Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizim elə qadınlarımız var ki, ləçərdi...” – Qalmaqallı açıqlama

İctimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov boşanmalar haqda danışıb

“Kişilərimiz evlənirlər, amma ailələrini saxlaya bilmədikləri üçün qadınlar onlardan boşanır”

PİA.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov boşanmalar haqda danışarkən deyib. R.Mahmudov bu cür halların gələcəyimiz üçün faciə olduğunu bildirib:

“Boşanmaların bir neçə səbəbləri var. O səbəblərdən biri kasıbçılıqdı, ikinci bir səbəb isə hər ay əlli tondan çox ölkəyə gətirilən Palma yağlarıdır ki, kişilərin kişiliyini əlindən alır. Bununla yanaşı, sosial şəbəkələr də milləti pozub. Səbəblərdən biri də ailələrə kənar müdaxilələrin olmasıdır. Xüsusən qız anaları bu işlərə çox qarışırlar. Hələ mən bir neçə səbəbləri sadaladım, problemlər çoxdu. Kişilərimiz evlənirlər, amma ailələrini saxlaya bilmədikləri üçün qadınlar onlardan boşanır. Boşanmaların sayının artması isə gələcəyimiz üçün faciədir”.

R.Mahmudov gənclərimizə evlənmədən öncə fikirləşməyi, bir-birilərini tanımağı tövsiyə edib:

“Bizim elə qadınlarımız var ki, ləçərdi, psixoloji durumları normal deyil, hikkəlidirlər və ona görə də kişilər onlardan canlarını qurtaranda şükür edirlər. Bu problemlər kişilərdə də var. Mən gənclərimizə tövsiyə edirəm ki, evlənəndə düşünsünlər, bir-birilərini tanısınlar. Elə qırmızı tuman görən kimi sevdim deyib yapışmasınlar. Baxsınlar görsünlər bu adamla yaşaya bilərlərmi. Hər şalvar geyinən adama kişi demədiyim kimi, hər uşaq doğan qadına da ana demirəm. Hər adam da ana olmur, oğul”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar