Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev Rusiya nümayəndə heyətini qəbul edib

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Rusiyanın Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykinanı qəbul edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Ə. Qarayev Azərbaycanın Sverdlovsk vilayəti ilə əlaqələrində mədəniyyət sahəsinin də yer almasından məmnunluğunu bildirib.

Nazir deyib ki, Azərbaycanda mədəni irsin qorunması və təbliği istiqamətində beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verilir.

Ə. Qarayev qeyd edib ki, Azərbaycanda musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir. Nazir Sverdlovsk vilayətinin incəsənət xadimlərini bu festivallarda iştiraka dəvət edib. O xatırladıb ki, 18 sentyabr - Milli Musiqi Günündə Bakıda XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı işə başlayacaq.

S. Uçaykina Azərbaycanla Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən də Sverdlovsk vilayəti ilə əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib: “Bu əlaqələr sırasında mədəniyyət sahəsinin də yer alması bizləri çox sevindirir. İstərdik ki, Azərbaycan xalqı bizi təkcə sənaye mərkəzi kimi deyil, həm də mədəniyyət mərkəzi olaraq tanısın. Bizim Azərbaycanla musiqi əlaqələrimiz həmişə olub və qarşılıqlı şəkildə bu sahədə əməkdaşlıq etmişik. Bu əlaqələri daha da genişləndirmək istəyirik”.

Söhbət zamanı müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, tədris ocaqlarının qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri müzakirə edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar