Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda gələn ildən Ani Ödəniş Sistemi tətbiq olunacaq

Plastik kartların istifadəsinə ehtiyac olmayacaq

Gələn ildən etibarən Azərbaycanda Ani Ödəniş Sistemi tətbiq olunacaq.

Sistemin tətbiqindən sonra artıq plastik kartların istifadəsinə ehtiyac olmayacaq. Belə ki, yeni sistem istifadəçilərə karta bağlı olan və olmayan cari hesabların mobil telefon üzərindən idarə etməsinə imkan yaradacaq. Ödəniş aparmaq üçün isə bir sıra üsul təklif olunacaq, məsələn, QR-kod və digər üsullar.

Qeyd edək ki, bu sistemin yaradılması nəticəsində ölkənin ödəniş ekosistemi fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmalar fasiləsiz 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verəcək. İstifadəçilər istənilən zaman və istənilən vasitələrlə bir-birlərinə ödəniş edə biləcəklər. Eyni zamanda, ölkənin təsərrüfat subyektlərində müasir mobil həllərin tətbiqi mümkün olacaq. Yaradılan imkanlar isə iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın azalmasına və nağdsız ödənişlərin artmasına təkan verəcək.

Xatırladaq ki, Ani Ödəniş Sisteminin yaradılması layihəsi Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanır. (apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar