Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətdən maliyyə yardımı alacaq saytların siyahısı hazırlanır?

Azərbaycanda yazılı mətbuat – qəzetlər 10 ildən çoxdur KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyə yardımı alır

Son vaxtlar elektron KİV-lərin - xəbər saytlarının da dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı məsələ tez-tez gündəmə gətirilir.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov da onlayn medianın maliyyələşmə məsələsinin vacibliyini qeyd edənlər sırasındadır. O, məsələnin aktuallığını nəzəara alaraq, bunu parlamentari payız sessiyasında yenidən qaldırmağa hazırlaşır.

PİA.AZ xəbər verir ki, Modern.az saytına daxil olan məlumata görə, hazırda hökumətdə də məsələ ilə bağlı variantlar nəzərdən keçirilir. Hətta dövlət tərəfindən maliyyə yardımı alacaq saytların ilkin siyahısının tutulduğu barədə də iddialar da var. Bəs bu iddialar nə dərəcədə doğrudur, belə bir siyahı hazırlanırmı, əslində ora hansı saytlar salınmalıdır?

Mövzu barədə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov danışıb.

“Bu barədə hələ ki heç bir yenilik yoxdur. Parlament iclaslarındakı çıxışlarım zamanı bir neçə dəfə bu məsələni qaldırmışam. Kütləvi informasiya vasitələrindən biri olan, ictimai fikirə təsir göstərən onlayn jurnalistika bu gün daha fəaldır, cəmiyyəti operativ məlumatlandırır. Amma təəssüf ki, indiki şəraitdə reklam bazarında müəyyən problemlərin olmasına görə onlayn jurnalistika iqtisadi baxımdan çətinliklərlə üzləşir və maddi baxımdan sıxıntılar çəkir”.

Ə.Amaşov bildirib ki, buna görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat vasitələrini maliyyələşdirir.

Deputat deyir ki, iqtisadi baxımdan ayrı-ayrı qurumlardan, şəxslərdən, beynəlxalq təşkilatlardan aslılığını dilə gətirirərək maddi baxımdan sıxıntı çəkən media vasitələri, yəni xəbər portalları dövlət tərəfindən maliyyələşsələr, baş verən hadisələrə daha real yanaşarlar.

“İndiki şəraitdə media orqanları maddi baxımdan özlərini təmin edə bilmirlər. Reklam bazarında hələ problemlər mövcuddur, ona görə də media vasitələri dövlət tərəfindən maliyyələşsə, yaxşıdır. Bu məsələ parlament iclaslarında da qaldırılıb, müzakirə olunub. Amma hələ ki bu gün üçün konkret bir söz söyləmək mümkün deyil. Parlamentin payız sessiyası başlayır, əgər o vaxta qədər də bir nəticə olmasa, bu məsələ yenidən müzakirə olunacaq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar