Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADB manat istiqrazlarını gələn il buraxa bilər

İlk istiqrazlar 2020-ci ildə tədavülə buraxıla bilər

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan manatı ilə ilk istiqrazlarını 2020-ci ildə tədavülə buraxa bilər.

Bu barədə “Report”a mənbə bildirib. O bildirib ki, manat istiqrazlarının buraxılması borcalanların seçiminə görə yubanır.

Belə ki, bu seçim zamanı başlıca meyarlardan biri beynəlxalq maliyyə hesabatları standartlarına (İFRS – İnternational Finance Reporting Standarts) uyğun həyata keçirilən auditor rəyinin mövcudluğu sayılır.

“Report” xəbər verir ki, ADB mövcud tələblərə uyğun gələn məqbul sayda borcalanın seçilməsindən sonra 50 milyon manat məbləğində, borcalanlar az olsa, daha az məbləğdə istiqraz buraxmağı nəzərdə tuturdu. Həmin vəsaitin də məhdud sayda bankların və qeyri-bank kredit təşkilatlarının maliyyə dəstəyinə sərf olunacağı güman edilir. Mikromaliyyə təşkilatları da həmin vəsaitləri təkrar kredit vasitəsilə əldə edə biləcək.

Qeyd edək ki, ADB postsovet regionunda milli valyutalarda istiqraz buraxmaq təcrübəsinə malikdir. Belə ki, bu ilin yanvar ayında 80 milyon dollar məbləğində, dəyişkən faiz dərəcəsilə Qazaxıstan təngələrində beş və yeddi il müddətinə müvafiq olaraq üç və beş ildən sonra erkən qaytarmaq imkanı verildiyi istiqrazlar buraxılıb.

Bununla yanaşı, 2016-cı ildə 225 milyon dollar məbləğində Filipinlər pesosunda istiqrazlar buraxmışdı. Həmin vəsaitlər geotermal enerjisi də daxil olmaqla bir sıra ekoloji layihələrə sərf olunmuşdu.

pia.az


Etiket: ADB manat istiqraz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar