Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elinanın ölümündə təqsirləndirilən direktorun məhkəməsi başladı

Jurnalistlər buraxılmır...

Elina Hacıyevanın ölümü ilə bağlı məhkəmə prosesinə media nümayəndələri buraxılmır.
Bu barədə məhkəmə prosesini izləmək istəyən jurnalistlər bildirib. Media nümayəndələrinin prosesə buraxılmamasının səbəbləri izah edilmir.

***

Bu il aprelin 4-də təhsil aldığı 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayır.

"Yeni Sabah" bildirir ki, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb.

İddialara görə, E.Hacıyevanın özünü atmasından sonra bir müddət sağ qalıb və məktəbin direktoru bu hadisənin üstü açılmasın deyə təcili yardım çağırılmasına maneə olub, eyni zamanda, hüquq-mühafizə orqanlarına da məlumat verilməyib. Bunun əvəzinə hadisə yerinə Səbail Rayon İcra başçısının müavini Xalidə Bayramova çağırılıb. X.Bayramova direktor S.Abbasovanın rəfiqəsidir.

Baş Prokurorluğun açıqlamasında qeyd edilmişdi ki, istintaq zamanı E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilib.

Bu hallarla bağlı araşdırmadan sonra hansı nəticəyə gəlindiyi, istintaqın hansı qərarlar verdiyi məhkəmənin baxış iclasında ittiham aktı elan olunan zaman bəlli olacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar