Bazar ertəsi, 17 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

ABŞ Polşaya 32 ədəd "F-35" təyyarəsinin satışını təsdiqləyib

ABŞ rəhbərliyi Polşaya bombardmançı təyyarəsini satmağı qərara alıb

ABŞ rəhbərliyi Polşaya 6,5 milyard dollar dəyərində 32 ədəd beşinci nəsil “F-35” bombardmançı təyyarəsini satmağı qərara alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü hökumətlərarası müqavilələrə əsasən xaricdə hərbi texnika və silah tədarükü həyata keçirən ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi və Əməkdaşlığı üzrə İdarəsi açıqlama yayıb.

Razılığa əsasən, siyahıya 32 təyyarə, “Pratt & Whitney” tərəfindən hazırlanan 33 ədəd F-35 mühərrikləri, eləcə də əlaqəli avadanlıqların satışı daxildir.

ABŞ Müdafiə Nazirliyinin mövqeyinə görə, müqavilənin icrası “ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi”" maraqlarına uyğundur. Saziş eyni zamanda “Avropada siyasi sabitlik və iqtisadi rifah üçün vacib bir qüvvə olan NATO müttəfiqinin təhlükəsizliyini artıracaq”. ABŞ rəhbərliyi hesab edir ki, bu təyyarələrin satılması “bölgədəki hərbi tarazlığın dəyişməsinə səbəb olmayacaq”.

pia.azABŞ

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ABŞ Polşa

Şərh yazın.


loading...

Ən çox oxunanalar