Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan nəyin “dava”sını döyür? - Kemalizmin alternativi Tayyibizm Türkiyəni uçuruma aparır...

Sanki Tayyib Ərdoğanı dəstəkləyənlər Türkiyənin mənfəətlərini düşünür, lakin onu dəstəkləməyən hər kəs “xarici güclər”ə xidmət edir. Bir sözlə, Ərdoğana xidmət etmək Türkiyəyə xidmət etməkdir…

Hakan Gülseven
“The Independent” qəzeti, Türkiyə, 10 sentyabr 2019-cu il

AKP lideri Rəcəb Tayyib Ərdoğan həmişə bir “dava”dan danışır. Özünü Türkiyənin gələcəyi hesab edir. Belə bir paradiqma yaradıb və ətrafındakılar da bunu yaymağa çalışırlar. Yəni, görünən odur ki, Ərdoğan özünü "müqəddəs" hesab etməyə başlayıb.

Bəs onun "dava"sı nə ilə bağlıdır?

Tayyib Ərdoğan bir neçə dəfə bu dava barədə danışmış olsa da, davanın nə barədə olduğunu heç vaxt tam izah etməyib. Heç bununla bağlı bir izahatı olub olmadığını da bilmirik. Ona görə də, özümüz təxmin edə bilərik ki, bu “dava” bir mənada “İslam hakimiyyəti” ilə bağlıdır. “Bir mənada” deyirəm, çünki islam aləmində onun bu yanaşmasına qarşı birbaşa etirazlar da var, amma yenə də Ərdoğan özünü bir müsəlmanların "dava"sını apardığına inandırıb.

Əgər ortada bir dava varsa, sözsüz ki, o davanın düşmənləri də olacaq. Eyni zamanda “davaya xəyanət edən xainlər” də peyda olur. Və nəhayət, kənardan baxanda gülünc görünən, lakin “dava” üçün edilməli olan mənasız işlər də öz yerində…

Əslinə qalsa, ideoloji izahatı bir tərəfə qoysaq, Ərdoğanın faktiki mübarizəsi hakimiyyətdən əl çəkməmək üzərində qurulub. Özünü Türkiyənin gələcəyi hesab etdiyi üçün guya Türkiyənin mənfəətlərini düşünənlər də onun yanında olmalıdır.

Yəni elə bir mənzərə yaranıb ki, sanki Tayyib Ərdoğanı dəstəkləyənlər Türkiyənin mənfəətlərini düşünür, lakin onu dəstəkləməyən hər kəs “xarici qüvvələr”ə xidmət edir. Bir sözlə, Ərdoğana xidmət etmək Türkiyəyə xidmət etməkdir… Tayyibizmi bu şəkildə izah etmək olar. Yeni paradiqma budur.

Halbuki bu, zəif bir paradiqmadır. İttifaqlarla, seçki dönəmində dövlətin rəsmi xəbər agentliklərinin etdiyi manipulyasiyalarla, heç cür sağlam seçki keçirmək imkanı olmayan “mübahisəli bölgələr”lə dövlətin bütün imkanlarından istifadə edərək güclə hazırlanan təxmini 50 səs dəstəyi Ərdoğanın yaratmaq istədiyi bu paradiqmanı bəsləyə bilmir. Tayyibizm olduqca zəifdir.

Kemalizmin alternativi

Yenə də, deyə bilərik ki, Tayyibizm Kemalizmə qarşı bir alternativ olmağa çalışır. İkinci Dünya Müharibəsindən sonra yaranan dünya sistemində yeni mərhələyə keçən Türkiyədə Qərb imperialzminə bağlı olan ikinci bir respublika qurulduğunu və Kemalizmin yenidən formalaşdığını nəzərə alsaq, görərik ki, indiki üçüncü respublika Tayyibizm hegemoniyası altında Respublika quruluşundan uzaqlaşır və “Cumhur İttifaqı” ironiyalı şəkildə respublikanın əsas prinsiplərini, vətəndaşlıq hüququnu yox edərək ölkəni imperializmdən və neft monopoliyasından asılı hala gətirir.

Təşkilatlanma, etiraz və sərbəst toplaşma azadlığı kimi hüquqları faktiki olaraq yox edən, müstəqil məhkəmə sistemini ortadan qaldıran, müxalif liderlərin və hətta, millət vəkillərini həbslərlə təhdid edən, medianı tamamilə iqtidarın nəzarətinə salan, nəzarət edə bilmədikləri jurnalisti də həbsə atan və ya xaricə qaçmağa məcbur buraxan, manipulyasiya etmək məqsədilə demokratiya anlayışından seçkilərdə istifadə edən bir “Respublika” təsəvvür edə bilirsinizmi?

Ona görə də, buna respublika quruluşu yox, Tayyibizmin özünə uyğun yaratdığı bir rejim desək, daha yerinə düşər.

Bu zəif paradiqma mütləq ki, müxaliflərə davamlı şəkildə təzyiq göstərməlidir. Çünki zəif bir düşüncə forması ancaq zor tətbiq edərək yaşaya bilər.

Tayyibizmin çöküşü

Yenə də hər kəs Tayyibizmin çökməsini gözləyir. Çünki hamı başa düşür ki, Tayyib Ərdoğanın iqtidarda qalmasını təmin edən bu düşüncə forması ölkəyə qətiyyən bir fayda vermir.

Medianın bütün baş aldatma cəhdlərinə baxmayaraq, başda yenə həmin media sahibləri olmaqla, iqtidara yaxın olan bütün qisimlərə sərvət ödənilir və bununla da, ölkənin təkcə bu günü yox, sabahı da təhlükəyə atılır.

Əhali, kənd təsərrüfatı və heyvandarlığa ciddi şəkildə ziyan vurulur və bu da gündəlik qida rasionunda qarşımıza çıxır. “Kürəkən”in idarə etdiyi iqtisadiyyat qorxunc vəziyyətdədir.

Aksiya keçirə bilməyən və hökumətlə oynayan bir neçə bürokrata görə günü-gündən zəifləyən bir ölkənin iqtisadiyyatı necə ola bilər?

Özləri də başa düşürlər, ona görə, pullarını gizlədirlər. Qətərlilər belə geri çəkilir. Yəni Qətərin pulunu və investisiyasını artıq görə bilməyəcəyik.

Tayyibizmin çöküş dinamikası bundan ibarətdir.

Kütlənin xoşuna gələn şoularla, qondarma bir Osmanlı ədası ilə deyilən “yerli və milli maraqlar” kimi ifadələrlə ölkəni idarə etmək artıq işə yaramır.

Dövlət kadrlarında müəyyən bir məbləğ qarşılığında iqtidara dəstək verən və siyasətdə çox da alternativi olmayan Dövlət Baxçalı və Çinlə ticarət razılaşmalarına başlayan Doğu Perinçekdən başqa bir müttəfiqi qalmayan Tayyibizmin gələcəyi artıq sual altındadır.

Yeni ittifaqların olacağı ilə bağlı ortaya iddialar atılsa da, indiki ağır dönəm bu cür cəhdlərlə dəf edilə bilməyəcək.

Tayyib Ərdoğanın “dava” adlandırdığı şey hər nədirsə, Türkiyəyə heç xeyri dəymir.

Əminliklə deyə bilərəm ki, artıq 20 ildir davam edən bu qaranlıq dönəm bitdikdə və Tayyibizm çökdükdə sonra geridə ancaq imperializm və neft monopolistlərinin yağmaladığı bir ölkə qaldıqda əhali Tayyib bəyin “dava”sını heç də xoş sözlərlə yad etməyəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar