Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksandr Dümanın Qafqaz səfəri zamanı çimdiyi iki əsrlik hamam - Foto

"Günbəzli hamam" Quba şəhərinin mərkəzində yerləşir

"Günbəzli hamam" Quba şəhərinin mərkəzində Qəzənfər Musabəyov küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində yerləşir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, XVIII-XIX əsrlərə aid olan hamam el arasında "Çuxur hamam", "Günbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır.

Hamam 1985-ci ilə kimi istifadə olunsa da, sonradan kanalizasiya xətti tutulduğundan fəaliyyəti dayandırılıb. 1986-1987-ci illərdə bərpa olunub, amma istifadə edilməyib.

Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını özündə ehtiva edən hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib. İki günbəz və doqquz hücrədən ibarət olan qədim tikili rayona gələn turistlərin də diqqətini cəlb edir.

"Günbəzli hamam" ümumi bir zaldan, dörd otaqdan, istirahət və çay içmək üçün planlaşdırılan daha üç otaqdan ibarətdir.

Hamam kişilərlə yanaşı, qadınlara da xidmət göstərib.

Sakinlər bildirir ki, əvvəllər bu hamamdan bəy hamamı kimi də istifadə olunub.

Qadınlar hamamında isə bir çox qızın bəxti açılıb. Analar övladlarına burada qız seçib.

Rayon sakini Fərhad Ələkbərov bu hamamın sahibi olan Məşədi Əlimərdanın oğludur.
Atası Məşədi Əlimərdan hamamı 1911-ci ildə ilk sahibi olan Bəkir adlı şəxsdən alıb və 1954-cü ilə qədər işlədib.

Hamamın istilik sistemi ancaq odunla işləyib. Onun qızdırılmasında istifadə edilən soba həm də döşəmənin isidilməsində istifadə edilib.

Deyilənə görə, fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib.

Qeyd edək ki, sonuncu dəfə hamam 2015-2018-ci illərdə bərpa olunub və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

pia.az

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar