Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Bankın qadın əməkdaşının qətlinin bəzi təfərrüatları – Yenilənib

Göygöldə törədilmiş qətllə bağlı bəzi təfərrüatlar məlum olub

PİA.az  xəbər verir ki, qətllə yetirilən Günay Cəlili Beynəlxalq Bankın Gəncə fililanda aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və övladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir. Kənd sakinlərinin bildirdiyinə görə, Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov qadının çalışdığı bankda mühafizəçi işləyib. O, hadisəni törətdikdən sonra qaçıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən O.Məmmədovun axtarışları davam etdirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***

Göygöldə qətl hadisəsi baş verib. Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Belə ki, Gəncə sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədov 35 yaşlı Cəlilli Günay Yusif qızını yaşadığı evdə qətlə yetirib.

Hadisə yerinə hüqüq-mühafizə orqanları cəlb olunub. Mərhumun meyiti məhkəmə tibb ekspertizasına təqdim edilib. G.Cəlillinin O.Məmmədovla birgə Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi deyilir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktl Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır. (Report)

pia.az


Etiket: Göygöl qətl

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar