Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır

Azərbaycan Dillər Universitetinin qalmaqalla işdən çıxarılan dekanı Vüsalə Ağabəyli ali məktəbin rektoru, akademik Kamal Abdullanı Məhkəməyə verib

Keçmiş dekanın iddiası əsasında Nəsimi Rayon Məhkəməsində dünən iclas keçirilib.Hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə Kamal Abdullanın vəkili Azad Məmmədov prosesin Nərimanov Rayon Məhkəməsinə keçirilməsi üçün vəsatət qaldırıb, lakin vəsatət qəbul olunmayıb. Məhkəmə 20 sentyabr 2019-cu il tarixinədək təxirə salınıb.

Prosesdən sonra sabiq dekan jurnalistlərə açıqlamasında bildirib ki, Kamal Abdulla məsuliyyəti ö üzərindən atmaq üçün cavabdeh qismində Təhsil Nazirliyini göstərir: “Əgər Kamal Abdulla cavabdeh şəxs qismində Təhsil Nazirliyini görmək istəyirsə, belə çıxır ki, 70 ç maddəsi ilə verdiyi xitam əmrində, töhmət əmrlərində, maaşımın kəsilməsində və s. indiyə qədər mənə etdiyi təzyiqlərdə Təhsil Nazirliyini özü ilə ortaq və günahkar hesab edir. Belədirsə, buyursun, Ceyhun Bayramov rektor Kamal Abdullaya və ali təhsil ocağında bizim başımıza gətirilənlərə gecikmiş münasibətini bildirsin.

Mən Ceyhun Bayramova müraciət edəndə hələ dekan idim, Parvin Mursalova müraciət edəndə hələ müəllim idi, müraciətdən sonra işdən çıxarıldıq. Kamal Abdullanın bu gün məhkəmədə qaldırdığı vəsatət və cavabdeh şəxs olaraq, işi Təhsil Nazirliyinə yönəltməsi, ancaq və ancaq bu anlama gəlir ki, bizim işdən çıxarılmağımızda Ceyhun Bayramovun rolu var. Necə olur ki, 80-ə yaxın kəsirli tələbəyə diplom verir, ölü canları saxlayır, elm adamlarını təzyiq altına salır, onu 70 ç maddəsi çıxarmırlar, amma bir dostunun qızının dərsini aşağı balla qiymətləndirdiyim üçün məni 70 ç maddəsi ilə çıxarır?! Təhsil Nazirliyi öz vəzifə borcunu yerinə yetirsin, əgər Kamal Abdullaya qarşı söz deməyə, real faktlara uyğun araşdırma aparmağa cəsarətləri çatmırsa, onda ləğv olunsun həmin strukturlar.

Əgər konstitusiyanın, əmək məcəlləsinin müvafiq maddələrinə, təhsil haqqında əsasnamələrə uyğun davranmırsa Kamal Abdulla, onda bu konstitusiya, əmək məcəlləsi yalnız mənimkimilər üçündür? Kim verəcək bizim haqqımızı, kim müdafiə edəcək bizi? Niyə göz yumulur rəsmi orqanlarda? Nəyi gözləyirsiniz?”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar