Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xərçəngi yox edən möcüzəvi bitki

Atpıtrağı son illərdə geniş yayılmış bütün xərçəng növləri, revmatizm, artrit və osteoxondroz xəstəliyini müalicə edir...

Bu faydalı bitki şəkərli diabet, bronxit, sinüzit, qut, sümük sınığı, ateroskleroz, qulaq xəstəlikləri, xroniki koronar çatışmazlığına qarşı olduqca effektlidir. Bu möcüzəvi bitki hepatit xəstəliklərinə də müsbət təsir göstərir. Hətta ən şiddətli Hepatit C atpıtrağının köməyi ilə müalicə edilə bilər.

Atpıtrağı kökü qaraciyər şişlərini, hətta sirozu müalicə edir. Xolesistit, böyrək xəstəliklərini müalicə edir, böyrək və öd daşlarını əridir. O, bütün dəri xəstəliklərində istifadə edilir: yanıqlar, ekzema, yazva, saç tökülməsi, yaralar, sədəf, qırmızı qurdeşənəyi xəstəliyi və s. Bir sözlə, atpıtrağı bir çox dəri xəstəliklərini sağalda bilir.

Atpıtrağı kökü qripi də müalicə edir, temperaturu azaldır. Bitkinin kökü və cökə çiçəklərimdən hazırlanan isti cövhər bədəni tərlədir və temperaturu aşağı salır.

Cövhəri necə hazırlamaq lazımdır?

Atpıtrağı kökü yazın əvvəllərində daha qiymətlidir, ancaq onları payızda da toplaya bilərsiniz. O, ikiillik bir bitkidir. Daha cavan yarpaqları olan bitkinin köklərini istifadə etmək daha təsirli olar. Qurumuş yarpaqları olan bitkinin kökləri faydasızıdır, o, bütün gücünü çiçəklənməyə verib. Onun pıtraqlarını yığıb qaynada və qarqara edə bilərsiniz. Bu, xəstə dişləri və ağrıları rahatlaşdıracaq.

Kökləri qazın, yuyun və qurudun. Bitkinin kökü qalındır, odur ki, kəsilməlidir. Bir qaşıq quru doğranmış kökləri iki stəkan qaynar su ilə qarışdırın. On dəqiqə qaynadın. Dəmlənməsi üçün iki saat gözləyin. Gündə üç dəfə yeməkdən 10-15 dəqiqə əvvəl yarım stəkan süzün və için. Dərmanı yeməkdən əvvəl içdiyiniz zaman qan onu həmən əmir və bədən boyunca daşıyır.

Atpıtrağı kökünün klassik spirtdə məhlulunu hazırlamaq üçün doğranmış 1 stəkan köklərin üzərinə 400 ml araq əlavə edilir. 1 həftə qaranlıq sərin yerdə saxlanılır. Arada çalxalamaq lazımdır. 1 həftə sonra cövhər süzülür. Şüşə qabda soyuducuda saxlanılır. Gündə 10-15 damcı 2 qaşıq suda həll edərək yeməkdən öncə gündə 3 dəfə içilir. Oynaq ağrısı, revmatizm və artroz, ostexondrozda içməklə yanaşı, ağrıyan yerə gecə çəkilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar