Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Şəriət qanunları İran Azərbaycanında uşaq nikahına şərait yaradır"

Şəriət qanunlarının tətbiq edildiyi İranda erkən yaşda evləndirilən uşaqların sayı getdikcə artmaqdadır

Rəsmi statistik məlumatlara görə, ölkədə hər il on minlərlə yaşı 14-dən aşağı və yüzlərlə yaşı 10-dan aşağı uşaq nikahı qeyd edilir.

Bu haqda Amerikanın Səsinə danışan türk fəal Sadiq İsabəyli hesab edir ki, “Güney Azərbaycan Milli Hərəkatına” mənsub siyasi təşkilatların bu problemə yetərincə diqqət yetirməməsi hərəkatın imicinə zərbə vura bilər.

İranda şəriət qanunları və dövlət qurumları tərəfindən yürüdülən siyasət uşaq evliliyi və bu kimi məsələlərin ortaya çıxmasına şərait yaradır. Təsəvvür edin ki, televiziyasında, radiosunda qanununda, şəriət sistemində bütün siyasətləri və fəaliyyətləri bunu normal göstərmək yönündədir. Bunu insanların şüuraltı düşüncəsinə də yerləşdirirlər,” Sadiq İsabəyli söyləyir.

Onun dediklərinə görə, İran İslam Respublikası bu kimi problemlərin çözülməsi istiqamətində “hər hansı islahata şərait yaratmır. Bunun da səbəbləri vardır. Bu hakimiyyətin vətəndaşa baxışı onu yönətmək, onu kontrol altında saxlamaq yönündə formalaşıb. Hakimiyyət toplumun inkişafı yönündə, rifahda yaşaması yönündə bir plan cızmır.”

İranda hər il yüzlərlə yaşı 10-dan aşağı uşaq nikahı qeyd edilir

İranın rəsmi dövlət agentliyi İRNA-ya istinadən, ölkədə hər il yaşı 14-dən aşağı təqribən 40,000 uşaq evliliyi qeydiyyata alınır. Hüquq müdafiəçiləri rəsmi qeydiyyata alınmadan həyata keçirilən nikah sayının da olduqca yüksək olduğunu önə çəkirlər. Keçən il uşaq nikahının ən çox qeyd edildiyi vilayətlərin müvafiq olaraq Zəncan, Şərqi Azərbaycan və Şimali Xorasan vilayətləri olduğu bildirilir.

Sadiq İsabəyli erkən yaşda evliliklərin qeyri-fars bölgələrdə daha artıq olmasını Tehranın yürütdüyü ayrı-seçilik siyasətinin bir təzahürü olaraq dəyərləndirir:

“Bu, mərkəzdən topluma yönəlik aparılan ayrı-seçkilik siyasətinin bir təzahürüdür. Azərbaycanla bağlı münasibətin başqa formada təzahürüdür. Çünki rəsmi statistik məlumatı nəzərə alanda, bu Azərbaycan vilayətlərində yoxsulluq və iqtisadi şəraitin ağırlığını da özündə göstərir.”

Siyasi fəalın fikrincə, türk fəallar və milli hərəkata mənsub təşkilatların uşaq nikahı kimi ictimai problemlərə etinasız yanaşması milli hərəkatın imicinə zərbə vura bilər. “Bu indi də olmasa, gələcəkdə olar,” İsabəyli deyir.

O, əlavə edir ki, uşaq nikahı problemi Azərbaycanla bağlı fəaliyyət göstərən ictimai-siyasi təşkilatların ‘hər şeyimiz həll olsun sonra bu məsələni gündəmə gətirək’ deyə biləcəkləri bir məsələ deyil:

"Bu bir ictimai problemdir və gündəmə gətirilməlidir... Bunun bütün cəhətləri müzakirə edilməlidir. Hələ hələ nəzərə alsaq ki, ən çox uşaq evlilikləri də Azərbaycan bölgəsində olur və ən çox zərbə Azərbaycana dəyir. Bunu ciddiyə almalıyıq."

pia.az


Etiket: uşaq nikahı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar