Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tramp Nyu-Yorkda Həsən Ruhani ilə görüşmək niyyətindədir” –Pompeo açıqladı

Pompeo bunu müsahibəsində bildirib

Prezident Donald Tramp Nyu-Yorkda İran Prezidenti Həsən Ruhani ilə görüşmək niyyətindədir.

Bu sözləri ABŞ-ın Dövlət katibi Mayk Pompeo “ABC News” televiziya kanalına müsahibəsində deyib.

ABŞ-ın ABC News, Fox News və digər media orqanlarında gedən şərhlərin təhlili onu deməyə əsas verir ki, İranın nüvə proqramını bərpa etməsi Vaşinqtonda narahatlıq yaradıb. Atom Enerji üzrə Beynəlxalq Agentliyin (BAEA) rəhbəri Kornelli Frutsenin İrana səfərindən sonra rəsmi Tehranın nüvə proqramını bərpa etdiyini bəyan etməsi və bunun ardınca M.Pompeonun ABŞ Prezidentinin H.Ruhani ilə görüşmək niyyətində olduğunu bildirməsi rəsmi Vaşinqtonun narahatlığını təsdiq edən faktlardan biridir.

Lakin ABŞ görüşün qeyri-şərtsiz keçirilməsini istəsə də, İran görüşün yalnız sanksiyaların aradan qalxmasından sonra mümkünlüyünü bildirir. Belə qeyri-müəyyən vəziyyət tərəfləri qane etmir. Odur ki, prezidentlərin görüşü məsələsi tez-tez gündəliyə çıxarılır ki, kompromislər əldə olunsun. Vaşinqton sanksiyaları artırmaqla İranın təslim olacağını düşünürdü. İndi isə məlum oldu ki, İran nəinki təslim olmadı əksinə nüvə proqramını bərpa edib uranı zənginləşdirməyə başlayıb. Parodoksal vəziyyət ondadır ki, uranın zəngiləşdirilməsinin qarşısını almağa və bunula İrana nüvə silahı yaratmaq imkanı verməməyə çalışan ABŞ sanksiyalar siyasəti ilə prosesi sürətləndirdi. Bu gün İran iqtisadiyyatının sanksiyalardan kənarda qalan sahəsi yoxdur. Bank sektorundan kənd təsərrüfatına, dənizçilikdən aviasiya səhələrinə qədər bütün sahələr beynəlxalq aləmdən tədric olunub. Nəticə isə göz qabağındadır.

Beləliklə, ABŞ sanksiyalar siyasətinin o qədər də uğurlu olmadığını görüb danışıqlar təklif etməyə başlayıb. İranın özündə də danışıqlara başlamaq istəyən qüvvələr və danışıqların əleyhinə olanlar var. Bir tərəf qeyd edir ki, ABŞ onsuzda əldə edilən razılaşmalara əməl etmir. Odur ki, danışıqlar mənasızdır. Digər tərəf isə ölkədəki iqtisadi vəziyyətin ağırlığını nəzərə alıb danışıqlara yenidən başlamağın zəruriliyini qeyd edir. Bu ziddəyətdə maraqlı olan odur ki, hər iki tərəf də haqlıdır.

Butün bulara baxmayaraq, Prezident H.Ruhani qəti cavab verməyib. Nyu-Yorkda görüşün baş tutub tutmayacağını isə zaman göstərəcək.

Xatırladaq ki, sentyabrın 21-dən 26-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası keçiriləcək. Bu, prezidentlərin görüşü üçün çox yaxşı fürsətdir/Azərtac.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar