Bazar ertəsi, 24 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

İsrail aviasiyası Qəzza bölgəsində Həmasın mövqelərinə zərbələr endirib

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb

İsrailin döyüş təyyarələri ölkə ərazisinə atılmış raket zərbələrinə cavab olaraq Qəzza zolağında Fələstinin radikal Həmas hərəkatının bir neçə hərbi obyektinə zərbələr endirib. 

“Bir gün əvvəl İsrailə Qəzza zolağından raketlər atılıb. Buna cavab olaraq bir qədər əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcıları və pilotsuz təyyarələri Qəzza zolağının şimalındakı bir neçə Həmas obyektlərinə zərbələr endirib. İsrail ordusu ölkə vətəndaşlarına zərər vurma cəhdlərinin qarşısını almağa davam edəcək və Qəzza zolağında baş verən bütün hadisələrə görə Həmas məsuliyyət daşıyır”, - deyə hərbi açıqlamada bildirilib.

Çərşənbə günü İsrail hərbi qüvvələri Fələstin anklavından üç raketin atıldığını müəyyən edib. Bu zərbələr nəticəsində xəsarət alan olmayıb. Qəzza zolağında fələstinlilərlə İsrail ordusu arasında qarşılıqlı raket atışları üçüncü gündür davam edir.( APA)

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar