Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədovla bağlı nazirə müraciət edildi: “Donor ola bilməz”

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə YAP rəhbərliyi qanvermə aksiyası keçirib...

Aksiyada YAP icra katibi, baş nazirin müüavini Əli Əhmədov da iştirak edib. Bu, bir sıra mütəxəssislər tərəfindən tənqidlə qarşılanıb. Onun qan donoru olmaq üçün yaşının uyğun olmadığını bildiriblər.
Məsələ ilə bağlı tanınmış hüquqşünas Osman Kazımov Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edib.

O, qeyd edib ki, KİV vasitəsi ilə Əli Əhmədov qan verməsi -donorluq etməsi nümayiş etdirilib. Hüquqşünas müraciətində bildirib ki, Azərbaycan Respublikası “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanununun 4.1-ci maddəsinə əsasən 18-65 yaşlı vətəndaşlar donor ola bilərlər: “Yaş həddi elmi nəzəriyyələrə əsaslanmışdır. Əli Əhmədov 27.01.1953-cü ildə anadan olmuşdur. 27.01.2019-cu ildə 66 yaşı tamam olmuşdur. Hal-hazırda 67 yaşının içindədir.

Göründüyü kimi ondan qan götürülməsi yuxarıda qeyd edilən qanunun tələblərinin pozulması ilə həyata keçirilmişdir. Bu da gələcəkdə həmin qandan istifadə ilə baglı fəsadlarla nəticələnə bilər.

Odur ki, Sizdən xahiş edirəm ki, xüsusi komissiya təşkil edərək həmin qanını məhv edilməsi üçün tədbir görəsiniz və qanunun tələblərini pozaraq qan götürən səhiyyə işçilərini cəzalandırasınız.

Xalqın sağlamlığı hər şeydən önəmlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar