Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözaltı torbaları necə aradan qaldıra bilərik? - Effektiv üsullar

Göz ətrafındaki dəri zərif və həssasdır

Sağlamlığımızda, həyat tərzimizdə və baxımda etdiyimiz yalnışlar özünü göz altlarında biruzə verir. Yaranan göz altı torbalar insanı yorğun və qeyri-sağlam göstərir. Nəysə ki, üzünüzə təravəti qaytarmaq üçün effektiv vasitələr mövcuddur.

Su için

Göz altında yaranan torbaların başlıca səbəblərindən biri orqanizmin susuz qalmasıdır. Orqanizm susuz qalarsa, duzlar və toksinlər ixrac olmaz və göz ətrafında özünü göstərər.

Soyuq kompreslər edin

Cərrahların məsləhət gördüyü üsullardan biri, qaşıqları buzlu suda isladıb, daha sonra torbaların üzərinə qoymaqdır. Bu üsul niyə işə yarayır? Çünki soyuq boruları yığır. Digər bir üsul pambıq diskini soyuq su və ya süddə isladaraq torbaların üstündə 10-15 dəqiqə saxlamaqdır.

Təbbi vasitələrdən maskalar hazırlayın

Aloe bitkisinin geli göz altları üçün mükəmməldir. O, göz altı torbaları aradan qaldırmaqla yanaşı, həm də qırışları hamarlaşdırır və dərini nəmləndirir.

Bu problemin öhdəsindən gələn ikinci təbii vasitə yumurta ağıdır. Onu göz altlarına tətbiq edin və 15 dəqiqə sonra soyuq su ilə yuyun. Göz altında dəri dartılacaq və şişlər aradan qalxacaq.

1 yumurta ağına 2 qaşıq təbii kofe qataraq da mükəmməl gözəllik vasitəsi əldə edə bilərsiniz. 10 dəqiqə saxlayıb, soyuq su ilə yuduqdan sonra effekti görəcəksiniz.

Bundan başqa yaşıl çay paketi, xiyar və kartof dilimi də göz altı torbalarla mübarizə aparmağa kömək edir.

Yuxusuz qalmayın

Göz altı torbalara son qoymaq üçün 8-9 saat yatmaq şərtdir. Bundan əlavə yatarkən aldığınız poza da önəmlidir. Qarın üstə yatdığınız halda torbalardan qaçış yoxdur.

Həkimin qəbuluna yazılın

Bəzən şişginliklər və göyərmələr xəstəliklərdən xəbər verir. Düzgün qidalandığınız və sağlam həyat tərzi sürdüyünüz halda, torbalar göz altarından çəkilmirsə, müayinə şərtdir.(bildirchin.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar