Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yol qəzalarına görə 6-cı yerdədir

Bu ilin 6 ayı ərazində Azərbaycan yollarında baş verən 842 yol qəzasında 322 nəfər həlak olub

Bu göstəriciyə görə, Azərbaycan Avropa ölkələri arasında 6-ci yerdədi. Bu da o deməkdir ki, ölüm faktları kifayət qədər yüksəkdir.

PİA,AZ xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.

Qəzaların sayının, xüsusən də ölüm faktlarının azaldılması üçün kompleks tədbirlər planına ehtiyac var. Bu planda yol hərəkətinin təşkilindəki bütün nöqsanlar araşdırılmalıdır. Nişanlanlama, sürücü peşəkarlığı, yol inşası zamanı planlamaların və işlərin təşkili ilə yanaşı marifləndirmə də əsas meyar kimi qəbul edilməlidir.

Vaqif Əsədov - BŞBDYPİ-nin bölmə rəisi: "Hadisələri təhlil etdikdə, sürücü səhlənkarlığının və piyada diqqətsizliyinin olması yol qəza hadisələrinin baş verməsinə əsas faktdır".

Elməddin Muradlı - Ekspert: "Yol təssərrüfatını inkişaf etdirmək lazımdı. Bizim yollarımız çox təhlükəlidir. Nişanlar, nişanlanma xətləri normal vəziyyətdə deyil. Biz inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanmalıyıq".

Ekspertlər düşünürlər ki, dünyada yol hərəkətinin təhlükəsizliyi ilə bağlı İSO 39001 sertifikatlaşdırılması standartı Azərbaycan yollarında da tətbiq edilməlidir.

Asif İbrahimov - İdarəetmə üzrə mütəxəssis: "Meyarlar ölçüldükcə qadağanedici, xəbərdaredici işarələrin düzgünlüyü, yerində olmalıdır. Həmçinin yolayırıcıların şəhərsalma qaydalarına uyğun olması kimi məsələlər ön plana çıxacaq. Bu kimi məsələlər Rabitə və Nəqliyyat Nazirliyinin və BNA-nın öhdəsinə düşür".

Ekpertlər deyirlər ki, hazırda qəbul olunan və həyata keçirilən 2019-2023-cü illəri əhatə edən dövlət proqramında dünyada vacib sayılan bu standartın tətbiqi mütləqdir.

pia.az


Etiket: yol qəzaları


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar