağlı ekoloji problemlər nədənsə Çin və Rusiya şirkətlərinin istismar etdikləri regionlarda yox, Lydian İnternational kompaniyasının investoru olduğu bölgədə qabardılmaqdadır. Hər halda, ortada olan bir məsələ birmənalıdır – Paşinyanın xalqı qarşısında ikiüzlü oyun apardığı.

Beləliklə, bəlli olan bir məsələ var. İnvestisiyalar üçün qapı-qapı düşən Paşinyan Qərb kompaniyalarının Ermənistanı tərk etməsi ilə üzləşə bilər. Bütün bunlar Ermənistanda hüququn işləmədiyinin daha bir göstəricisidir. Deməli, ermənilərin hüquqla bağlı problemi təkcə Qarabağda yox, elə xarici investorlarla münasibətlərində də müşahidə olunmaqdadır.

Politoloqlar Klubunun Rəhbəri Zaur Məmmədov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar