Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP ləğv edilir və yerinə yeni hakimiyyət partiyası qurulur? - Siyasi şərhçidən senssasion açıqlama...

Azər Rəşidoğlu: “Bütün bu qalmaqallar onu deməyəyə əsas verir ki, artıq hakim Yeni Azərbaycan Partiyası özünün əvvəlki qüdrətini itirir...”

“İstər Eldar İbrahimov, istər Siyavuş Novruzov bəlli qruplaşmanın üzvləridirlər. Son kadr təyinatları istisna olmaqla, ölkədə gedən son proseslər onların maraqlarına cavab vermir”.

Bu sözləri siyasi şərhçi Azər Rəşidoğlu YAP sözçüsü Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı açıqlamasının gündəmdən düşməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bir neçə gün əvvəl keçmiş nazirlərin ünvanına ittihamlar səsləndirib. Keçmiş nazirləri hakimiyyəti müdafiə etməməkdə, YAP-a sayqısızlıq göstərməkdə ittiham edən Siyavuş Novruzov həmçinin onların milyardlarla manat sərvətə malik olduqlarını bildirib.

Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı açıqlaması gündəmdən düşmür və müxtəlif reaksiyalar doğurur. Hakimiyyət rəsmilərindən və bəzi deputatlardan gələn açıqlamalar fərqli oldu. Həmçinin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin də açıqlamasında Siyavuş Novruzova qarşı ciddi ittihamlar səsləndirildi və bəzi deputatların təxribata getdikləri iddia edildi.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı siyasi şərhçi Azər Rəşidoğluna müraciət edib.

Azər Rəşidoğlu: “Yeni dövrdə, yeni mərhələdə Yeni Azərbaycan Partiyasına ehtiyac qalmayıb”.

Yeni Azərbaycan Partiyası ilə elə bir bağlılığı olmayan insanların bir araya gəlib yeni təşkilat qurmalarını qeyd edən siyasi şərhçi Azər Rəşidoğlu PİA.az-a açıqlamasında bildirib ki, yeni təşkilatlanma YAP-ın maraqlarına cavab vermir və YAP təşviş içindədir:

Eldar İbrahimovSiyavuş Novruzovun bəyanatlarında hədəf göstərilməyib. Amma bütün bu qalmaqallar onu deməyəyə əsas verir ki, artıq hakim Yeni Azərbaycan Partiyası özünün qüdrətini itirir. Yeni dövrdə, yeni mərhələdə Yeni Azərbaycan Partiyasına ehtiyac qalmayıb.

Vaxtı ilə YAP-ı quranlar və formalaşdıranlar artıq bu partiya rəhbərliyində təmsil olunmurlar. Onların bir hissəsi təqaüddədir, bir hissəsi səfirdir, bir hissəsi də açıq şəkildə partiyaya qarşı çıxırlar. Verilən bəyanatlar da onlara qarşı verilmiş bir mesaj idi.

Azər Rəşidoğlu: “Artıq Yeni Azərbaycan Partiyası bir tarixdir və keçmişin partiyasıdır”.

Digər tərəfdən də hakimiyyət rəhbərliyində hakimiyyəti müdafiə edən lakin Yeni Azərbaycan Partiyası ilə elə bir bağlılığı olmayan insanlar bir araya gəlib yeni təşkilat qururlar. Bu da YAP-ın maraqlarına cavab vermir və YAP təşviş içindədir.

Düşünürəm ki, artıq Yeni Azərbaycan Partiyası bir tarixdir və keçmişin partiyasıdır. Artıq partiyanın kadr təyinatları da effektli olmur. Bu baxımdan Yeni Azərbaycan Partiyası onlarla partiyadan birinə çevrilib. Nə qədər hay-küy salsalar da, Yeni Azərbaycan Partiyası öz əvvəlki imicini bərpa edə bilməyəcək.

Həmçinin də istər Eldar İbrahimov, istər Siyavuş Novruzov bəlli qruplaşmanın üzvləridirlər. Son kadr təyinatları istisna olmaqla, ölkədə gedən son proseslər onların maraqlarına cavab vermir. Bu baxımdan onlar bir növ həyəcan təbili çalırlar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar