Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazirlərdən hansınınsa həbs edilmə ehtimalı varmı? – Dəyərləndirmə

Natiq Cəfərli: “Sabiq nazirlərin həbsi hökümətin marağında deyil... Çünki onların da deməyə sözü var...”

“Ola bilər ki, əsas hədəf öz çevrəsindən olan və hal-hazırda fəaliyyət göstərən məmurlara xəbərdarlıq etmək idi ki, onlar hər hansı bir formada digər güc mərkəzlərinə doğru yönəlməsinlər. Yəni Siyavuş bəyin təmsil etdiyi bölgənin maraqlarını daha açıq şəkildə qorusunlar və daha konkret mövqe ortaya qoysunlar”.

Bu sözləri PEAL Partiyasının icra katibi Natiq Cəfərli Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun son bəyanatını PİA.az-a şərh edərkən bildirib.

Xatırladaq ki, ötən həftənin şənbə günü Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun sabiq nazirləri xəyanətdə suçlaması və onları təhdid etməsi gündəmdə bomba effekti yaratdı. Uzun illərdir ki, hakim partiyanın sözçüsü və əsas yetkilisi sifətində çıxış edən Siyavuş Novruzovun məlum bəyanatı cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bəzilərinə görə Siyavuş Novruzov hakimiyyətdəki müəyyən bir qrupun sifarişini yerinə yetirib, digərləri isə hesab edirlər ki, YAP yetkilisi hakimiyyət adından sabiqlərə xəbərdarlıq edib. Mətbuata açıqlama verən bəzi sabiq nazirlər isə Siyavuş Novruzovun bəyanatının onlara aid olmadığını dilə gətiriblər.

Misal üçün sabiq Nəqliyyat baziri Ziya Məmmədov mətbuata verdiyi açıqlamasında Siyavuş Novruzovun özünün dostu olduğunu iddia edib və mətbuatı təxribat yaratmaqda ittiham edib.

Sabiq təhsil naziri Misir Mərdanov isə topu başqa qapıya yönləndirib. O bildirib ki, Siyavuş Novruzovun ittihamlarının həqiqət olduğunu istisna etmir və ola bilsin ki, sabiqlərdən hansısa xaricdəki müxalifətə pul ötürür. Misir Mərdanov özünün həmişə ortada olduğunu və mövqeyinin də dəyişməz olduğunu vurğulayıb.

Siyavuş Nozruzovun məlum bəyanatında hansı görünməyən və ciddi mesajlar ola bilər. PİA.az-ın əməkdaşı bu mövzu ilə bağlı REAL Partiyasının icraçı katibi Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Məsələnin digər tərəfi də, məncə, bu gün vəzifədə olan məmurlar üçün də bir mesaj idi ki, onlar hər hansı bir proses baş verdikdə və ölkə daxilində gedən proseslərdə öz konkret mövqelərini ortaya qoymaqda gecikməsinlər”.

Natiq Cəfərli ilə kiçik müsahibəni oxucularımızın diqqətinə cəlb edirik:

- Natiq bəy, Siyavuş Novruzovun sabiq nazirlər barədə son bəyanatını necə dəyərləndirərdiz? Xüsusən belə bir bəyanatın ortaya çıxmasında hansı səbəblər görünür və bu bəyanatla hakimiyyət daxilində gedən prosseslər arasında birbaşa əlaqə görürsünüzmü?

- Məsələnin təbii ki, görünməyən tərəfləri var. Görünən tərəfi odur ki, o açıqlamada keçmiş məmurların və nazirlərin hansı bir formada müxalif çevrələrə və yaxud xaricdən yayım edən bəzi bloqqerlərə maddi yardım göstərməsi ilə bağlı ehyam var. Siyavuş bəyin dediyinə görə, hökumətin əlində də bununla bağlı müəyyən informasiyalar var. Yaxşı olardı ki, bu informasiyaları tam açıqlayardılar və cəmiyyəti də bilgiləndirərdilər.

Ümumilikdə hakim partiya yetkilisinin bəyanatı sanki hakimiyyətin sabiqlərinə qarşı bir xəbərdarlıq mahiyyəti daşıyır. Amma məsələnin digər tərəfi də, məncə, bu gün vəzifədə olan məmurlar üçün də bir mesaj idi ki, onlar hər hansı bir proses baş verdikdə və ölkə daxilində gedən proseslərdə öz konkret mövqelərini ortaya qoymaqda gecikməsinlər. Yəni istənilən bir formada ortaya bir mövqe qoysunlar.

Amma mən düşünürəm ki, Siyavuş Novruzov daha çox təmsil etdiyi çevrələrin mesajını ötürdü. Çünki Siyavuş Novruzov həm də müəyyən bir bölgənin mesaj ötürənidir. Hətta biz onu bəlli bir bölgəni təmsil edən məmurların və yaxud da deputatların sözçüsü kimi də görmüşük. Ona görə də, ola bilər ki, əsas hədəf öz çevrəsindən olan və hal-hazırda fəaliyyət göstərən məmurlara xəbərdarlıq etmək idi ki, onlar hər hansı bir formada digər güc mərkəzlərinə doğru yönəlməsinlər. Yəni Siyavuş bəyin təmsil etdiyi bölgənin maraqlarını daha açıq şəkildə qorusunlar və daha konkret mövqe ortaya qoysunlar. Yəni məncə açıqlamanın əsas və görünməyən tərəfi bu məsələdən ibarətdir.

Natiq Cəfərli: “Hər hansı bir məmur müttəhim kürsüsünə əyləşən kimi sistemin və hökumətin daxilində baş verən bəzi qanunsuzluqları açıb tökməklə məşğul olur”.

- Bəzilərinə görə hakim partiyanın sözçüsü və aparıcı nümayəndəsi kimi çıxış edən Siyavuş Nobruzovun bu bəyanatə sabiq nazirlərə qarşı cinayət işinin açılması ilə nəticələnə bilər? Hadisələrun bu yöndə inkişafına ehtimal verirsiniz?

- Açığı, buna çox az ehtimal verirəm. Çünki istənilən yüksək vəzifəli məmurlarla bağlı cinayət işi açılması və məhkəmə prosesinin olması kifayət qədər sistemin daxilini silkələyir. Hər hansı bir məmur müttəhim kürsüsünə əyləşən kimi sistemin və hökumətin daxilində baş verən bəzi qanunsuzluqları açıb tökməklə məşğul olur. Bu, qlobal cəhətdən götürdükdə heç hökumətin marağında da deyil. Çünki korrupsiya faktları hər kəsin gözü qarşısında baş verir. O zaman sual meydana çıxır ki, əgər o milyardları, milyonları oğurlayan məmurlar tanıyırlarsa, niyə onlar milyardları oğurlayan zaman hökumət orqanları buna göz yumub? Bu, çox ciddi məsələdir.

Əgər dövlət və hökumət orqanları böyük talançıllığa göz yummasaydı, vaxtında cəza funksiyasını yerinə yetirsəydi, o məmurlar o qədər vəsaiti oğurlaya bilməzdilər. Əgər sabiq nazirlərə qarşı cinayət işi açılacaqsa, təbii ki, onların da deməyə sözü olacaq. Onlar da bəzi məsələlərə aydınlıq gətirə bilər ki, bu da ümumilikdə hökumətin tamamının xoşuna gəlməyə bilər.

- Son zamanlar aparılan kadr və struktur islahatlarında intensivlik müşahidə olunmur. Maraqlıdır ki, daha əvvəl prezidentin sərəncam və fərmanları iıə ləğv edilən strukturlar da hələ fəaliyyətlərini davam etdirilər. Daha doğrusu ləğv olunmuş strukturların funksiyalarının yeni strukturlara ötürülməsi prossesi çox ləng gedir. Bu bəyanatın islahatlara təsir göstərəcəyini güman edirsiniz?

- Əslində, əgər bu məsələ dediyim ehtimal çərçivəsindədirsə, yəni hakimiyyət daxilində bəlli bir qurumun və regionun maraqlarının qorunması yönündə olan bəyanatdırsa, bu onu deməyə əsas verir ki, həmin çevrələr bəzi dəyişikliklərin sürətlə həyata keçirilməsində maraqlı deyillər.

Natiq Cəfərli: “Azərbaycan idarəetməsində paralelliyin olması çox böyük problemdir. Bu birinci növbədə hökumət üçün problemdir”.

Çünki dəyişikliklər zamanı yeni kadrlar, daha çox gənc, xaricdə təhsil almış və perspektivli kadrlar ortaya çıxır və bu da regionçuluğa əsaslanmır. Yəni əvvəllər vəzifələrə təyin olunarkən daha çox regionçuluq ön plana çıxırdı. Son zamanlarda bu, yeni formaya keçdiyi üçün ola bilər ki, müəyyən regionların nümayəndələri bundan narahatdırlar.

Əslində, Azərbaycan idarəetməsində paralelliyin olması çox böyük problemdir. Bu birinci növbədə hökumət üçün problemdir. Çünki islahatlar daha sərt olmalıdır. Əgər ləğv edilən strukturlar hələ də öz fəaliyyətini davam etdirirsə, paralel şəkildə yeni yaradılmış qurumlarla köhnə qurumlar eyni şəkildə funksiyalarını yerinə yetirirsə, bu paralellik ölkənin idarəetməsinə böyük ziyan vurur və effektivliyini də azaldır. Ona görə də, mən düşünürəm ki, bu proseslərin sürətlənməsinə mane olan və yaxud da bunda maraqlı olmayan hakimiyyət daxilindəki qüvvələr bu prosesin ləngiməsində əsas rol oynayan faktora çevriliblər.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar