Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın iqtisadi və strateji mərkəzi Asiyaya köçüb - Fransanın “Bəyaz Kitab”ında belə iddia edilir...

Makronun Asiya imtahanı: Fransa Dərin dövlətinin içindəki Atlantikçi qanadla milli hegemon Avrasiyaçı qanad arasındakı mübarizə...

Ali Rza TAŞDELEN
“Aydınlık” qəzeti, Türkiyə, 9 sentyabr 2019-cu il

Fransanın 2008-ci ildə yayımlanan Milli Təhlükəsizlik Siyasət Sənədində (Bəyaz Kitab) bəzi təsbitlər irəli sürülüb:

- Dünya balansı dəyişib;

- Qərb (ABŞAvropa Birliyi) iqtisadi və strateji təşəbbüskarlığını itirib;

- Asiyada Çin, Hindistan və Rusiya kimi ölkələr Qərblə eyni səviyyəyə çatıb;

- Beləliklə, dünyanın iqtisadi və strateji mərkəzi Asiyaya köçüb;

- Dünya çoxqütblü olmağa doğru gedir;

- 2025-də Çin və Hindistan ilk sırada yer alacaq;

- Bu sürətli yüksəliş inkişaf etməkdə olan ölkələrlə birlikdə dünyanı iqtisadi və geosiyasi sistem kimi yenidən formalaşdıracaq;

- Rusiya ilə sülh şəraitində olan Avropanın təhlükəsizliyi də qarantiya altında olacaq;

- Qarşılıqlı iqtisadi və siyasi asılılıq, İranın nüvə proqramı və enerji məsələsi ilə bağlı ortaq maraqlarımız bizi Rusiya ilə ortaqlıq etməyə vadar edir;

- Rusiyanın bölgədəki inadkarlığı və Çinin hər sahədə inkişaf etməsi ABŞ-a nisbətən təsir edəcək;

- Milli və ya AB cəhətdən başda Çin olmaqla, yeni qüvvələrlə daha konkret siyasi dialoq qurmalıyıq;

Fransa prezidenti Emmanuel Makron 11 il sonra bu nöqtəyə gəlib çatıb. Son 3 ayda verdiyi açıqlamalar bu yöndədir.

Bu il G20, G7 zirvələri və Fransa Səfirlər Konfransında Makronun verdiyi açıqlamalara baxsanız, yuxarıda sadalanan məsələləri qəbul etdiyini görə bilərsiniz.

Fransa Dərin dövlətinin içindəki Atlantikçi qanadla milli hegemon Avrasiyaçı qanad arasındakı mübarizənin sərtləşdiyini görmək olur.

Atlantikçi qanadın bir namizədi kimi iqtidara gələn Makron son mərhələdə həmin qanadla toqquşur. Keçən həftə verdiyi açıqlamada: “Dərin dövlət Rusiya ilə olan münasibətlərimizin inkişafına mane olur”, deyib.

ABŞ-ın dünyaya yeritdiyi qloballaşma və neo-liberal siyasətlər Fransaya da dərindən təsir göstərir və İkinci Dünya Müharibəsindən sonra yaradılan sosial-ictimai dövləti məhv etmiş, Fransa da böhranlar ucbatından yoxsullaşan bir ölkəyə çevrilmişdi.

Bu prosesdə Fransa Dərin dövlətinin daxilində yuxarıda qeyd etdiyim qanadlar arasında bəzi dönəmlərdə uzlaşmalar, bəzən də toqquşmalar baş verib.

1981-ci ildən 2007-yə qədər Fransa dövlət quruluşunun daxilində Atlantikçi qrupu təmsil edən sosial-demokrat Fransua Mitterandla Qollçu və Atlantik əleyhinə olan qrupu təmsil edən Jek Şirak arasında çəkişmələr olub.

2007-də Atlantikçilər təşəbbüsü ələ keçirib və Şirakın partiyasından çıxan Nikolas Sarkozi Qollçu ənənədən ayrılaraq ABŞ-ın Avropadakı ən sadiq adamına çevrilmişdi. 2012-də gələn sosial-demokrat Fransua Holland Sarkozinin ənənəsini nümunə götürüb və daha aqressiv bir mövqedən çıxış edib.

Holland 2013-də “Bəyaz Kitab”ı yenidən yazdırmışdı.

İmperializmin bu ikiayaqlı sistemindəki partiyaların daxilində də müəyyən çəkişmələr və toqquşmalar var. Hər dəfə biri digərinə üstünlük göstərir.



Neo-liberal sistemin iflas etməsi onun partiyalarını da parçalanmağa və dağılmağa sürükləyir. Fransız monopolist burjuaziyasını təmsil edən dərin dövlət sistemin hər iki qanadından da qopanları Makronun liderliyində toplayaraq hakimiyyətə gətirib. Lakin Atlantik qrupunun, yəni qloballaşmanın və neo-liberalizmin iflas etdiyi bir zamanda Makronun Atlantikçi bir cizgi ilə getməsi artıq mümkün deyil. Çünki Makronun neo-liberal proqramı Sarı Jiletlilər Xalq Hərəkatı ilə toqquşdu.

Makronun Rusiyaya yönəlməsi və qorxu ilə də olsa, Çinlə olan münasibətlərə üstünlük verməsi artıq tarixi bir məcburiyyətdir. Dünya yeni bir dövrə - Asiya dövrünə keçid edib. Yeni dünyanın nizamına qarşı çıxanlar məğlub olacaqlar. Makron isə Hollandın 2013-cü il tarixli Atlantikçi “Bəyaz Kitab”ını yox, Şirakın Atlantik əleyhinə olan 2008-ci ildəki “Bəyaz Kitab”ını yeniləyib tətbiq etsə, ancaq o zaman qalib gələ bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar