Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

60 il sonra dünyada kişi qalmayacaq - Kişilik hormonları məhv olur...

“Şəxsən mən qadınlaşmış bir dünyada yaşamağı çox istəyərdim. Əminəm ki, belə bir dünya ətrafa qarşı daha həssas və şəfqətli olacaq...”

Serdar TURGUT
“Habertürk” qəzeti, Türkiyə, 11 sentyabr 2019-cu il

Bununla bağlı oxuduğum bir yazı məndə xeyli təəccüb doğurdu. Ən təəccüblüsü isə odur ki, həmin yazı heç bir qəzetdə dərc edilməyib. Qısaca deyilirdi: “Belə davam etsə və heç bir tədbir alınmasa, 60 il ərzində dünyada heç kişi qalmayacaq”. Yazılana görə, hər kəs qadınlaşırmış və qarşıdakı 60 il ərzində bu, daha da sürətlənəcək. 2080-ci illərə çatdıqda isə dünya tamamilə feminin (qadın sayağı) olacaq.

O vaxta qədər yaşaya bilsəydim, bu, mənim üçün heç problem olmazdı. Fellininin “Qadınlar şəhəri”nə bənzəyən bir dünyada yaşamaq çox gözəl olardı.

***
Məsələ çox ciddidir və buna görə bir neçə kəlmə bu barədə yazmağım qaçınılmaz oldu. İstərdim ki, o vaxta qədər yaşayım və testesteron səviyyəsi ilə öyünən Ertuğrul Özkökün qadınlaşan zaman nələr edəcəyini görüm.

***
Bu iddianı irəli sürən alimlər bildirirlər ki, hamınızın gündəlik istifadə etdiyi əşyalarda “toxic feminizing chemicals” (TFC), yəni “zəhərli qadınlaşdıran maddələr” var. Bu maddələr insana gündəlik əşyalardan keçirmiş. Bu gün Amerika əhalisinin 93%-nin bədənində bu TFC-lərdən var imiş. Bu statistikanı verən Milli Sağlamlıq İnstitutudur (National Institute of Health).

***
Bu TFC-lərin qadınlar üzərindəki təsiri hələ dəqiq deyil, lakin hesabata görə, kişilərə bir xeyli təsir edirmiş. Bu TFC-lər, adından göründüyü kimi, bütün kişilik hormonlarını məhv edirmiş. Yəni kişini qadınlaşdırırmış.

***
Təxminlərə görə, bu durum davam etsə, 2079-cu ilə çatdıqda kişilərdəki sperma sayı sıfıra düşəcək. Testesteron səviyyələri də 2087-ci ilə çatdıqda tamamilə sıfırlanacaq.

***
Bu məsələdə özümlə bağlı da zarafat etməliyəm. Həmin vaxta qədər yaşasam belə, mənim üçün fərqi olmazdı. Çünki indidən sperma və testesteron səviyyəm sıfıra çatıb.

***
Şəxsən mən qadınlaşmış bir dünyada yaşamağı çox istəyərdim. Əminəm ki, belə bir dünya ətrafa qarşı daha həssas və şəfqətli olacaq. Hətta, bəlkə, 2087-ci ilə gəldikdə Türkiyədəki qadın cinayətləri də sona çatmış ola bilər.

***
Yazının sonunda qeyd etməliyəm ki, əgər gələcəkdəki insanları sperma və testesteron səviyyəsi sıfırlanmış bir Ertuğrul Özkök gözləyirsə, bu, onlar üçün xeyli riskli olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar