Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizi söyənlərə mənim qanımdan vurulsa, bəlkə şəfa taparlar” 

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, politoloq Elman Nəsirov YAP funksionerlərinin, o cümlədən özünün qanvermə aksiyasında iştirakının sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən təhqir və tənqid edilməsindən danışıb...

PİA.az bildirir ki, E.Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, həmin radikal şəxslər bu cür ifadələri səsləndirməklə öz iç üzlərini nümayiş etdirirlər:

“Həmin günü mən yorğun olmağıma baxmayaraq, gedib qan vermişəm. Bilirsiniz ki, qan verəndən sonra insan əzgin olur. Bu cür əməlləri təqdir etmək əvəzinə, bəzi qaragüruhçu qüvvələr sosial şəbəkələrdə mənəviyyatsız hərəkətlər edirlər. Onların nə etməsindən asılı olmayaraq, əsas Allah həqiqəti görür. Mən gedib ona görə qan vermişəm ki, kiməsə faydası olsun. Bu cür işlərə qarayaxmaq istəyən adamların heç kəsə xeyrləri yoxdur, amma yenə də dağıdıcılıqla məşğul olurlar. Allah onları görür, ona görə də bu günə qalacaqlar”.

Deputat onu təhqir edən adamlara qan verməkdən imtina etmədiyini də söyləyib:

“Bu gün mənəviyyatsızlıq, ermənipərəst və satqınlıq yolunu tutanlarların qətiyyən milli hissləri yoxdur. Onlar ancaq 1 dəfə istifadə olunmaq üçün yarayırlar. İnanın ki, onlar 1 gün istifadə ediləndən sonra əlcək kimi bayıra atılırlar. Yəni, bu adamlara xaric də o gözlə baxır. Ümumiyyətlə, xəyanətkarı heç yerdə sevmirlər, heç zaman dəyəri, qiyməti olmur. Əgər mənim qanım bu cür xəstə adamlara verilən zaman onlar sağalarsa, o zaman bunu etməyə razıyam. Mən qətiyyən bu cür adamlara qanımın verilməsinin əleyhinə olmaram. Çox istərdim ki, onların hər hansı birinə mənim qanımdan vurulsun. Bu zaman bəlkə onların vətənpərvərlik hissi normal olar. Yəni, onlar mənim qanımdan şəfa tapa bilərlər. Mən bu adamların satqın və dönük xislətini görüb, qanımdan onlara vurulmasını istərdim. Bu zaman bəlkə onların qanı düzələr, Vətən, torpaq və dövlətçilik hisslərinin nə olduğunu anlayarlar”.

E.Nəsirov indiki Azərbaycan iqtidarını müdafiə etməkdən heç zaman vaz keçməyəcəyini də söyləyib:

“Hesab edirəm ki, mən kifayət qədər vətənpərvərəm, dövlətimi sevirəm, ona bağlı insanam. Mən hakim Yeni Azərbaycan Partiyasında təmsil olunuram. Bu partiya Qafqazın ən böyük siyasi partiyasıdır, ümumxalq partiyasıdır. Bu partiyanın sədri isə dövlətimizin başçısı cənab İlham Əliyevdir. Mən də onun siyasətini təbliğ edib, dəstəkləyirəm. Əminəm ki, cənab Prezidentin yolu haqq yoludur. Bu gün Azərbaycanda olan sabitliyin və təhlükəsizliyin də qarantı məhz cənab İlham Əliyevdir”.

pia.az


Etiket: Elman Nəsirov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar